Vivo X30 Pro yerin peykini keyfiyyətli çəkə biləcək. Çin şirkətinin özünün bildirdiyi kimi, smartfon bunu 60 qat zumun hesabına edə biləcək.
Milli.Az ted.az-a istinadən bildirir ki, Vivo internet şəbəkədə Ay görüntüsünün nümunəsi ilə kameranın imkanlarını nümayiş etdirib. Foto şirkətin məhsulları üzrə baş meneceri tərəfindən nəşr edilib.
Xatırladaq ki, Vivo X30 Pro-da əsas kameranın dörd modulu quraşdırılacaq, burada əsas kamera 64 Mp, qalan sensorlar isə 32,13, 8 Mp göstəriciyə malik olacaqlar.
Cihazın əsasını Samsung şirkətindən Samsung Exynos 980 platforması təşkil edir və beşinci nəsil şəbəkələrində işi dəstəkləyir.
Vivo X30 Pro-nun təqdimatı bu gün (16 dekabr) keçiriləcək və biz smartfon və onun kamerasının imkanları haqqında bütün detalları öyrənəcəyik.
Milli.Az