Maraqlı

Çobanyastığının bilmədiyimiz faydaları

14 Dekabr 2019 21:05
0 Şərh     Baxış: 4 369
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çobanyastığı yol kənarlarında və boş ərazilərdə öz-özünə yetişən xoş ətirli yaşıl-ağ rəngdə çiçəklər açan bir bitkidir.

Bu bitkinin faydalarını saymaqla bitmir. Belə ki, çobanyastığı iştahını açır. Sinirləri sakitləşdirici xüsusiyyəti ilə, bel və baş ağrısı kimi ağrıları aşağı salır. Diş ağrısına da faydalıdır. Bədənə rahatlıq verir. Mikrob öldürücü xüsusiyyəti var. Mikrob öldürücü təsiri səbəbiylə diş əti, ağız, boğaz və badamcıq vəzisi iltihabına qarşı qarqara olaraq faydalıdır. Bundan başqa, yaraların sarılmasında istifadə edilərək, həm mikrobları öldürür, həm də yaranın sağalmasını sürətləndirir.

Bəs görəsən çobanyastığı necə istifadə edilir?

Çobanyastığından çay, yağ və boya əldə edirlər. Bu bitkinin çayı zədələnmiş dəriləri təmizləmək və rahatlatmaq üçün faydalıdır.

Bu çayla göz silinsə, gözdəki şişlikləri aradan qaldırar. Çobanyastığı suyu duş suyuna qatılsa dərini təzələyər və saçlara parlaqlıq verər.

Çobanyastığı yağı ağrı müalicəsi üçün istifadə edilir. Xüsusilə uşaq və körpələrdə qarın ağrısında bu yağı isidib masaj edilsə, faydası görülər.

Çobanyastığının qaynadılımış buxarı ilə nəfəs alınarsa, soyuqdəyməyə və sinusitə qarşı yaxşı təsir edər. Çobanyastığı çayı həmçinin sinirləri sakitləşdirir. Bunun üçün süd ilə birlikdə içilməlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.