"SpaceX" kosmosa ilk pilotlu gəmisini göndərəcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"SpaceX" şirkətinin hazırladığı ilk "Crew Dragon" pilotlu kosmik gəmisi 2020-ci ilin fevralında Beynəlxalq Kosmik Stansiyaya göndəriləcək. Bu barədə şirkətin Kaliforniya ştatındakı Hotorn şəhərində yerləşən mənzil-qərargahında keçirilən mətbuat konfransında "SpaceX"in prezidenti Quinn Şotuell məlumat verib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Şotuell qeyd edib: "Biz birinci pilotlu kosmik missiyanın fevralda həyata keçiriləcəyinə ümid edirik. Yanvarın 4-də "Crew Dragon" kosmik gəmisinin "Falcon 9" raketdaşıyıcısı vasitəsilə fəzaya buraxılmasının qəza sistemi yoxlanılacaq. Biz sınaq zamanı əldə olunan məlumatları təhlil edəcəyik". Onun sözlərinə görə, sınaqdan sonra Beynəlxalq Kosmik Stansiyanın, kosmik gəminin və raketdaşıyıcısının hazırlıq vəziyyəti qiymətləndiriləcək. Şirkətin prezidenti əlavə edib ki, kosmik gəminin ekipajı astronavtlar Robert Benken və Duqlas Herlidən ibarət olacaq.
Qeyd edək ki, ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyi (NASA) "Space Shuttle" çox istifadəli kosmik gəminin missiyasının başa çatmasından sonra 2011-ci ildə pilotlu uçuşları dayandırıb. Həmin vaxtdan Amerika astronavtları Rusiyanın "Soyuz" kosmik gəmilərində Beynəlxalq Kosmik Stansiyaya göndəriliblər.
"SpaceX" şirkəti ilə yanaşı, "Boeing" korporasiyası da özünün "CST-100 Starliner" kosmik gəmisini hazırlayıb. Onun "Atlas V" raketdaşıyıcısı ilə orbitə göndərilməsi nəzərdə tutulur. Bu kosmik gəminin ilk pilotsuz buraxılışı dekabrın 20-də həyata keçiriləcək.
"Crew Dragon" pilotlu kosmik gəmisi kosmik stansiyaya yük daşıyan gəminin modifikasiyasıdır. Həmin yük gəmisi bu il martın 2-də avtomatik rejimdə stansiyaya göndərilib və bir gün sonra ona birləşib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Sabah"ın Mançesterdən maraqlı paylaşımı - (Video)
-
“Akasya durağı”nın ulduzları illər sonra - (Video)
-
“Sabah” bu gün “Mançester Yunayted”lə qarşılaşacaq
-
ÇL: “Qalatasaray” Portuqaliyada uduzdu - NƏTİCƏLƏR
-
Dənizdə boğulan övladının axtarışlarının davam etdirilməsini istəyirlər - (Video)
-
“Simge” tanınmaz halda - (Foto)
XƏBƏR LENTİ
-
Trampdan İrana sərt xəbərdarlıq: “Çox ağır zərbə endirməli olacağıq”
-
"Sabah"ın Mançesterdən maraqlı paylaşımı - (Video)
-
Sentyabrın 11-də Milli Məclisdə iki komitə iclası keçiriləcək
-
Xocalıda ANAMA əməkdaşı minaya düşdü - (Yenilənib)
-
“Akasya durağı”nın ulduzları illər sonra - (Video)
-
Bakıda və 3 rayonda işıqlar sönəcək
-
"Şəki yaylası"nda iki nəfərin ölümünə görə cinayət işi başlandı
-
“Sabah” bu gün “Mançester Yunayted”lə qarşılaşacaq
-
Azərbaycan nefti 113 dolları keçdi
-
Paytaxtın 6 küçəsində tıxac var
-
“Miss Avstriya” və “Miss Vyana" 22 yaşında öldü
-
Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb
-
ÇL: “Qalatasaray” Portuqaliyada uduzdu - NƏTİCƏLƏR
-
Avropada bu 10 yerdə suya girməyin: Turistləri 3750 avroya qədər cərimə gözləyir
-
Dənizdə boğulan övladının axtarışlarının davam etdirilməsini istəyirlər - (Video)
-
“Simge” tanınmaz halda - (Foto)
-
Bu bananları almayın – təhlükəli əlamətlər
-
Mələkxanım Eyubova kürəkəni ilə - (Foto)
-
Gənc yaşda ölən dünya ulduzları
-
Tramp İranla müharibənin başa çatacağı tarixi açıqladı
-
“Sabah” çox yaxşı məşq keçmiş komandadır” - Maykl Kerrik
-
Serhat Kılıçın rolu ona verildi - (Foto)
-
Azərbaycanda “Clean Energy Academy” proqramı fəaliyyətə başlayıb
-
"Məğlubiyyət tamamilə mənim günahımdır" - Ethan Mbappe





