Alimlər: Proton "yağışları" və geomaqnit aktivliyi bir-biri ilə əlaqəlidir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Proton "yağışlarının" atmosferdə uzun müddət müşahidə edilməsi rusiyalı alimlərdə belə qənaət doğurub ki, bu kosmik hadisə və geomaqnit aktivliyi arasında birbaşa əlaqə mövcuddur. Bu kəşf imkan verib ki, Yer kürəsinin maqnit qalxanını bu cür hissəciklər və dalğalar vasitəsilə daha dəqiq tədqiq etmək mümkün olsun.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu TASS agentliyinə Rusiya Elm Fondunun mətbuat xidmətindən "Geophysical Research Letters" jurnalında dərc edilmiş məqaləyə istinadla bildiriblər. Tədqiqatın müəlliflərindən biri olan Qütb Geofizika İnstitutunun əməkdaşı Andrey Demexov qeyd edib ki, alimlər ion-siklotron təlatümü nəticəsində yaranan elektromaqnit dalğalarının radiasiya qütblərində elektronların dinamikasında böyük rol oynadığını göstəriblər. Məlum olub ki, kosmosda baş verən bir çox hadisələr öz aralarında sız əlaqəlidir.
Veneradan başqa, Günəş sisteminin digər planetlərində, o cümlədən Yerdə kifayət qədər güclü maqnit sahəsi var. Onu bizim planetimizin nüvəsindəki maye hissədə fasiləsiz sirkulyasiya edən ərinmiş metal axını yaradır. Yer kürəsinin bu xüsusiyyəti onun səthində həyatın olması baxımından olduqca mühümdür. Məsələ bundadır ki, planetimizdə maqnit sahəsi kosmos şüalarını əks etdirir və onları tutub saxlayır, habelə Yeri Günəşin küləklərindən və güclü partlayışlarından qoruyur.
Maqnit sahəsi kosmosda van Allen adlanan qurşaqlar şəklində görünür. Orbitdə onun iki sahəsi Yer kürəsindən 6 və 58 min kilometr aralıda yerləşir. Alimlər müəyyən ediblər ki, hələ ötən əsrin ikinci yarısında bu zonada elektronlar və yüksək enerji protonları yığılıb və Yerin maqnit sahəsi onları özünə çəkib. Müəyyən şəraitlərdə, məsələn, Günəşdə partlama olduğunda bu hissəciklər qurşaqdan qaçır və proton "yağışı" kimi Yerin atmosferinə daxil olurlar. Onlar radio efirində pozulmalar yaradır və yüksək enliklərdə ecazkar qütb parıltıları kimi görünürlər. Proton "yağışları" ən çox Günəş aktivliyinin artması zamanı müşahidə olunur.
ABŞ-ın Okean və Atmosfer Tədqiqatları Təşkilatının (NOAA) kosmosa göndərdiyi və 850 kilometr yüksəklikdə uçan POES seriyasından olan elmi peyklər vasitəsilə yarım il ərzində aparılan tədqiqatlar göstərib ki, proton hissəcikləri Yerətrafı orbitdə və atmosferin yuxarı təbəqələrində elektronlara van Allen qurşağından qaçmağa imkan verən xüsusi maqnit sahəsi yaradırlar. Qlobal xəritə tərtib edən rusiyalı alimlər bu məlumatlar əsasında planetimizin ayrı-ayrı regionlarında geomaqnit aktivliyinin səviyyəsini daha dəqiq ölçə biləcəklər. Bütün bunlar, həmçinin peyklər və kosmik gəmilərin ekipajları üçün vacib olan kosmik havanı müəyyən etməyə imkan verəcək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Çuğundurlu kələm turşusu resepti
-
Günün qoroskopu: Ailə daxilində gərginlik yarana bilər
-
Studiyadakı şəxs robotlarla əlbəyaxa oldu - (Video)
-
Abşerondakı partlayış antiperspirantlara görə olubmuş - (Video)
-
Nikol Şerzingerin ayağı yaralansa da, çıxışını dayandırmadı - (Video)
-
Salyanda ağır qəza - yaralılar var - (Video)
XƏBƏR LENTİ
-
Çuğundurlu kələm turşusu resepti
-
İkardidən "Qalatasaray"la bağlı sürpriz qərar
-
"Flydubai" pilotu hər şeyi etiraf etdi
-
Biləsuvarda 26 yaşlı kişi qətlə yetirildi - qohumu saxlanıldı - təfərrüat
-
Ermənistanın Bərdəni raket atəşinə tutmasından 6 il ötür
-
Günün qoroskopu: Ailə daxilində gərginlik yarana bilər
-
Studiyadakı şəxs robotlarla əlbəyaxa oldu - (Video)
-
Türkiyənin ən varlı aktyorları
-
Sabah Yasamalda işıq olmayacaq
-
Abşerondakı partlayış antiperspirantlara görə olubmuş - (Video)
-
Nikol Şerzingerin ayağı yaralansa da, çıxışını dayandırmadı - (Video)
-
İranın neft naziri istefa verdi
-
Salyanda ağır qəza - yaralılar var - (Video)
-
Bakıda iti binadan atan şəxs məsuliyyətə cəlb edildi
-
Türkiyədə 4-cü dəfə zəlzələ oldu - Yenilənib
-
Nemət Pənahov vəfat etdi - (Foto)
-
Şəhanəni qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş - (Video)
-
“Gənc futbolçulara güvənməsək, harada oynayacaqlar?” - Ayxan Abbasov
-
Biləsuvarda minik avtomobili aşdı, yaralı var
-
“Bütün mübahisəli qərarlar Azərbaycanın xeyrinə verildi” - Yankauskas
-
Oktyabrın ən şanslı bürcü
-
Şakiranın Madrid konsertində Dua Lipa sürprizi - (Video)
-
Ərindən boşanmaq istədiyi üçün öldürülən qadının (Fotosu)
-
“Fənərbaxçanı” sərt tənqid etdi - “Ayıbdır!” - (Video)





