"Boeing 737" ən çox satılan təyyarə statusunu "Airbus A320"-ə uduzub
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Boeing 737" dünyada ən çox satılan təyyarə statusunu rəqibi "Airbus" kompaniyasının A320 modelinə uduzub.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, oktyabr ayının sonunadək müxtəlif modifikasiyalı "Boeing 737" təyyarələrinə 15 min 136 sifariş, A320 təyyarələrinə isə 15 min 193 sifariş qeydə alınıb. Məlumatda qeyd olunur ki, "Airbus" kompaniyası öz rəqibinə yalnız son illərdə yaxınlaşa bilib və "A320 neo" modelinin təqdimatından sonra fərq daha da azalıb. 2018-ci ilin sonlarında A320 təyyarələri "Boeing 737"-dən 400 sifariş geri qalırdı.
Mütəxəssislərin fikrincə, Fransa korporasiyasının amerikalı rəqibini qabaqlamasına "Boeing 737 MAX 8" təyyarəsi ilə bağlı iki qəza səbəb olub.
Xatırladaq ki, "Ethiopian Airlines" aviakompaniyasına məxsus "Boeing 737-MAX 8" təyyarəsi martın 10-da qəzaya uğramışdı. Qəza nəticəsində təyyarənin göyərtəsindəki 157 sərnişin, o cümlədən 8 ekipaj üzvü həlak olmuşdu. 2018-ci il oktyabrın 29-da isə İndoneziyanın "Lion Air" aviakompaniyasına məxsus "Boeing 737 MAX" təyyarəsinin qəzaya uğraması nəticəsində 181 sərnişin və 8 ekipaj üzvü həyatını itirmişdi.
Efiopiyada baş verən qəzadan sonra bir çox ölkələr, o cümlədən ABŞ və Avropa İttifaqı dövlətləri "Boeing 737 MAX" təyyarələrinin istifadəsindən imtina edib və bu laynerlər üçün öz hava məkanlarını bağlayıb. "Boeing" kompaniyasının rəhbəri Dennis Melenberq qəzadan öncə hər iki təyyarənin MCAS (Maneuvering Characteristics Augmentation System - Manevr xarakteristikasını yaxşılaşdırma sistemi) sisteminin işində nasazlıq olduğunu etiraf edib.
Ekspertlərin sözlərinə görə, yanvar ayında 737 MAX təyyarələrinin uçuşları bərpa etməyə imkan verəcək sertifikatı alacağı təqdirdə gələn ildən həmin modellərin sifarişi arta bilər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Üzüstü, arxasıüstə, yoxsa böyrü üstə? Ən sağlam yuxu pozisiyası bəlli oldu
-
Bu 4 qida aluminium folqanı çürüdür
-
Yaxşı niyyətli görünüb sizdən istifadə edənlərin ən çox işlətdiyi 9 cümlə
-
Turşunun xırt-xırt olması üçün bankaya 3 ədəd atmaq kifayətdir
-
Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma
-
"Kadir" "Eşref"i tək qoymayacaq
XƏBƏR LENTİ
-
Millimizin Litva ilə oyununda start heyəti açıqlandı
-
Sabah meteohəssas insanlar üçün hava necə olacaq?
-
Bəhreyn Qran-prisinin qalibi məlum oldu
-
Qubada avtomobilin vurduğu 13 yaşlı qız xəstəxanada ölüb
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
-
Türkiyədə güclü zəlzələ oldu
-
Zidan Ronaldonu müdafiə etdi
-
Vladimir Putin Türkmənistana səfər edəcək
-
Hava ilə bağlı son məlumat
-
Şəmkirin Lüteran kilsəsində Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının konserti keçirilib - (Foto)
-
İki cüdoçumuz dünya çempionatının 1/8 finalına yüksəldi
-
Pakistanın təhlükəsizlik qüvvələri 8 terrorçunu zərərsizləşdirdi
-
Məsud Pezeşkian Türkmənistana səfər edəcək
-
Ayın 5-də yağış yağacaq - Proqnoz
-
Samux rayonunda 5 Oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş "Ey hörmətli Müəllim...!" adlı tədbir keçirilib - (Foto)
-
Azərbaycan Meksikanın Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub - (Foto)
-
Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var - (Video)
-
"20 ildir millidəyəm, ilk dəfədir utanıram"
-
Avropa çempionatının ikinci günü 5 boksçumuz rinqə çıxacaq
-
Braziliyada prezident seçkiləri keçirilir
-
Merts Ukraynaya elan olunmamış səfər etdi
-
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Bu bölgəyə 20 sm qar yağdı





