Tanış olun: Lexus LF-30 Electrified - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün Tokyoda işinə başlayan avtosalonda Lexus şirkəti LF-30 Electrified adlı konseptual avtomobilini nümayiş etdirib. Yeni konsept 2030-cu ilin pilotsuz nəqliyyat vasitəsinin necə ola biləcəyini göstərir. 5090 mm uzunluğa malik olan elektrokar 3200 mm-lik təkər bazasına malikdir. Xatırladaq ki, markanın bayraqdar sedanı olan Lexus LS modelində bu göstərici 3125 mm-dir. Avtomobil dördyerli salona və yuxarı açılan iri qapılara malikdir.
Milli.Az autograph.az-a istinadən bildirir ki, ön paneldəki ekranlar artıq adi hala çevrilib, qatlanan sükan çarxını isə istənilən konseptdə görmək olar. Bəs Lexus LF-30 Electrified konseptinin maraqlı cəhəti nədir? Əlbəttə ki, SkyGate adlı panoram tavan. Bu tavan adi tavan deyil - gərək olduqda o proyeksiya sisteminin ekranına çevrilə və burada naviqasiya sisteminin xəritəsi, axın videosu və bir çox şeylər əks etdirilə bilər. Oturacaq başlıqlarında quraşdırılmış Mark Levinson səs sisteminin yığcam dinamikləri aktiv səsboğma sistemi kimi də çalırlar. Konseptin salon tərtibatında yenidən emal edilmiş materiallardan və əsl ağacdan istifadə olunubdur.
Lexus LF-30 Electrified elektrokarı ümumi gücü 544 at qüvvəsi və 700 Nm fırlanma anı olan dörd təkər-mühərrik ilə hərəkətə gəlir. 2,4 ton ağırlığa malik olan avtomobil 100 km/saat həddinə 3,8 saniyəyə sürətlənir və 200 km/saat maksimal sürət həddinə malikdir. 100 kVs-lıq batareya elektrokara 500 km yürüş etməyə imkan verir.
Arxa bamperin altında yerləşdirilmiş naqilsiz elektrik yükləmə qurğusunun bir hissəsi qarajda quraşdırılmış digər hissəsi ilə birlikdə çalışır. Yükləmə qurğusunun gücü 150 kVt təşkil edir. Nəhayət, konsept təkərlər ilə mexaniki birləşməsi olmayan elektron sükan çarxına malikdir. Məlum məsələdir ki, LF-30 şirkətin malik olduğu texnoloji imkanları nümayiş etdirmək üçün yaradılmışdır və seriya istehsalından söhbət gedə bilməz.
Lexus markasının ilk elektrokarına gəldikdə isə, şirkət nümayəndələri onu noyabr ayında nümayiş etdirməyə söz veriblər. Gələn onillikdə yapon markası ayrıca platformada inşa edilmiş elektrokarların və qoşulan hibridlərin istehsalına başlamalıdır. 2025-ci ildə Lexus markasının model xəttində elektrik şəbəkəsinə qoşulmayan avtomobil qalmamalıdır.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? - (Video)
-
"Utanın, yerin dibinə girin" - Aparıcıdan futbolçularımıza sərt sözlər
-
Tolik: "Mən 25 manata ət almıram" - (Video)
-
Erməni snayper qadınlar hərbçilərimizi buradan hədəfə alıblar - (Video)
-
Afətin əri danışdı: "70-100 yaşı olsa da xoşbəxtəm" - (Video)
-
Aparıcı Çiçəyin dekolteli geyimi diqqət çəkdi - (Video)
XƏBƏR LENTİ
-
Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? - (Video)
-
Azərbaycanda güclü yağış yağacaq - Proqnoz verildi
-
Ötən ay sərhədi pozan 20 nəfər saxlanıldı
-
Azərbaycanda evlilik yaşı artır: Gənclər niyə gec ailə qurur?
-
“8 gün ac və bağlı otaqda qaldım” - Məşhur rəqqasa qarşı daha bir ittiham
-
Sumqayıtda məktəbdə zəhərlənən şagirdlərin sayı 21-ə çatdı - (Yenilənib)
-
Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı
-
Maşında qadına şiddət göstərən rəqqas saxlanıldı
-
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - (Foto)
-
AQTA: Sumqayıtda məktəbdə baş verən zəhərlənmə hadisəsi nəzarətdədir
-
"Utanın, yerin dibinə girin" - Aparıcıdan futbolçularımıza sərt sözlər
-
“Birliyin gücü-2026” təlimləri başa çatdı
-
Prezident İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək
-
Tolik: "Mən 25 manata ət almıram" - (Video)
-
Prezident İlham Əliyev: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir
-
Prezident İlham Əliyev: Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib
-
Qaxda 7 kiloqramdan artıq narkotik aşkarlandı: İki nəfər saxlanıldı
-
Prezident İlham Əliyev: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik
-
Prezident İlham Əliyev: İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq
-
Prezident İlham Əliyev: Müasir ideoloji işlər aparılmalıdır
-
Erməni snayper qadınlar hərbçilərimizi buradan hədəfə alıblar - (Video)
-
Prezident İlham Əliyev: Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin
-
Prezident İlham Əliyev: Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir
-
Məkkədə bomba həyəcanı - (Video)





