Bu surəni gün ərzində oxuyan, qorunar və ruzi əldə edər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Çoxumuzun "Yasin" surəsinin fəzilətlərindən xəbərləri yoxdur. Ona görə də çətinliklərimiz, qəm və qüssələrimiz aradan getmir.
Əgər Həzrət Peyğəmbərin (s) və Məsum İmamların (ə) onunla bağlı tövsiyələrinə diqqət etsək, görərik ki, "Yasin" surəsinin məqamı biz düşündüyümüzdən də ucadır. Əgər kimsə o fəzilətlərlə tanış olsa, ondan kamil şəkidə faydalana bilər.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, bəli, Məsumlarımız (ə) onu Quranın qəlbi adlandırıblar. Qəlb elə bir üzvdür ki, insanın yaradılışının ilk əvvəlindən var olub, ölənə qədər ona həyat verir, ruh və can onsuz bir heçdir. Bu, qəlbdir ki, insana haqqı tanıdır və batildən uzaqlaşdırır.
Bu, qəlbdir ki, Allahın müqəddəs hərəmi hesab olunur. Ona görə də Allahdan savayı heç kəsin haqqı yoxdur ki, ora daxil olsun.
Böyük arif olan Ayətullah Hacı Şeyx Müctəba Qəzvini Xorasani öz şagirdlərinə tövsiyə edərdi ki, hər gecə yatmazdan əvvəl "Yasin" surəsini oxusunlar. Onu başlayan və bitirən zaman 14 dəfə salavat desinlər. Şübhəsiz ki, bu 14 salavatın da öz sirləri vardır. Arif deyir ki, mən həyatda nəyə nail olmuşamsa, hamısı bu mübarək surənin bərəkətinə görədir. (Erfan)
Ürfan elmində "Yasin" surəsi suluk yolu üçün bir pilləkən hesab olunur ki, arif bu pilləkən sayəsində ən ali mənəvi məqamlara çatır.
Ona görə də din alimləri bu surə ilə yaxın olmuş və öz şagirdlərinə də onu qiraət etmələrini göstəriş vermişdilər.
Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim "Yasin" surəsini qiraət edər, ona bənzəyir ki, Quranı on dəfə xətm etmişdir".
İmam Sadiq (ə) buyurur: "Hər bir şeyin qəlbi vardır və Quranın qəlbi "Yasin" surəsidir. Hər kim yatmazdan əvvəl və ya gün ərzində onu oxuyarsa, həmin gündə qorunar və ruzi yeyər".
Həzrət Peyğəmbər (s) Əmirəl-mömininə (ə) buyurur: "Ey Əli! "Yasini" oxu ki, onda 10 təsir vardır: hər kim onu oxuyar, əgər ac olarsa - doyar, əgər susuz olarsa - sirab olar, əgər paltarsız olarsa - geyinmiş olar, əgər subay olarsa - evlənər, əgər qorxan olarsa - əmin-amanlıqda olar, əgər xəstə olarsa - sağalar, əgər zindanda olarsa - nicat tapar, əgər müsafir olarsa - səfərdə yardım edilər. Meyitin yanında oxunarsa, Allah ona asanlıq edər. Əgər itmişi (əşyası) olarsa, itirmişini tapar".
İmam Baqir (ə) buyurur: "Hər kim ömründə bir dəfə "Yasin" surəsini oxuyarsa, Allah dünyada, axirətdə və səmada xəlq olmuşların sayı qədər ona iki min həsənə yazar və iki min günahını pak edər. Yoxsulluğa, maddi ziyana, avara qalmağa, çarəsizliyə, dəliliyə, cüzama, vəsvəsəyə və ziyanlı xəstəliklərə düçar olmaz".
İmam Sadiq (ə) buyurur: ""Yasin" surəsini övladlarınıza öyrədin, çünki o, Quranın xoş ətirli gülüdür".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Əfv edilən yeganə qadın məhkum - (Foto/Video)
-
3 gün morqda qaldıqdan sonra tabutda ayılan qazimiz - (Video)
-
David Alaba İtaliya klubuna transfer olundu
-
Sərxan Kərəmoğlu: “Azərbaycanda özümdən artıq müğənni bilmirəm, hamısından üstünəm”
-
Haalanddan türk mahnısı ilə sürpriz
-
Əməkdar artist: “Həkimlər çəkici elə vurublar ki, sümüyüm sınıb”
XƏBƏR LENTİ
-
Rezai: Tramp və Netanyahu sağ qurtula bilməyəcək
-
Zeynəb Xanlarovanın səhhəti ilə bağlı açıqlama - Yenilənib
-
Aeroportda 20 min dollar tapdı, 3 minini dilənçilərə payladı
-
Əfv edilən yeganə qadın məhkum - (Foto/Video)
-
Bakının bu ərazisində yaşayanlar köçürüləcəklər - 35 milyon manat ayrıldı
-
Fransa Azərbaycana Martin Ryanın əfv olunmasına görə təşəkkür edib
-
Lavrov və Rubio Nyu-Yorkda görüşüb
-
Bakıda tanışının evindən 33 min manat oğurladı - Saxlanıldı
-
Tanınmış aktyor xəstəxanaya yerləşdirildi
-
Britaniyada hərbi təyyarə qəzaya uğradı
-
İmişlidə qanunsuz balıq ovlayan şəxs saxlanıldı
-
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
-
Finiş xəttindən kənarda: Böyük beynəlxalq yarış Azərbaycanın turizm iqtisadiyyatında artıma necə təkan verir
-
Prezident İlham Əliyev BƏƏ Vitse-prezidentinə başsağlığı verib
-
Həcc ziyarətinə getmək istəyənlərə mühüm xəbər - Qeydiyyat bu tarixdə başlayır
-
Serxio Peres: "Azərbaycan Qran-prisini səbirsizliklə gözləyirəm"
-
Hörmüz boğazında karqo gəmisinə hücum: Xəsarət alanlar var
-
Narkokuryerlərə qarşı əməliyyat: 31 kiloqramdan çox narkotik götürüldü - (Video)
-
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib
-
"Hərbiləşdirilmiş Mühafizə İdarəsi" AZCON-un idarəetməsinə verilib
-
Bu məhsulların gömrük rüsumu artırıldı
-
3 gün morqda qaldıqdan sonra tabutda ayılan qazimiz - (Video)
-
Martin Ryan cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldı - (Yenilənib)
-
Bakıda Gəncə Dövlət Filarmoniyasının konserti keçirilib - (Foto)





