Maraqlı

Nobelçi fizikdən ŞOK SÖZLƏR: "İnsanlar heç vaxt buna nail ola bilməyəcək"

16 Oktyabr 2019 12:12
2 Şərh     Baxış: 1 824

İnsanlar Günəş sistemindən kənara çıxa bilməyəcək.

Milli.Az xəbər verir ki, bunu Fizika üzrə Nobel mükafatı alan professor Mişel Mayor deyib.

İlk dəfə Günəş sistemindən kənarda bir planet kəşf edən fizik bildirib ki, insanlar heç vaxt Günəş sisteminin xaricinə köç edə bilməyəcək. Bu fikir axmaqcadır. Çünki Günəş sistemindən kənara çıxmaq yüz milyonlarla gün davam edəcək: "Günəş sistemindən kənardakı planetlər haqqında danışmaq istəyiriksə, bəzi nöqtələr açıq şəkildə deyilməlidir. Bu planetlər çox uzaqdadır. Orada həyatın var olduğuna, ya da insanların yaşaması üçün əlverişli şərait olduğuna dair araşdırma aparılmağa getmək üçün belə böyük zaman lazımdır",- isveçli astrofizik deyib.

Professor qeyd edib ki, insanların Yer kürəsi yaşanmaz hala gəlib çatanda başqa planetə köçmək xəyalları puçdur. Bu haqda açılan müzakirələrə son verilməlidir. Mayor başqa planetlərdə həyatın olub-olmadığı sualına gələcək nəsillərin cavab verməcəyini ümid edir.

Qeyd edək ki, Mişel Mayor Cenevrə Universitetində çalışır. O, 1995-ci ildə 50 işıq ili uzaqlıqda yerləşən "Peqasi 51" planetini kəşf edib. Bu planet Günəş sistemindən kənarda bir cücə ulduz ətrafında kəşf edilən ilk planetdir. Onun və əməkdaşı Didier Quelozun açdığı yol sayəsində bu günə qədər 4 min planet kəşf olunub. (publika.az)

Milli.Az

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    F.S.D. · 16 Oktyabr 13:0100

    Professor Mişel Mayorun sözləri həqiqətdir, şok deyil. Başqa planetlərdə insan üçün yaşayış yoxdur, varsada öyrənmək üçün cəhd etməkdə nəticə verməyəcək. Çünki beynində düşünmək üçün müəyyən pik həddi var. Kosmik fəzada bütün planetlərin təsirindən yalınz Yer planetində canlı yaşamaq üçün şərait var. Bu alimlər faktiki Yeri və sakinlərini qorumaq üçün düşünməli və tədbir görməlidirlər. Artıq insanlar və insanlıq tükənmək üzrədir, sayları artsada.

    Cavab yaz
  • Anonim
    F.S.D. · 16 Oktyabr 13:0600

    Belə getsə gəlcək nəsil əsl insan fizonomiyası necə olub bilməyəcəklər. Məs. bu yaxınlarda oxudum , fərs edirlər ki, XXX Əsrdə insanların boyu çox uzun , kişilərin orta boyu 210 sm, qadınlarınki 180 sm olacaq. həzm etmə orqanları kicik olsada az kalorili qıda qəbul etmələrinə baxmayaraq enli olacaqlar. dişlərinin sayı az olacaq, bu səbəbdən çənləri və ağzıları kiçiləcək. çeynmək funksiyasını itirdiyində çox zəif inkişaf edəcək. Burun yerinə burun deşikləri olacaq, alimlər gözün və burnun ölçüsünə iqilimin təsirini göstərirlər . üz rəngləri südlü kofe rəngində, üzdə radiasiya nəticəsində dərin qışırlar oalcaq. səbəbi radiasiya. Professor Mişelə tam əminliklə inandım, bu fərziyəyə bilmirəm inanım yoxsa, yox???

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.