İphone-u “sindirdiqdan sonra” özünü idarə edən avtomobili necə yaratmali
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün haqqında söhbət açacağımız şəxsin adı Corc Frensis Hotsdur (George Francis Hotz). Cəmi 30 yaşı olan bu gənci məlumatlı şəxslər daha çox "geohot", "million 75" və "mil" ləqəbləri ilə tanıyırlar.
Hazırda Hots özünü idarə edən avtomobillər üzərində işləyir. O, layihələrinə külli miqdarda invesitisiya cəlb edə bilib. Lakin bütün bunlar həmişəki kimi balaca bir hadisədən başlayıb.
"Apple" şirkətinin əsas gəlir mənbəyinə çevriləcəyi gözlənilən ilk smartfon 2007-ci ildə bazara çıxıb. Corc Hots ondan istifadə etmək istəyib, amma "T-Mobile" operatorunun abonenti olduğu üçün belə bir imkanı olmayıb. Çünki həmin vaxt yeni mobil telefon təkcə "AT&T" operatorunu dəstəkləyib. Gənc "iPhone"-u söküb, gərginliklə təchiz etmək üçün məlumat prosessoruna naqil lehimləyib və kodu skremblinq edib. Bundan sonra smartfona istənilən operatorun şəbəkəsində işləməyə imkan yaradan proqram yazıb.
2009-cu ildə Hots öz bloqunda "A Real Challenge" ("Əsl dəvət") postunu dərc edib. O, bu yolla "Sony PlayStation 3" qurğusunun müdafiə mexanizminin "sındırılması" üzərində işə başladığını qeyd edib. Həmin vaxt məhz bu konsol kiberhücumlara dayanıqlılıq etalonu hesab edilirdi. Hots konsulu sırf proqram vasitələri ilə "sındırmağa" çalışıb. 26 yanvar 2010-cu ildə o, işin başa çatdığını elan edib.
Gənc tədqiqatçı əmindir ki, avtopilot avtomobili maksimum rəvan idarə etməlidir, sanki "sükan arxasında" cansız robot deyil, dünyanın ən yaxşı limuzin sürücüsü əyləşib. Hotsun keçmiş xidmətlərini nəzərə alsaq, araşdırmalara investorlardan maddi yardım olmaq elə də böyük problem olmayıb.
Startap "Comma" adı alıb. İnvesitisiyaya ayrılan pullar nəinki layihələrə, eyni zamanda avtomobillərin yenidən təchiz edilməsi üçün hazır komplektlərin yaradılmasına xərclənir. Hazırda işlər çox irəliləyib və avadanlıq yaxın aylarda satışa çıxarıla bilər. İlk növbədə həmin komplektlər "Honda" və "Acura" markalı avtomobillər üçün satılacaq. Sonra başqa avtomobilləri dəstəkləyən nümunələr bazara çıxarılacaq.
Corc Hotsun avtomobili artıq ictimai yollarda hərəkət edir. O, həmin avtomobildə bir neçə jurnalisti də özü ilə gəzdirib. Hots bu nümunənin yaradılmasında tək iştirak edib, ancaq işləri davam etdirmək üçün daha 20 nəfəri layihəyə cəlb etməyi düşünür.
Avtomatik idarəetməyə malik avtomobillər üçün yol hərəkət qaydaları hələ indi-indi hazırlanır. Bu cür sınaqların ictimai yerlərdə aparılmasının nə qədər qanuna uyğun olması açıq məsələ olaraq qalır. Hots buna etiraz edərək bildirib ki, onun avtomobili tam avtonom deyil, tətbiq edilən texnologiyalar isə daha çox kruiz-nəzarətin başqa növüdür. Bundan başqa, ona göndərilən məktub birbaşa qadağa ola bilməz, sadəcə tərəflərdən birinin çağırışı və hüquqi fikridir.
Hots hazır komplektləri 1000 dollardan aşağı qiymətə sata biləcəyini ehtimal edir.
Yeri gəlmişkən, yol kənarındakı velosipedçi və ya velosiped yolu ilə bağlı nümunə çox maraqlıdır. Hots bildirib ki, avtopilotun kodunda belə bir hal nəzərdə tutulmayıb, süni intellekt bunu özü öyrənib. Ola bilsin, gənc tədqiqatçı sadəcə qiymətini qaldırır. Yox əgər belə deyilsə, onda həqiqətən yaxşı xəbərdir.
Hots öz işində əsl romantik təəssüratı bağışlayır. Bu da onu cəlbedici edir. Zaman onun nələrə nail olduğunu göstərəcək. Hələlik isə elə görünür ki, onu dayandırmaq çətin olacaq.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Xınalıq yolunda sürüşmə olub - (Video)
-
Osman Sınav "Kurtlar vadisi"ndən təhdidə görə ayrılıbmış
-
Dəhlizdə bu 5 əşyanı saxlamayın - Uğurun qarşısını kəsir
-
“Azərbaycanda atasını öldürüb, Rusiyaya qaçıb oğlumu qətlə yetirdi” - Mariya Useltseva - (Foto/Video)
-
Sinifdə elektron siqaret çəkən uşaqlar bu məktəbdə oxuyurmuşlar - (Yenilənib/Video)
-
Nigarın keçmiş nişanlısı həqiqətləri danışdı: Nişanı qaytaran anası imiş... - (Video)
XƏBƏR LENTİ
-
Xınalıq yolunda sürüşmə olub - (Video)
-
Tramp Ali Məhkəməni sərt tənqid edib
-
Osman Sınav "Kurtlar vadisi"ndən təhdidə görə ayrılıbmış
-
Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - (Foto)
-
"Real Madrid" "Yeni Messi"ni heyətə qatmağa yaxındır - (Foto)
-
İranda qorxulu anlar: Təyyarə havada parçalanmağa başladı - (Video)
-
Bülent Ersoy “alma şəkəri” obrazında - (Foto)
-
“2 milyonum olsaydı, toyda oxumazdım” - Eldəniz Məmmədov
-
Dəhlizdə bu 5 əşyanı saxlamayın - Uğurun qarşısını kəsir
-
“Görəsən, Tanrı niyə atamın ayaqlarını əlindən aldı?” - Britni Spirs
-
Xadiməni aldadıb 3 min almışdı - Üstünə 750 manat qoyub qaytardı
-
Övladını birinci sinfə yola salanlar - (Foto)
-
Paşinyan lənətlənəcək - Zaxarova
-
Anar Bayramov Arzu Bəndəliyevanı işdən çıxardı - Yenilənib (Foto)
-
Müğənni Afət və Dəniz bir-birilərini məhkəməyə verdilər - Eyni gündə Saatlı və Bakıda
-
“Azərbaycanda atasını öldürüb, Rusiyaya qaçıb oğlumu qətlə yetirdi” - Mariya Useltseva - (Foto/Video)
-
Könül Kərimovanın nəvəsi birinci sinfə gedir - (Foto)
-
Sinifdə elektron siqaret çəkən uşaqlar bu məktəbdə oxuyurmuşlar - (Yenilənib/Video)
-
Zakir Həsənovla Belarusun müdafiə naziri arasında görüş keçirilib - (Foto)
-
Yardımlıda korrupsiya əməliyyatı: İcra Hakimiyyətinin vəzifəli şəxsləri həbs edildi
-
Türkiyədə valyutadəyişmə məntəqəsində atışma: Ölən və yaralananlar var
-
Bakıda bir küçə 10 saat avtomobillər üçün bağlanacaq
-
Vokal məktəbindən dünya səhnələrinə - Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı yeni adlar kəşf edir - (Foto)
-
8 ay ərzində Azərbaycanın neft ixracı 10,6 faiz artıb





