Dörd il fasiləsiz "Dünyanın ən yaxşı böyük şəhəri" seçilib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ-ın "Condé Nast Traveller" nəşrinin oxucuları Tokionu 2019-cu il üzrə "Oxucu seçimi" nominasiyasında dünyanın birinci ən yaxşı böyük şəhəri seçiblər.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Yaponiya paytaxtı "Condé Nast Traveller" nəşri tərəfindən dörd il fasiləsiz olaraq "Oxucu seçimi: Dünyanın ən yaxşı 10 böyük şəhəri" adına layiq görülüb.
ABŞ-ın səyahəti sevən oxucuları arasında populyarlığı ilə seçilən bu jurnalı Tokionu ABŞ-dan kənar şəhərlər siyahısında birinci elan edib.
Oxucular dünyanın ən yaxşı şəhərini bir sıra təşəbbüslərə, o cümlədən dövlət və özəl sektorun birlikdə hazırladığı turizmin inkişafına və səyyahlara gücləndirilmiş dəstək proqramlarına görə layiq biliblər.
Qeyd edilir ki, beynəlxalq turizm sahəsində aparıcı mövqeyə malik olan Tokio həqiqətən də ənənələrin və innovasiyaların daha çox əks olunduğu yerlərə ziyarətçilərin cəlb edilməsi üzərində əzmlə çalışır.
Beləliklə jurnalın dərc etdiyi siyahıda Tokio birinci, Kioto ikinci, Sinqapur üçüncü yeri tutur. Digər yerlər isə aşağıdakı ardıcıllıqla müəyyənləşib - Vyana (Avstriya), Osaka (Yaponiya), Kopenhagen (Danimarka), Amsterdam (Niderland), Barselona (İspaniya), Taybey (Tayvan) və Sidney (Avstraliya).
Yaponiya paytaxtının bu uğurunu yüksək qiymətləndirən Tokionun qubernatoru Yuriko Koike isə bu xəbərin onu çox sevindirdiyini bildirib: "Condé Nast Traveller" oxucularının Tokionu dördüncü dəfə dünyanın ən yaxşı böyük şəhəri seçməsi məni çox sevindirir.
Ötən il Tokioya daha çox turist gəlmişdi və hazırda bu şəhər Yaponiyada keçirilən reqbi üzrə dünya çempionatının təşkil edildiyi şəhərlərdən biridir. Dünyanın hər yerindən gələn pərəstişkarların bu şəhərdə toplanması bizi çox həyəcanlandırır.
2020-ci ildə Tokioda keçiriləcək Olimpiya və Paralimpiya Oyunları zamanı isə biz öz şəhərimizdə daha çox səyahətçini salamlamaq imkanı qazanacağıq. Buna görə də biz Tokionun görməli yerləri haqqında daha çox informasiya yayaraq, onun dünyanın aparıcı turizm istiqamətlərindən birinə çevrilməsinə çalışırıq".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ozan Tufanın ayaqqabısının dodaq uçuqladan qiyməti - (Foto)
-
Türkiyə Fransaya qarşı
-
Bakıda Formula 2 sprint yarışının qalibi bilindi - Yenilənib - Foto
-
Pul və şans dörd bürcün qapısını döyəcək
-
Pasportu alüminium folqaya bükmək həqiqətən də hakerlərin qarşısını alırmı?
-
Suyu bulanmayan və əriməyən, xırt-xırt kələm turşusu resepti
XƏBƏR LENTİ
-
Burak Yılmazın yeni iş yeri bəlli oldu
-
Tramp ona qartal heykəli hədiyyə etdi
-
Onların maaşının artırılması üçün 550 milyon ayrılır
-
Formula 1 Azərbaycan Qran-Prisində qəza
-
50 və 64 nömrəli marşrutların hərəkət sxemi dəyişdirildi
-
ABŞ-dən Ukraynaya yeni təklif: Üçtərəfli görüş Əbu-Dabidə keçirilə bilər
-
Litva – Azərbaycan matçının hakimləri açıqlandı
-
Manaf Ağayevə ağır itki
-
Azyaşlı atalığı tərəfindən döyülüb - Ekspertiza təyin edildi
-
Ayın 26-da leysan yağacaq, dolu düşəcək - Proqnoz
-
Prezident İlham Əliyev: İnvestisiyalara yanaşmamız yalnız kapital cəlb etməklə məhdudlaşmır
-
Prezident İlham Əliyev: Ölkəmiz Asiya ilə Avropa arasında mühüm bağlantı həlqəsinə və qapıya çevrilib
-
Formula 1-də üçüncü sərbəst yürüş başladı
-
Prezident İlham Əliyev: TRIPP Azərbaycanın regional mərkəz rolunu daha da gücləndirəcək
-
Prezident İlham Əliyev: Cənubi Qafqazda bərqərar olmaqda olan sülh regional ticarət və investisiyalar üçün yeni imkanlar yaradır
-
Prezident İlham Əliyev: Azərbaycan getdikcə daha çox ölkə üçün etibarlı enerji tərəfdaşıdır
-
Prezident İlham Əliyev “Global Infrastructure Partners” şirkətinin rəhbərini qəbul edib - (Foto)
-
Xarici ölkə vətəndaşı ilə əlaqəsi olan şəxs 11 kiloqram narkotiklə tutuldu
-
Bakı-Sumqayıt yoluna sürətli çıxış üçün yeni avtobus zolağı təşkil edilib
-
Prezident İlham Əliyev 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb
-
Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə zəng edib
-
Prezident İlham Əliyev “Brookfield Asset Management” şirkətinin baş icraçı direktorunu qəbul edib - (Foto)
-
Bulvarda bahalaşma ilə bağlı rəsmi açıqlama
-
Prezident İlham Əliyev “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktorunu qəbul edib - (Foto)





