Ziyarət zamanı səfər yoldaşlarına xidmət etməyin savabı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Şeyx Tusi, Misbah kitabında yazır : "İmam Həsən Əsgəri (ə) buyurmuşdur: "Möminin beş əlaməti vardır: gecə-gündüz ərzində 51 rükət namaz qılmaq, üzüyü sağ ələ taxmaq, namazda "Bismillah"ı möhkəm demək, Ərbəin ziyarətini oxumaq, alnın səcdədən irəli gəlməsi (yəni, çoxlu səcdə etmək)"".
Şeyx bundan sonra Cabirin ilk Ərbəin ziyarətçisi olduğuna işarə etmiş və Ərbəin gününün tarixçəsindən xəbər vermişdir. Ərbəin günündə yürüşə çıxmağın əhəmiyyətindən bəhs etmişdir.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, bu mövzu o qədər əhəmiyyətlidir ki, alimlərin özləri ayaqyalın yürüşə qoşular və İmamla (ə) beyətlərini təzələmək üçün səy göstərərlər. Bu əməl günümüzə qədər davam edir. Bu əməli yerinə yetirə bilməyənlər isə başqa müsəlmanları öz vəkilləri kimi bu ziyarətə göndərər və mallarını bu yolda infaq edərlər.
Ərbəin yürüşündə ən mühüm əməllərdən biri - zəvvarlara xidmət etməkdir. Çünki bu xidmətin savabı olduqca böyükdür.
Alimlərdən biri nəql edir: "Bir il yay fəslində Rəhmətlik İmam (r) və bir neçə alimlə birgə Məşhədə yollandıq. Qərara aldıq ki, zöhr namazından sonra bir qədər istirahət edib, hərəmə birlikdə gedək. Dua, ziyarət və namazdan sonra evə qayıdaq.
Biz ziyarət zamanı gördük ki, İmam (r) ziyarəti çox qısa oxudu və yerinə yetirdi. Sonra təkbaşına evə qayıtdı. Mənzilin eyvanını süpürüb suladı. Sonra xalça saldı. Samovar yandırdı. Çay hazırladı. Biz hərəmdən geri qayıdan zaman bizim üçün çay tökdü.
Bir gün mən ondan bu əməlin səbəbini soruşdum. İmam (r) mənə buyurdu: "Mən bu işin savabını ziyarətdən daha az görmürəm"".
Ziyarət hərəmə getməklə kifayətlənməz. Həqiqi zəvvar o kəsdir ki, bu yolda fədakarlıq göstərər və başqalarının rahatlığını özünün rahatlığından daha üstün hesab edər. Bu zaman həqiqi zəvvar adını qazana bilər. Ərbəin zəvvarları da o cürdür. Bu üç günlük yürüş insanların iman səviyyəsini üzə çıxardar və niyyətlərini açıqlayar.
Hər kim bu yola ixlasla çıxarsa, ancaq özünü düşünməz. O, Allah yolunda çoxlu fədakarlıqlar edər və zəvvar adını qazanar.
İmam Sadiq (ə) bu cür insanlar barəsində buyurur: "Allahım! Məni, qardaşlarımı və atam Hüseynin (ə) qəbrini ziyarət edənləri bağışla! O kəsləri ki, mallarını infaq ediblər, bədənlərini çətinliyə salıblar, bizə yaxşılıq etmək şövqü ilə və bizə dostluğa görə qazanacaqları savaba görə olanları!".
Həzrət Peyğəmbər (s) buyurur: "İki sifət vardır ki, ondan üstün yaxşılıq yoxdur: Allaha iman bəsləmək və Allah bəndələri üçün faydalı olmaq.
İki sifət vardır ki, ondan üstün pislik yoxdur: Allaha şirk etmək və Allah bəndələrinə pislik etmək".
Hədislərin birində oxuyuruq: "O kəs ki, Aşura günündə İmam Hüseyn (ə) qəbrinin yanında kiməsə su verər, o kəs kimi olar ki, sanki İmam Hüseynin (ə) ordusuna su vermişdir və İmamın (ə) bayrağı altında şəhid olmuşdur".
Allah Təala səfər yoldaşlarımıza xidmət etmək tofiqatını bizlərə nəsib etsin!
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Mançester Yunayted" - "Sabah" oyunu başlayıb - YENİLƏNİR - CANLI
-
Suraxanıda təmir işləri və qayda pozuntusu səbəbindən tıxac yaranıb - (Video)
-
“Mançester Yunayted”dən “Sabah”la bağlı ironik (Video)
-
"Həmin hadisələrdən sonra Cavanşir Məmmədovun ürəyi partladı"
-
Çində yük gəmisində yanğın oldu - 20 ölü var - (Video)
-
Bakıda sürücünün diqqətsizliyi az qala faciəyə səbəb olurdu - (Video)
XƏBƏR LENTİ
-
Şəkidəki faciənin birbaşa şahidi, Coşqun Məmmədovun nişanlısı danışdı
-
"Mançester Yunayted" - "Sabah" oyunu başlayıb - YENİLƏNİR - CANLI
-
Coşqun və Ucalın faciədən dəqiqələr öncə çəkilən son (Fotosu)
-
Deko "Real"ın heyətə qatdığı ulduz barədə: "Barselona"ya gəlmək istəyirdi
-
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
-
Azərbaycanda taksi qiymətləri bahalaşıb?
-
Rövşən Nəcəf onu direktor təyin etdi - (Foto)
-
Özbəkistan əlifbasını dəyişdi
-
Azərbaycanda ata oğlunun toyunda həbs olundu
-
Rusiyadan Vyetnama gözlənilməz təklif - Təyyarələr icarəyə götürüləcək
-
Suraxanıda təmir işləri və qayda pozuntusu səbəbindən tıxac yaranıb - (Video)
-
“Ölkəni kazinoya çevirmisiniz, elə bilirlər ailəmindir” - Lukaşenko
-
Xalq artisti Zaur Rzayevin səhhəti ilə bağlı mühüm açıqlama
-
Nikahdankənar doğulan uşaqların sayı açıqlandı
-
Rusiyadan Pavloqrada dron zərbəsi: 3 nəfər ölüb, azı 34 yaralı var
-
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
-
“Mançester Yunayted”dən “Sabah”la bağlı ironik (Video)
-
"Hamı Xalq artisti oldu, mən isə yerimdə addımlayıram" - Ruhəngiz Allahverdiyeva
-
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
-
Peskovdan Qara dənizlə bağlı sərt açıqlama: “Gəmilər məhv ediləcək”
-
146 zərbə ilə öldürülən Arzunun anası Türkiyədə kürəkəninə ağır cəza tələb etdi
-
“Sabah”ın oyununa hansı kanalda baxaq?
-
Zaqatalalı iş adamının ölkədən çıxışına stop qoyuldu
-
ABŞ mayeləşdirilmiş təbii qazının Yunanıstan vasitəsilə Cənub-Şərqi Avropaya tədarükü TAP-ın rolunu genişləndirə bilər – səfir





