Maraqlı

Dünyanı iki fərqli göz rəngi ilə görən qardaşlar

1 Oktyabr 2019 23:25
0 Şərh     Baxış: 1 522
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Türkiyənin Bursa şəhərində yaşayan iki qardaşın göz rəngi görənləri heyrətə salır. Belə ki, qardaşlar tibdə  "Heteroxromiya" adlanan göz rənglərinin fərqliliyi ilə diqqət çəkirlər.

Milli.Az medicina.az-a istinadən bildirir ki, 11 yaşlı Səlman və 4 yaşlı Kərəmin bir gözü mavi, digəri isə qəhvəyi rəngdədir. Uşaqların atası bildirib ki, böyük oğlu doğulduqdan bir neçə ay sonra onun gözündəki fərqliliyi hiss ediblər.

Uşağı görənlər bunun 6 aydan sonra düzələcəyini bildiriblər. Lakin Səlmanın göz rəngi dəyişməyib. Daha sonra ailənin digər  oğlu da eyni fərqliliklə dünyaya gəlib. Uşaqlar əvvəl fərqli rəngli gözlərinə görə narahat olsalar da, sonradan bu hala öyrəşdiklərini və fərqli olduqları üçün sevindiklərini bildiriblər.

Həkimlər tibdə belə hadisənin nadir rastlandığını qeyd ediblər. Lakin onların yaşı artdıqca xüsusilə mavi rəngli gözlərdə görmənin zəifləyəcəyini də vurğulayıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.