Allahın ən sevimli bəndəsi...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İnsan ictimai bir varlıq olduğu üçün, başqaları ilə ünsiyyət qurmağa məcburdur. Bəs düzgün ünsiyyət qurmağın yolu nədir? Bunlara nəzər salaq.
1) Başqalarının şəxsiyyətinə hörmət etmək.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, əgər kimsə insanlar içində hörmət edilməsini istəyirsə, gərək ilk addımı özü atsın. Başqalarına hörmət etmək - onların sevgisini qazanmaq deməkdir. Bu hörmət həm danışıqda olmalıdır, həm də rəftarda. Əziz Peyğəmbərimizin (s) adəti belə idi ki, səhabələri gələn zaman onlara hörmət əlaməti olaraq ayağa qalxar və onlar üçün yer açardı. Bəzən çiynindəki əbasını götürər və onlar üçün yerə sərərdi. Söykənmələri üçün balış hazır edərdi. Əgər din qardaşı uzaq yoldan gəlsəydi, bir neçə addım qarşısına gedər və onu quacaqlayardı.
2) İnsanlara xidmət etmək.
İslam təlimləri buyurur ki, insanın vacibatlarına əməl etdikdən sonra Allaha yaxınlaşmağının ən gözəl yolu - başqa insanlara xidmət etməkdir. İmam Kazım (ə) buyurur: "Həqiqətən sizin əməlinizin möhürü, qardaşınızın ehtiyacını yerinə yetirmək və bacardığınız qədər onlara yaxşılıq etməkdir. Əks halda sizin heç bir əməliniz qəbul olunmaz".
İmam Sadiq (ə) buyurur: "Allah Təala buyurur: "İnsanlar mənim ailəmdir. Mənim yanımda onların ən sevimlisi o kəslərdir ki, insanlarla daha mehriban və onların ehtiyacını aradan aparmaqda daha çox çalışanlarıdır"".
Həzrət Peyğəmbər (s) buyurur: "Allah bəndələrindən hər kim müsəlmanların yolundan tikanlı budağı götürərsə, behişt əhli olar".
3) Yaxşı insanlarla oturub-durmaq.
Pis insanlarla oturub-durmaq insanı yolundan azdırar. Həzrət Peyğəmbər (s) buyurur: "Yaxşı yoldaş tənhalıqdan yaxşıdır. Tənhalıq isə pis yoldaşdan yaxşıdır".
4) Hədiyyə vermək.
İslam dini hədiyyə verməyi həmişə mədh etmişdir. Hədiyyənin mənəvi dəyəri daha əhəmiyyətlidir. Hədiyyə vermən zaman onun tərbiyəvi təsiri çox mühümdür. Hədiyyə edilən zaman həmin şəxsin zövq və səliqəsi nəzərə alınmalıdır.
Həzrət Peyğəmbər (s) buyurur: "Mənim ümmətim o zamana qədər ki, bir-birini çox istəyər, bir-birinə hədiyyə versinlər, əmanətdarlıq etsinlər".
Həzrət Peyğəmbər (s) buyurur: "Bir-birinizə hədiyyə verin. Çünki kini aradan aparar".
5) Başqalarının əmanətini hifz etmək.
İslam dininin diqqət etdiyi mühüm məsələlərdən biri də əmanətdarlıqdır. İnsanlar həmişə əmin insana ehtiyac duyur. İnsan o kəsin yanına əmanətini qoyar ki, ona etimad edər. Həzrət Peyğəmbər (s) buyurur: "Əgər Allah və Peyğəmbərin (s) sizi sevməsini istəyirsinizsə, o zaman ki, sizə əmanət verərlər, əmanətdarlıq edin. Danışan zaman düz danışın və qonşularınızla yaxşı rəftar edin".
İmam Əli (ə) buyurur: "Əmanətdarlıq ruzi gətirər və əmanətə xəyanət - yoxsulluq". (Tebyan)
Allah Təala bizlərə düzgün ünsiyyət quranlardan qərar versin.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
-
Əl ilə yazmaq yaddaşı gücləndirir
-
Toyuğun döşü, yoxsa budu daha faydalıdır?
-
Arıqlayaraq tanınmaz dərəcədə dəyişən məşhurlarımız – Kimə daha çox yaraşıb? - (Fotolar)
-
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
-
Suraxanıda çuxur böhranı: Sakinlər və sürücülər çıxılmaz vəziyyətdə - (Video)
XƏBƏR LENTİ
-
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
-
Rusiyada uşaqlara Burak adını verirlər
-
Əl ilə yazmaq yaddaşı gücləndirir
-
Toyuğun döşü, yoxsa budu daha faydalıdır?
-
Arıqlayaraq tanınmaz dərəcədə dəyişən məşhurlarımız – Kimə daha çox yaraşıb? - (Fotolar)
-
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
-
Suraxanıda çuxur böhranı: Sakinlər və sürücülər çıxılmaz vəziyyətdə - (Video)
-
“Heç nə dəyişməyib, insanlar hələ də məndən qorxurlar” - Şeron Stoun - (Foto)
-
Günün qoroskopu: Enerjinizlə bütün diqqəti üzərinizə çəkəcəksiniz
-
“NATO şişir və genişlənir” - Putindən xəbərdarlıq
-
Ermənistanda sabiq nazir məhkəmədən xərəkdə çıxarıldı - (Video)
-
İlham Əliyev Sərvər Bəşirli haqqında: Köhnə bir avtomobillə yorğan-döşək - əlində nə var idi onu gətirmişdi
-
Bakıda üç uşaq anası marketdə əri tərəfindən döyüldü - anbaan (Video) - Yenilənib
-
"2 gün ac qalırdım, amma heç kimə əyilmirdim" - Elgiz Əkbər
-
Azərbaycanda 160 manata torpaq sahəsi satılır
-
Bakıda səs-küy yayan daha bir restorandan şikayət - (Video)
-
Flora Kərimova: "Afət Fərmanqızı ilə barışmamışam"
-
Elvin uzun müddət sonra - (Video)
-
Alim Qasımov Üzeyirə : “Yazdığın mahnı çox xoşuma gəldi” - (Video)
-
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
-
Evində uşaqlara dərs keçmək üçün şəraiti olanların diqqətinə!
-
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
-
Nobel mükafatının məbləği artırıldı
-
“Qarabağ” "Şəfa"ya, "Neftçi" "Qəbələ"yə qalib gəldi





