Kiçik günahı kiçik hesab etmək niyə böyük günahdır?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Əmirəl-möminin (ə) buyurur: "Ən pis günah o günahdır ki, onu kiçik hesab edərlər".
Əhli-beyt (ə) həmişə bu sahədə bizə xəbərdarlıqlar vermişdir ki, bu xəbərdarlıqlar da özümüzə nəzarət etməyə yardım edir. İnsan bu hədisləri eşidəndən sonra günah yoluna qədəm basmaq istəmir və həyatını elə tənzim edir ki, davamlı olaraq Allahın razılığını əldə etsin. Bu hədislər bizim səhlənkarlığımızı diqqətə çevirir. (Tebyan)
Əgər insan səğirə günah işlədən zaman onu kiçik hesab edər və öz-özünə deyərsə ki, yaxşı ki, kəbirə günah deyildir və kiçikdir, bu zaman həqiqətən də kəbirə günah işləmiş olar. Çünki bu kiçik günahına görə tövbə etmək yerinə, özü ilə lovğalanır ki, yaxşı ki, böyük günah işlətməmişdir. Burada sevinməli bir hal yoxdur. Bu kiçik günah belə, insanın taleyini dəyişdirə bilir.
Mömin gərək hər bir günahdan çəkinsin. Belə ki, İmam Sadiq (ə) tərəfdaşlarından birinə buyurur: "Yaxşı iş hər kəsdən qəbul olunar. Ancaq səndən daha çox qəbul olunandır, çünki bizə bağlısan. Səni bizə nisbət verib deyərlər ki, o, İmam Sadiqin (ə) dostu və bir məclisdə əyləşənidir. Pis iş hamı üçün pisdir. Ancaq sənin üçün daha pisdir. Çünki sən bizə aidsən. Səni şəhərlərdə, küçələrdə və bazarlarda görən zaman deyərlər ki, o, İmam Sadiqin (ə) tərəfdaşlarındandır".
Heç bir günahı kiçik hesab etmə.
Hər bir günah bizə və ruhumuza zərbə vurur. Ola bilsin ki, bəzi günahların vurduğu zərbə başqalarına nisbətdə daha çox olsun, cəzası da böyük olsun. Ancaq bu, o demək deyildir ki, başqa günahların xətəri və təhlükəsi yoxdur. Heç bir günahı kiçik hesab etmək olmaz. Çünki Allahın haram buyurduğu hər bir əməl Onun narazılığına və qəzəbinə səbəb olar. O şey ki, bizi Allahdan narazı edər, heç də kiçik və az deyildir.
Əmirəl-möminin (ə) buyurur: "O şey ki, Qiyamət günü ziyan gətirər, kiçik deyildir".
Hər bir günah insanın aqibətini pis edə bilər. İmam Sadiq (ə) buyurur: "Nə zaman günah işlətmək fikri zehninə gələr, çalış ki, düçar olmayasan. Çünki mümkündür ki, Allah sizi bu halda görüb İzzət və Cəlalına and içsin ki, sizi bağışlamayacaqdır".
Şeytan adətən kiçik günahları insana dəyərsiz göstərir və onu vəsvəsə edir ki, bu günah heç də mühüm deyildir. İmam Sadiq (ə) buyurur: "Nifaqın nişanələrindən biri - günahları kiçik hesab etməkdir".
Zahirdə kiçik görünən günahlar bizə böyük günah işlətmək üçün ciürət verər və nəticədə bizi həlak edər. Ona görə də heç bir günahı kiçik bilməyək və tövbə etməyi unutmayaq.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Kadırovun oğlu səs verdikdən sonra “ləzginka” oynadı - (Video)
-
Yevlaxda üç avtomobil toqquşub, sürücü xilas edilib - Yenilənib - (Video)
-
“Qarabağ”ın avrokuboklardakı anşlaqı yerli liqada yoxdur: 31 minlik stadionda acınacaqlı mənzərə - (Video)
-
Türkiyədə qadın qızının saç kəsimini bəyənmədi, qohumlarını yığıb salonu dağıtdı - anbaan (Video)
-
Bakıda üç uşaq anası marketdə əri tərəfindən döyüldü - anbaan (Video)
-
Uşaq oyuncaqlarına Müşviqin mahnısı yerləşdirildi - (Video)
XƏBƏR LENTİ
-
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
-
Nobel mükafatının məbləği artırıldı
-
“Qarabağ” "Şəfa"ya, "Neftçi" "Qəbələ"yə qalib gəldi
-
Kadırovun oğlu səs verdikdən sonra “ləzginka” oynadı - (Video)
-
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
-
Yevlaxda üç avtomobil toqquşub, sürücü xilas edilib - Yenilənib - (Video)
-
Elariz oğlu və nəvəsi ilə - (Foto)
-
“Qarabağ”ın avrokuboklardakı anşlaqı yerli liqada yoxdur: 31 minlik stadionda acınacaqlı mənzərə - (Video)
-
Ceyhun Hacıbəyli küçəsində hərəkət məhdudlaşdırılacaq
-
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
-
Gəncəsər monastırı ətrafında Ermənistanda yaradılan qalmaqalın elmi-tarixi əsası yoxdur - AMEA
-
"Arsenal" Xviça Kvaratsxeliyanı heyətinə qatmaq istəyir
-
Şamaxıda “Nəsimi Bağları” kompleksi: 120 hektarlıq ərazidə turizm və mədəniyyət məkanı
-
Paşinyan Prezident İlham Əliyevə Cənubi Qafqazda sülhə töhfəsinə görə təşəkkür edib
-
Kardaşyanda atasının ölümünə səbəb olan xəstəlikdən aşkarlandı - (Foto)
-
Türkiyədə qadın qızının saç kəsimini bəyənmədi, qohumlarını yığıb salonu dağıtdı - anbaan (Video)
-
Azərbaycanın “yaşıl” enerji strategiyasında yeni mərhələ: “Qobustan” GES və qlobal hədəflər - (Foto)
-
Bakıda üç uşaq anası marketdə əri tərəfindən döyüldü - anbaan (Video)
-
Uşaq oyuncaqlarına Müşviqin mahnısı yerləşdirildi - (Video)
-
Daha iki küçədə avtobus zolağı salınır - (Foto)
-
Azərbaycan, Özbəkistan və Türkiyə hərbçilərinin iştirakı ilə “Birliyin Gücü – 2026” təlimi keçiriləcək - (Foto/Video)
-
149 il sonra “Meqa El Nino” təhlükəsi: Alimdən 2027-ci il üçün xəbərdarlıq
-
Bakı və Sumqayıtda ağacları qanunsuz kəsdilər - 39 480 manat ziyan
-
Kriştianu Ronaldu milli komandaya çağırıldı





