Körpələrin artıq çəkili doğulması nədən xəbər verir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Uşaqların artıq çəki ilə dünyaya gəlməsi daha çox irsi ola bilər".
Milli.Az lent.az-a istinadən bildirir ki, bunu pediatr və endokrinoloq, Azərbaycan Tibb Universitetinin əməkdaşı Gündüz Əhmədov deyib.
Onun sözlərinə görə, ata, ana, yaxud yaxın qohumlarda çəki problemi varsa, uşaq da artıq çəki ilə dünyaya gələ bilər. Bundan başqa, hamiləliyin uzun çəkməsi, yəni dölün 42 həftədən çox ana bətnində qalması, şəkərli diabet, hipotireoz xəstəliklərindən əziyyət çəkən anadan doğulan uşaqlar artıq çəki problemi ilə dünyaya gəlir. Eyni zamanda, uşaq genetik patologiya ilə doğulduqda bəzi irsi xəstəliklər də çəki probleminə səbəb ola bilər.
Ginekoloq Rəşad Sultan isə körpələrin artıq çəki ilə dünyaya gəlməsini ananın çox yeməsi və artıq kalori qəbul etməsi ilə əlaqələndirir: "Günümüzün bəlası çox yemək, kalorili yeməklər, şirniyyatlar, qidalanma rejiminin yanlışlığıdır. Bu, artıq zərərli vərdiş hesab olunmalıdır. Günümüzü yemək stolu arxasında yox, təbiətdə gəzməklə, idmanla keçirməliyik. Yemək menyuları hamilələr üçün daha da önəmlidir. Hamilə qadın gündə 5-6 dəfə qidalanmalı, tez-tez, az-az yeməlidir.
Çörək, düyü və xəmir xörəklərindən az istifadə etmək məsləhətdir. Gündə ən azı 3 litr su içmək, tərəvəz, göyərti, ət, toyuq və balıq yeməkləri lazımdır. Hamiləlikdə şəkərli diabet və qalxanabənzər vəzi çatışmazlığı müvafiq analizlərlə araşdırılmalı, varsa, müalicə almalıdır. Hər hamilə qadın dietoloq nəzarətində olmalıdır. Dölün çəkisinin çox olmasının qarşısını alsaq, qeysəriyyə əməliyyatlarının da sayını azalda bilərik".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Jorje Jezuş Ronaldu barədə: "Bunu asanlıqla həll etmək olar"
-
Pünhan Piriyev: "Alim Qasımov toyumda oxumaq üçün 15 min manat istədi" - (Video)
-
İlk insanlar belə olub - (Foto)
-
Süni intellektlə beyin xərçənginə qarşı yeni molekul hazırlandı
-
Soyuq hava mövsümü başladı: Viruslardan necə qorunmalı?
-
Qəlbləri ən asan fəth edən 5 bürc
XƏBƏR LENTİ
-
Bu yollarda sürət həddi artırıldı
-
Nazir müəllimləri təbrik etdi
-
Jorje Jezuş Ronaldu barədə: "Bunu asanlıqla həll etmək olar"
-
Pünhan Piriyev: "Alim Qasımov toyumda oxumaq üçün 15 min manat istədi" - (Video)
-
Gürcüstanda 35 yaşlı azərbaycanlı qətlə yetirildi
-
Dünya bazarında neft ucuzlaşdı
-
İlk insanlar belə olub - (Foto)
-
Tarixi Alman Lüteran kilsəsində III Beynəlxalq Opera Festivalı keçirilib - (Foto)
-
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
-
Bakının bu ərazisində işıq kəsiləcək
-
Kamaləddin Qafarov: Bu Zəfər milli iradənin təntənəsi idi
-
Millətlər Liqası: Ronaldusuz Portuqaliya 1/4 finalda!
-
Süni intellektlə beyin xərçənginə qarşı yeni molekul hazırlandı
-
Soyuq hava mövsümü başladı: Viruslardan necə qorunmalı?
-
Zəfər xronikası. 5 oktyabr 2020-ci il: Prezident İlham Əliyev Türkiyənin “TRT Haber” televiziya kanalına müsahibə verib - (Video/Foto)
-
Qəlbləri ən asan fəth edən 5 bürc
-
Mıhlama nə ilə yeyilir?
-
“Bitcoin” 190 min dolları keçə bilər
-
Antibiotik qəbul edərkən şəkər istehlak etmək bağırsaq bakteriyalarına zərər verə bilər
-
Çuğundurlu kələm turşusu resepti
-
İkardidən "Qalatasaray"la bağlı sürpriz qərar
-
"Flydubai" pilotu hər şeyi etiraf etdi
-
Biləsuvarda 26 yaşlı kişi qətlə yetirildi - qohumu saxlanıldı - təfərrüat
-
Ermənistanın Bərdəni raket atəşinə tutmasından 6 il ötür





