Maraqlı

Hansı şəraitdə namaz qılmaq məkruh sayılır?

18 Sentyabr 2019 23:15
0 Şərh     Baxış: 4 072
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Namazı məkruh (bəyənilməz) edən çoxlu hallar var ki, bunların bir qismi namaz qılanın libasına, bir qismi namaz qılınan məkana, bir qismi namaz qılanın vəziyyətinə aiddir. Məsələn, aşağıdakı hallar namazın məkruhluğuna səbəb olar:

Milli.Az islam.az-a istinadən bildirir ki, üzərində canlı şəkli olan libasda namaz qılmaq, canlı varlığın təsviri olan otaqda, canlı varlığın təsviri ilə, güzgü ilə üzbəüz namaz qılmaq, camaatın keçib-getdiyi yolların üstündə, adamla üz-üzə namaz qılmaq, qəbristanlıqda, qəbrin qarşısında, şoranlıqda, hamamda, mətbəxdə, sobanın və tonqalın qarşısında namaz qılmaq.

Namaz zamanı barmaqları tərpətmək, şaqqıldatmaq, gözü o yan-bu yana hərlətmək, gözləri yummaq, namazdan başqa şeylər haqqında düşünmək, ətrafa qulaq asmaq, təharətxanada özünü rahatlamadan (ayaqyoluna getmək istədiyi halda) və yuxulu halda namaz qılmaq, camaat namazına qoşulmadan namazı tək qılmaq (əgər camaat namazı şəriətdəki şərtlərə cavab verirsə) və s. hallar da namazda məkruhdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.