Odda yanmaz, suda batmaz dəmirağac
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Təbii halda bitən və adı "Qırmızı kitab"a düşən dəmirağacına ölkəmizin cənub rayonlarında - Lerik, Astara və Lənkəranın meşə massivlərində rast gəlmək mümkündür. El arasında şəfalı ağac kimi də tanınan dəmirağacını digər ağaclardan fərqləndirən xüsusiyyətlər çoxdur. Onun parçaları odda yanmır, suda batmır. Üstəlik o qədər bərkdir ki, gövdəsinə mismar da çalmaq mümkün olmur. Ağacın daha bir fərqli cəhəti isə onun budaqlarını bir-birinə sürtdükcə birləşməsidir.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dəmirağac cənub meşələrində qrup və zolaq halında yayılıb. Dəniz səviyyəsindən 400-600 metrə qədər yüksəkliklərdə ona rast gəlmək olar, həmin yüksəklikdən nisbətən aşağı sahələrdə populyasiya halında üzləşmək olar. Ondan bəzən parklarda dekorativ ağac kimi də istifadə olunur. Yarpaqları sıx olduğu üçün altında daim rütubətlilik olur, yarpaq və kötüyündə turşuluq çox olduğuna görə kölgəsində bitki örtüyünə rast gəlinmir. Dəmirağacın spesifik xüsusiyyəti oduncağının möhkəm olmasıdır. Oduncağı rütubətə davamlı olduğuna görə ondan daha çox gəmiqayırmada istifadə olunur.
Dəmirağacı şaxtaya qarşı dözümlüdür və bəzən hətta 25-30 dərəcə şaxtaya tab gətirir. Dünyada ondan avtomobil sənayesi, telefon və elektrik dirəklərinin qurulmasında, körpülərin tikilməsində geniş istifadə olunur. 200 ilə yaxın ömür sürən dəmirağac 25 metr hündürlüyədək yüksəlir. Hazırda onun sayı az olduğundan Hirkan milli parkında mühafizə olunur.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Evdə köhnə 2 qəpik varsa, yoxlayın - Bu sikkə 4 min manata satılıb - (Foto/Video)
-
Zlatan Ibrahimoviçdən Arda Güler barədə: “Hər dəfə onu seçərdim”
-
Yeməyi "qazanla soyuducuya qoymayın" xəbərdarlığı
-
Mandarin alarkən mütləq bu işarəyə baxın: Şirin və şirəli olanı belə bilinir
-
Bu 3 tarixdə doğulanların payızda həyatı dəyişəcək
-
Bədənin əsl yaşı gözlərdə gizli imiş
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyev: ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür
-
Millətlər Liqasında günün mərkəzi oyunu: İngiltərə - İspaniya
-
AIIF 2026-da iştirak edən qurumların idarə etdikləri aktivlərin ümumi həcmi 30 trilyon ABŞ dollarına çatır
-
Prezident İlham Əliyev Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqlayıb
-
Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim - “Global Infrastructure Partners”in təsisçisi
-
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
-
Evdə köhnə 2 qəpik varsa, yoxlayın - Bu sikkə 4 min manata satılıb - (Foto/Video)
-
Prezident İlham Əliyev: Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür
-
Zlatan Ibrahimoviçdən Arda Güler barədə: “Hər dəfə onu seçərdim”
-
Prezident İlham Əliyev: Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq
-
Prezident İlham Əliyev: Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır
-
Prezident İlham Əliyev: Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir
-
Bu gün "Formula 1"in qalibi bəlli olacaq
-
Prezident İlham Əliyev: Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir
-
Prezident İlham Əliyev: Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var
-
Prezident İlham Əliyev: Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər
-
Pezeşkian Tramp ilə görüşün şərtini açıqladı
-
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - (Foto)
-
Azərbaycanda vulkan püskürdü
-
Yeməyi "qazanla soyuducuya qoymayın" xəbərdarlığı
-
Mandarin alarkən mütləq bu işarəyə baxın: Şirin və şirəli olanı belə bilinir
-
Bu 3 tarixdə doğulanların payızda həyatı dəyişəcək
-
Bədənin əsl yaşı gözlərdə gizli imiş
-
Qrip və soyuqdəymə zamanı sağalmanı tezləşdirən qidalar





