Maraqlı

Mercedes-Benz üç qoşulan hibrid hazırlayıb - FOTO

1 Sentyabr 2019 19:01
0 Şərh     Baxış: 1 241
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mercedes-Benz şirkəti model xəttində olan elektrikləşdirilmiş modellərin sayını artırmağa davam edir. Bu dəfə alman istehsalçı üç yığcam modelin - A-Class hetçbek və sedanının, həmçinin B-Class kompaktveninin hibrid modifikasiyalarını təqdim edib. Avromobillərin indeksinə "e" hərfi əlavə edərək, onları EQ Power emblemləri ilə işarələyiblər.

Hər üç modelin təchiz edilidiyi hibrid güc qurğusunun tərkibinə 163 at qüvvəsi hasil edən 1,33-litrlik benziun turbomühərriki və iki muftalı 8-pilləli avtomatik ötürmələr qutusuna quraşdırılmış 102 at qüvvəli elektromotor daxildir. Güc qurğusunun ümumi hasilatı 218 at qüvvəsi və 450 Nm fırlanma anı təşkil edir.

Milli.Az autograph.az-a istinadən bildirir ki, hibrid hetçbek 100 km/saat həddini 6,6 saniyəyə toplayır. Sedan bu işə - 6,7, kompaktven isə 6,8 saniyə sərf edir. A 250e və B 250e modellərinin maksimal sürəti 235 km/saat həddində elektronika tərəfindən məhdudlaşdırılıb. Sedan kuzovlu hibrid isə, 240 km/saata qədər sürətlənə bilər. Elektrik ötrüməsi ilə avtomobillər 140 km/saata qədər sürətlənə bilirlər.

Hibridlərin təchiz edildiyi batareyanın tutumu 15,6 kilovat-saatdır. Sırf elektrik ötürməsi ilə avtomobillər 69 km qət edirlər. Daimi cərəyan mənbəyindən avtomobili 25 dəqiqəyə, dəyişən cərəyan mənbəyindən isə, 1 saat 45 dəqiqəyə doldurmaq mümkündür.

DYM-nə malik olan avtomobillər ilk dəfə olaraq 12-voltluq startyorla təchiz edilməyiblər: benzin mühərrikinin işə salınması birbaşa elektromotora həvalə olunub.

Yeni modifikasiyaların kütləvi təqdimat mərasimi sentyabr ayında Frankfurt avtosalonunda keçiriləcəkdir. Buna baxmayaraq, Avropadakı dilerlər artıq hibridlərə sifarişləri qəbul edirlər. Hetçbek 37943, sedan - 37300, kompaktven isə 37663 avrodan başlayan qiymətlər ilə təklif edilir. İlk avtomobillər diler mərkəzlərində bu ilin sonunda peyda olmalıdırlar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.