“Titanik”in parçaları sürətlə yoxa çıxır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"DSV Limiting Factor" sualtı qayığındakı beynəlxalq dayverlər komandası batmış "Titanik" gəmisinin yanına son 15 ildə ilk dəfə enərək aşkar edib ki, gəminin bəzi parçaları tamamilə çürüyüb.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, "Titanik"in qalıqlarının yanına sonuncu dəfə 2005-ci ildə eniblər.
"Titanik" Atlantik okeanının dibində 3800 metr dərinlikdə yerləşir. Gəminin bir hissəsi hələ də yaxşı vəziyyətdədir, lakin hələ 15 il əvvəl okeanın dibində olan bəzi fraqmentlər daha yoxdur. Buna güclü okean axınları, metalı yeyən duz və mikroorqanizmlər səbəb olub.
Gəminin sağ bortuna, zabitlər üçün otaqların yerləşdiyi bölməyə daha çox ziyan dəyib.
Özünü "Titanik"in tədqiqinə həsr etmiş tarixçi Parks Stivensonun sözlərinə görə, gördükləri onu şoka salıb. O deyib: "Kapitan vannası həmişə "Titanik" həvəskarlarının ən sevimli fraqmenti olub. Onun fotoşəkilləri bizim aramızda çox populyar idi. İndi isə o, daha yoxdur. Bütün göyərtə, onunla birlikdə xidməti otaqlar həmin tərəfdən dağılır və vəziyyət getdikcə daha da pisləşəcək".
Ekspertin fikrincə, gəminin burun hissəsindəki qonaq otağının tavanı çökə bilər. Bundan sonra içəriyə baxmaq daha mümkün olmayacaq.
Britaniyaya məxsus "Titanik" transatlantik layneri öz dövrünün ən böyük sərnişin gəmisi olub. Sauthemptondan Nyu-Yorka istiqamət götürən "Titanik" 1912-ci ilin aprelində aysberqlə toqquşmadan sonra Kanada sahillərindən təqribən 600 kilometr məsafədə batıb. Gəminin içərisindəki 2200 sərnişin və komanda üzvündən 1500-dən çoxu həlak olub. Gəminin ikiyə bölünmüş hissələri bir-birindən 600 metr məsafədə okeanın dibində yerləşir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Mıhlama nə ilə yeyilir?
-
Antibiotik qəbul edərkən şəkər istehlak etmək bağırsaq bakteriyalarına zərər verə bilər
-
Çuğundurlu kələm turşusu resepti
-
Günün qoroskopu: Ailə daxilində gərginlik yarana bilər
-
Studiyadakı şəxs robotlarla əlbəyaxa oldu - (Video)
-
Abşerondakı partlayış antiperspirantlara görə olubmuş - (Video)
XƏBƏR LENTİ
-
Mıhlama nə ilə yeyilir?
-
“Bitcoin” 190 min dolları keçə bilər
-
Antibiotik qəbul edərkən şəkər istehlak etmək bağırsaq bakteriyalarına zərər verə bilər
-
Çuğundurlu kələm turşusu resepti
-
İkardidən "Qalatasaray"la bağlı sürpriz qərar
-
"Flydubai" pilotu hər şeyi etiraf etdi
-
Biləsuvarda 26 yaşlı kişi qətlə yetirildi - qohumu saxlanıldı - təfərrüat
-
Ermənistanın Bərdəni raket atəşinə tutmasından 6 il ötür
-
Günün qoroskopu: Ailə daxilində gərginlik yarana bilər
-
Studiyadakı şəxs robotlarla əlbəyaxa oldu - (Video)
-
Türkiyənin ən varlı aktyorları
-
Sabah Yasamalda işıq olmayacaq
-
Abşerondakı partlayış antiperspirantlara görə olubmuş - (Video)
-
Nikol Şerzingerin ayağı yaralansa da, çıxışını dayandırmadı - (Video)
-
İranın neft naziri istefa verdi
-
Salyanda ağır qəza - yaralılar var - (Video)
-
Bakıda iti binadan atan şəxs məsuliyyətə cəlb edildi
-
Türkiyədə 4-cü dəfə zəlzələ oldu - Yenilənib
-
Nemət Pənahov vəfat etdi - (Foto)
-
Şəhanəni qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş - (Video)
-
“Gənc futbolçulara güvənməsək, harada oynayacaqlar?” - Ayxan Abbasov
-
Biləsuvarda minik avtomobili aşdı, yaralı var
-
“Bütün mübahisəli qərarlar Azərbaycanın xeyrinə verildi” - Yankauskas
-
Oktyabrın ən şanslı bürcü





