ABŞ-ın Huawei şirkətinə təqdim etmiş olduğu lisenziya daha 3 aylıq uzadılacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ-ın ticarət nazirliyi Huawei şirkətinə qarşı təyin edilmiş sanksiyaların daha 3 ay təxirə salınmasını elan etməyə hazırlaşır. Bu barədə Reuters saytına istinadən 4pda saytı xəbər verib. Gözləntilərə əsasən Huawei şirkətinin ABŞ bazarındakı fəaliyyətini davam etdirmək üçün may ayında təqdim edilmiş lisenziya noyabr ayına kimi uzadılacaq. Bunun sayəsində isə şirkət öz aktual smartfonları üçün Android yenilənmələrini təqdim edə biləcək. Qeyd etmək lazmıdır ki, ABŞ hökumətinin may ayında şirkətə təqdim etmiş olduğu lisenziya bugün bitir.
Milli.Az technote.az-a istinadən bildirir ki, lisenziya müddətinin uzadılmasının əsas səbəblərindən biri də o ola blər ki, ABŞ--ın yerli şəbəkə operatorlarının çoxu Huawei şirkətinin təchizatından istifadə edir və təyin edilmiş sanksiyaların tez bir zamanda tətbiq olunması ölkənin yerli şəbəkə infrastrukturuna təsir göstərə bilər. Güman olunur ki, lisenziya müddətinin uzadılması sayəsində Google şirkəti Huawei smartfonları üçün Android yenilənmələrini təqdim edə biləcək, yerli şəbəkə operatorları isə Huawei şirkətinə alternativ variant axtarmaq üçün əlavə vaxta sahib olacaqlar.
Qeyd etmək lazımdır ki, may ayında şirkət ABŞ-ın ticarət nazirliyi tərəfindən qara siyahıya əlavə edilmişdi və bu səbəbdən ABŞ şirkətləri onunla əməkdaşlıq etməkdən imtina etmişdilər. Onların sırasında Google, Intel, Microsoft, AMD kimi böyük texnoloji şirkətlər var idi. Lakin sonradan hökumət şirkətin ABŞ bazarında fəaliyyət göstərə bilməsi üçün 90 günlük lisenziya təqdim etmişdi.
Daha sonra isə ABŞ prezidenti Donald Trump bildirmişdi ki, şirkətə qarşı olan sanksiyalar zəiflədiləcək. Nəticədə şirkət ilə əməkdaşlığın davam etdirilməsi üçün 50-dən çox şirkət sorğu göndərdi. Belə ki, 2018-ci ildə Huawei şirkətinin komponent alışına sərf etmiş olduğu 70 milyard dollardan 11 milyardı ABŞ-dan olan şirkətlərə aid edilmişdi. Onların arasında Qualcomm, Intel və Micron Technology kimi şirkətlər var. Güman edilir ki, lisenziya müddətinin uzadılması barəsində qərar gün ərzində elan ediləcək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Üzüstü, arxasıüstə, yoxsa böyrü üstə? Ən sağlam yuxu pozisiyası bəlli oldu
-
Bu 4 qida aluminium folqanı çürüdür
-
Yaxşı niyyətli görünüb sizdən istifadə edənlərin ən çox işlətdiyi 9 cümlə
-
Turşunun xırt-xırt olması üçün bankaya 3 ədəd atmaq kifayətdir
-
Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma
-
"Kadir" "Eşref"i tək qoymayacaq
XƏBƏR LENTİ
-
Zidan Ronaldonu müdafiə etdi
-
Vladimir Putin Türkmənistana səfər edəcək
-
Hava ilə bağlı son məlumat
-
Şəmkirin Lüteran kilsəsində Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının konserti keçirilib - (Foto)
-
İki cüdoçumuz dünya çempionatının 1/8 finalına yüksəldi
-
Pakistanın təhlükəsizlik qüvvələri 8 terrorçunu zərərsizləşdirdi
-
Məsud Pezeşkian Türkmənistana səfər edəcək
-
Ayın 5-də yağış yağacaq - Proqnoz
-
Samux rayonunda 5 Oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş "Ey hörmətli Müəllim...!" adlı tədbir keçirilib - (Foto)
-
Azərbaycan Meksikanın Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub - (Foto)
-
Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var - (Video)
-
"20 ildir millidəyəm, ilk dəfədir utanıram"
-
Avropa çempionatının ikinci günü 5 boksçumuz rinqə çıxacaq
-
Braziliyada prezident seçkiləri keçirilir
-
Merts Ukraynaya elan olunmamış səfər etdi
-
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Bu bölgəyə 20 sm qar yağdı
-
Kamaləddin Qafarov: YAP yeni məsuliyyət mərhələsindədir
-
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
-
Şəfəq qəsəbəsində yaşayış binasında partlayış -Yaralanan var
-
Rusiya ordusunun Ukraynada itkiləri açıqlandı
-
“Neftçi” və “Spartak” 75 ildən sonra yenidən üz-üzə gələcək
-
Bu uşaqlara qəhvə qəti verilməməlidir
-
700 min insan onu görməyə getdi





