Dünyada İKT xərcləri stabil artacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İqtisadi artımın zəifləməsi və ABŞ və Çin arasında ticarət münaqişəsinin kəskinləşməsinə baxmayaraq dünyada informasiya-kommunikasiya texnologiyaları (İKT) üçün xərclər növbəti 5 ildə stabil artacaq. Bu barədə "International Data Corporation" (IDC) tədqiqat şirkətinin proqnozunda deyilir.
Milli.Az ICTnews-a istinadən bildirir ki, ekspertlərin gözləntilərinə görə, 2023-cü ildə İT avadanlığı, proqram təminatı, servis və telekommunikasiya həlləri üçün xərclər 4,8 trilyon dollara çatacaq. Bu bazarda 3,8 faiz illik artım proqnozlaşdırılır.
Mütəxəssislər qeyd edir ki, ABŞ və Çin arasında ticarət qarşıdurması təkcə mənfi deyil, eyni zamanda müsbət məqamları özündə birləşdirir. Bir tərəfdən, əksər şirkətlərin Çin üzrə satışlardan getdikcə daha çox asılılığı yaranır ki, bunun da nəticəsində onların ticarət münasibətlərində ABŞ-dan uzaqlaşması davam edəcək. Digər tərəfdən, münaqişə bir sıra istehsalçılar üçün, əksinə, ABŞ-a ixracın artırılması imkanları açır. Məsələn, ticarət münaqişəsi Hindistan sənayesi üçün çox sərfəlidir. Bununla yanşı, əksər Asiya şirkətləri ABŞ və Çin arasında balans axtaracaq və münaqişənin genişlənməsi onlar üçün əsasən mənfi nəticələrə səbəb olacaq.
Proqnoza görə, 2023-cü ilədək bütün İKT xərclərinin təxminən üçdə iki hissəsi (2018-ci ildə 60,4 faiz) korporativ sektorun payına düşəcək, illik artım tempi isə 5,1 faiz təşkil edəcək. Bank və diskret istehsal yaxın 5 ildə İKT-də ən çox investisiyaların yatırıldığı sahələr olacaq. Sonrakı mövqelərdə ən sürətli artan kateqoriyalara çevriləcək peşə xidmətləri yer alacaq.
Şirkətlərdə İKT xərclərinin artımının əsas katalizatorları kimi İT infrastrukturunun planlaşdırılan və dövri yenilənməsi, eləcə də biznes model, məhsul və xidmətlərin rəqəmli transformasiyasını təmin edən yeni texnologiya və servislərə investisiyalar qeyd olunur. Şirkətin proqnozuna görə, 2019-cu ilin yekunları üzrə rəqəmli transformasiya layihələri üçün xərclər qlobal miqyasda 1,18 trilyon dollara çatacaq.
İstehlak İKT xərclərinə gəldikdə, onların illik artımı 1,5 faizə bərabər olacaq. Xərclərdə üstünlüyü mobil servislər və qurğular, o cümlədən smartfon, noutbuk və planşetlər təşkil edəcək.
2023-cü ildə ən çox İKT xərcləri ABŞ-da (1,66 trilyon dollar), ən sürətlə artan xərclər isə Çində (6,1 faiz illik artım) gözlənilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Pünhan Piriyevin toyundakı rəqsləri gündəm oldu - (Video)
-
23 yaşlı azərbaycanlı gənc Türkiyədə faciəvi şəkildə öldü - (Video)
-
Osimhen 1,2 milyonluq "ferrari"si ilə diqqət çəkdi - (Video)
-
Şəbnəm Tovuzlu Tacirlə görüntüsünü yaydı - (Video)
-
Təyyar Bayramovun ailəsində xoş gün
-
Poqba Toral ilə eyni klubda oynaya bilər
XƏBƏR LENTİ
-
Xamenei Ərəb dənizi ilə bağlı xəbərdarlıq etdi - “Yaxın günlərdə...”
-
Hindistanda daşqınlar 81 nəfərin həyatına son qoydu
-
Pünhan Piriyevin toyundakı rəqsləri gündəm oldu - (Video)
-
Binəqədidə ana və oğul ölü tapıldı - (Yenilənib)
-
Aİ Rüstəm Minnixanova qarşı sanksiya tədbiq etdi
-
Seymur Cəfərov vəfat etdi
-
Ərdoğanın müavini istefa verdi
-
Marketlərdə toyuq filesi niyə yoxdur?
-
23 yaşlı azərbaycanlı gənc Türkiyədə faciəvi şəkildə öldü - (Video)
-
Osimhen 1,2 milyonluq "ferrari"si ilə diqqət çəkdi - (Video)
-
Ağsuda açıq ərazidə yanğın başladı - (Video)
-
Şəbnəm Tovuzlu Tacirlə görüntüsünü yaydı - (Video)
-
Azərbaycanın neft-qaz sektorunda formalaşdırdığı müqavilə münasibətləri diqqətəlayiqdir - Kamaləddin Qafarov
-
Türkiyədə daha bir şagird məktəbə tüfəng gətirdi, müəllimlər müdaxilə etdi - (Foto)
-
Bu tarixdən leysan başlayır - Xəbərdarlıq
-
Təyyar Bayramovun ailəsində xoş gün
-
Kiyevə dron hücumu zamanı daha bir azərbaycanlı yaralanıb
-
Cengiz Coşkuner reanimasiyaya yerləşdirildi
-
Poqba Toral ilə eyni klubda oynaya bilər
-
Ağarza Dadaşov yüksək vəzifəyə təyin edildi
-
Əvəz Zeynallı vəfat etdi - (Foto)
-
43 yaşlı türk aktrisanın 20 yaşlı gənclə klubda videosu müzakirə yaratdı
-
Ukrayna ordusu 250-dən çox rusiyalı hərbçini əsir götürdü
-
Azərbaycanda hava kəskin dəyişir - Proqnoz verildi





