Maraqlı

20 ildir gülə bilməyən qadın əməliyyat olundu - FOTO

14 Avqust 2019 20:27
0 Şərh     Baxış: 1 991
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Üzündəki nəhəng şiş törəmə səbəbindən 20 ildir gülə bilməyən gənc qadın əməliyyat olundu. 

27 yaşlı İsatu 10 yaşından çənədə ameloblastomadan əziyyət çəkirdi.

Milli.Az medicina.az-a istinadən bildirir ki, şiş o dərəcədə böyüyürdü ki, üzünün bir tərəfini zəbt etmiş, qız hətta gülümsəyə də bilmirdi. Xəstənin dili geri qatlanmış, qız hər gecə boğulub öləcəyindən qorxurdu. 

Hər şeydən bezən İsitu qucağında övladı yaşadığı kənddən paytaxta gəlir və xeyriyyə cəmiyyətinin dəstəyi ilə əməliyyat oluna bilir.
3 dəfə əməliyyat edilən qadına öz çanaq sümündən çənəyə implant edilib. 

Nəhəmg şiş isə çənə sümüyü ilə birgə kəsilib götürülüb. 3-cü dəfə isə kosmetik qüsurları düzələn gənc qadın indi rahat danışa, gəzə və gülə bilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.