İsveçrədə pilotsuz "uçan qazan" hazırlanıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Lozanna Federal Texniki Universitetinin mütəxəssisləri adi hava aparatlarından iki dəfə sürətli ikimotorlu pilotsuz uçan aparat hazırlayıblar. Ekspertlərin qənaətinə görə, bu yeni ixtiradan sənaye infrastrukturunun əlçatmaz hissələrində, xüsusən tunellərdə tədqiqatlar zamanı istifadə etmək olar.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "uçan qazan"ın yeganə nöqsanı onun uçuş vaxtının az olmasıdır ki, bu da aparatın ağır çəkisi və nisbətən səmərəsiz vintləri ilə izah olunur. Bu səbəbdən uzunmüddətli uçuşlar zamanı aparatın akkumulyatorlarını mütəmadi olaraq dəyişmək lazım gəlir. Bildirilir ki, layihə üzərində uzun müddət çalışan mühəndislər də bu problemi həll edə bilməyiblər.
Yeni pilotsuz aparatı təqdim edən Flybotix startapının əməkdaşları əsas diqqəti helikopterin analoji sistemi əsasında hazırlanan güc qurğularına yönəldiblər. Onlar silindr şəklində paralel olaraq yerləşdirilib. Stabilləşmə üzrə novator sistemi sayəsində aparat helikopterin aerodinamik keyfiyyətlərini götürüb. Məsələn, tuneldə və yaxud mağarada uçan bu aparat kamera görüntüləri çəkmək üçün bir müddət havadan asılı vəziyyətdə qala bilir. Məsafədən idarə olunan pilotsuz "uçan qazan"ın uçuş müddəti onun həcmindən və çəkisindən asılıdır. Hazırda mütəxəssislər onun batareyasının daha uzunömürlü olması üzərində işi davam etdirirlər.
Aparatın daha bir üstünlüyü elastik penomaterialla örtülməsi və maneələrə dəyərkən korpusun əzilməməsidir. Qayalara, yaxud divarlara çırpılan "uçan qazan" asanlıqla kənara atılır və uçuşu davam etdirir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ozan Tufanın ayaqqabısının dodaq uçuqladan qiyməti - (Foto)
-
Türkiyə Fransaya qarşı
-
Bakıda Formula 2 sprint yarışının qalibi bilindi - Yenilənib - Foto
-
Pul və şans dörd bürcün qapısını döyəcək
-
Pasportu alüminium folqaya bükmək həqiqətən də hakerlərin qarşısını alırmı?
-
Suyu bulanmayan və əriməyən, xırt-xırt kələm turşusu resepti
XƏBƏR LENTİ
-
Burak Yılmazın yeni iş yeri bəlli oldu
-
Tramp ona qartal heykəli hədiyyə etdi
-
Onların maaşının artırılması üçün 550 milyon ayrılır
-
Formula 1 Azərbaycan Qran-Prisində qəza
-
50 və 64 nömrəli marşrutların hərəkət sxemi dəyişdirildi
-
ABŞ-dən Ukraynaya yeni təklif: Üçtərəfli görüş Əbu-Dabidə keçirilə bilər
-
Litva – Azərbaycan matçının hakimləri açıqlandı
-
Manaf Ağayevə ağır itki
-
Azyaşlı atalığı tərəfindən döyülüb - Ekspertiza təyin edildi
-
Ayın 26-da leysan yağacaq, dolu düşəcək - Proqnoz
-
Prezident İlham Əliyev: İnvestisiyalara yanaşmamız yalnız kapital cəlb etməklə məhdudlaşmır
-
Prezident İlham Əliyev: Ölkəmiz Asiya ilə Avropa arasında mühüm bağlantı həlqəsinə və qapıya çevrilib
-
Formula 1-də üçüncü sərbəst yürüş başladı
-
Prezident İlham Əliyev: TRIPP Azərbaycanın regional mərkəz rolunu daha da gücləndirəcək
-
Prezident İlham Əliyev: Cənubi Qafqazda bərqərar olmaqda olan sülh regional ticarət və investisiyalar üçün yeni imkanlar yaradır
-
Prezident İlham Əliyev: Azərbaycan getdikcə daha çox ölkə üçün etibarlı enerji tərəfdaşıdır
-
Prezident İlham Əliyev “Global Infrastructure Partners” şirkətinin rəhbərini qəbul edib - (Foto)
-
Xarici ölkə vətəndaşı ilə əlaqəsi olan şəxs 11 kiloqram narkotiklə tutuldu
-
Bakı-Sumqayıt yoluna sürətli çıxış üçün yeni avtobus zolağı təşkil edilib
-
Prezident İlham Əliyev 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb
-
Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə zəng edib
-
Prezident İlham Əliyev “Brookfield Asset Management” şirkətinin baş icraçı direktorunu qəbul edib - (Foto)
-
Bulvarda bahalaşma ilə bağlı rəsmi açıqlama
-
Prezident İlham Əliyev “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktorunu qəbul edib - (Foto)





