Maraqlı

"Yetim qalan uşaqlığımı da onunla birlikdə böyütdüm" - FOTO

14 İyun 2019 22:35
0 Şərh     Baxış: 4 981
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin məşhur aktyoru Mehmet Aslantuğ "Buket Aydın ile 40" verilişində qonaq olub.

Milli.Az xəbər verir ki, "İdeal türk kişisi" kimi tanınan film ulduzu şəxsi həyatı haqqında maraqlı açıqlamalar verib.

- Atasız böyümək sizə nə verdi və nələri aldı?

- Oğlum Can doğulduqdan sonra yetim qalan uşaqlığımı da onunla birlikdə böyütdüm. Beləliklə, intuitiv davranlı olduğumu düşündüm və elə hərəkət etdim. Ata-oğul münasibətlərinə şahid oluruq, bu barədə yazılmış yüzlərlə kitablar və sözlər var. Lakin bu, 2+2=4 etmir. Sadəcə atasız böyümədim. 78-ci illərin uşaqları ilə maraqlı bir iqlimdə böyüdük. Başqa çətinliklər yaşadıq və indi də çətinliklərdən azad deyilik. Üstəlik yetimlik... İnsan sıxılanda sual verməsə belə, bəzi sualların cavabını ata fiqurundan tapması həyatın böyük bir səxavətidir. Mən bu səxavətdən məhrum oldum.

Atamı itirdikdən sonra balaca bir qəsəbəyə köçdük. Uşaqlıqda ən çox nifrət etdiyim şey "Kimin oğlusan" sualı idi. "Tanımarsınız" deyib sualdan yayınırdıq. Uşaqlıq illərim qəsəbə mühitində keçib. Səbr etməyi və mətanətli olmağı öyrəndik. Ata-oğul və ya ata-qız münasibətlərinə baxanda içimdə qısqanclıq hissi yaşadığımı xatırlamıram. Özümü bu hissi keçirərkən yaxalamadım. Atasızlığın məndən nələr aldığını və vurduğu travmaları öyrənmək üçün bir psixoloqla oturub danışsam, üzə çıxarar. Mən onları üzə çıxara bilmərəm, hər halda mütləq ki, təsiri vardır.

- Arzum xanımın xəstəliyi münasibətlərinizdə nəyi dəyişdi?

- 2004 və 2006-cı illər idi, Arzum çox mətanətli insandır. Bunu təkcə mən yox, dostları da təsdiq edir. Son 15 ildə heykəltəraşlıqla məşğul olması, söhbətlərimiz və yaşa dolması nəticəsində daha da yetkinləşdi. Eşq həqiqətən də inkişaf edə bilir. Hər məhəbbətin içində savaş var və eşq bəzən savaş qədər mürəkkəbdir.

Kişilərin belə bir vəziyyətdə qadınlardan uzaqlaşmaq üçün səbəb və bəhanə axtardığını düşünənlərdən deyiləm. Əsl yoldaşlıq budur. "Sıxıntımız olanda buna birlikdə sinə gərəcək və daha çox əl-ələ tutacağıq" deyə bilməmək üçün nə səbəb ola bilər ki? Bizim bir qədər daha çox səy göstərməyə ehtiyacımız var. Cinsiyyətindən asılı olmayaraq deyirəm. Səy və səmimiyyət bir çox problemləri həqiqətən də çözür.

- İdeal türk kişisi obrazını Saadettin Saran ilə paylaşmaq necə duyğudur?

- Bunu Saranadan soruşmaq lazımdır? Buradan özümə heç bir pay çıxarmıram. Əksinə, onlar mənim ətrafımdaklara zərər verir və narahat edir. Bu, xoş bir vəziyyət deyil. Saranın bunu xoşladığını bilmirəm. Bu mövzuda araşdırmalar necə aparılır? Həqiqətən nə deyəcəyimi bilmirdim.

- Həyat yoldaşınız və ya oğlunuz üçün hazırladığınız özəl bir layihə varmı?

- 1993-cü ildə başlayan bir prosesdir. "Sıcak Saatler"i, "Aşkın ikinci yarısı" nı etdik, başqa şeylər də olacaqdı, amma bir qədər növbə gözləmək lazımdır. Arzumun heykəltəraşlıq peşəsi uğurla davam edir. Soldan-sağdan gələn təkliflərlə həyəcanlanmıram, həqiqətən də hekayənin məsuliyyətini çəkə biləcəyim bir layihə olarsa, razılaşarıq. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.