Çox yatmağın və çox danışmağın gətirdiyi zərərlər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Əxlaq alimlərinin ən çox məzəmmət etdiyi əməllər - çox yatmaq və çox danışmaqdır. Bu iki əməl insanın kamala çatmağına mane olar. Əlbəttə çox yemək də bu cür əməllərdən hesab edilir. Ancaq onun haqqında demək olar ki, ləzzətinə görə bizi özünə cəlb edir. Ancaq çox yatmağın insanın dünyası üçün faydası yoxdur. İnsan əldən verdiyi gücü bərpa edəndən və yorğunluğunu alandan sonra yatmağın ona faydası olmaz. Yatmaq, yemək kimi insana ləzzət verməz. O insanlar ki, tənbəlliyinə və ya çox yemək yediyinə görə yatırlar, nəinki mənəvi kamaldan, hətta insanlıqdan belə məhrumdurlar. Bu cür insan dini vacibatlarını və vəzifələrini kifayət qədər yerinə yetirə bilməz.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, insanın ən çox enerji sərf etdiyi işlərdən biri də çox danışmağıdır. Xətiblər və müəllimlər bu mövzunu yaxşı bilirlər. Moizədən və ya dərsdən sonra çox yorğunluq hiss edirlər. Əgər danışmaq dedikdə məqsəd moizə, xütbə və ya başqalarına yardımdırsa, bəyənilən əməllərdəndir. Ancaq boş yerə çox danışmaq nə dünya üçün faydalı olar, nə də axirət üçün. Bunun sayəsində insan çox sayda günaha batar. İnsan çox danışarsa, qəlblərdə kin və küdurət yaradar. Çünki çox danışan insan həm qeybət edər, həm töhmət vurar və həm də söz gəzdirər. O insanlar ki, çox danışmağa adət ediblər, bu işlərindən ləzzət alarlar. Bu çirkin adətə düçar olmaq - insanın öz əlindədir. İnsanın dünya və axirət manafeyini xətərə salar.
İmam Sadiq (ə) Abdullah ibni Cəndəbə tövsiyə edir ki, gecələri az yatsın və gündüzləri az danışsın. İmam (ə) davam edərək buyurur ki, Həzrət Süleymanın (ə) anası övladına xitab edərək deyir: "Çox yatmaq gündüzü möhtac olub, əldə edə bilmədiyindən səni yoxsul buraxar". Yəni, bir gün gələcəkdir ki, sənin hansısa əmələ ehtiyacın olar, ancaq çox yatmaqdan həmin əməli əldən vermiş olarsan. Əgər insanın yatmaqdakı niyyəti yorğunluğunu aradan qaldırmaq olmazsa, bu işi aqilcəsinə olmaz. Bu əməllərlə ömrünü tələf etmiş olar.
İmam Sadiq (ə) çox danışmaq haqqında buyurur: "İnsan bədininin orqanları içində göz və dildən naşükür heç bir şey yoxdur".
İnsanın hər bir üzvü ona xidmət edər, ancaq dil və göz bu cür deyildir. Yəni, insan hər nə qədər bu üzvlərə qulluq etsə, onlar insanın yardımına daha az gələrlər. O gözlər ki, vaxtının çoxunu yatır, bizə necə xidmət edə bilər ki? O dil ki, çox danışar, insan bu iş üçün daha çox enerji sərf edər. O, bizə necə xidmət edə bilər ki? Ancaq necə yaxşı olardı ki, bu iki üzv bizə İlahi vəzifələrimizi yerinə yetirməkdə yardım etsin.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Ölümdən qorxmasam da, xəstəliklə ölməkdən qorxuram”
-
Ronaldunu cəza gözləyir: Uzaqlaşdırılma və pul cəriməsi...
-
Nəriman Axundzadənin 10 ay sonra vurduğu qol - (Video)
-
Fədayə Laçın: "Dedim ki, təyyarənin sağındakı yerləri alsın, tək oturum"
-
Türkiyə millisinə 2 futbolçu cəlb olundu
-
Qumral: “Əslində heç kimsiniz, fikirləriniz önəmli deyil" - (Video)
XƏBƏR LENTİ
-
Ronaldudan sonra Portuqaliyanın yeni "7 nömrə"si - (Foto)
-
«Bulqakovun musiqi dünyası» adlı teatrlaşdırılmış konsert keçirilib - (Foto)
-
Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar
-
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
-
Afra Saraçoğlu narkotik testinin nəticəsi ilə bağlı açıqlama verib
-
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb – Baş Prokurorluq
-
Bərdədə qəza zamanı xəsarət alanların kimliyi məlum olub - Yenilənib (Foto)
-
Kürdəmirdə 92 nəfərin zəhərləndiyi restoran bağlandı - (Foto)
-
Bakıda xalq artistinin oğlu döyülüb, çənəsi sındırılıb - (Foto)
-
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı
-
Ağstafada müəllimlər arasında dava: "Məni telefonla çəkirdi" - (Yenilənib)
-
Hacıqabulda qəza - 4 nəfər xəsarət alıb
-
Gəncədə 5 şagird zəhərlənib, məktəbin bufeti bağlanıb - (Yenilənib)
-
Bu deputatın mandatı ləğv edildi - (Foto)
-
Eldəniz Məmmədov magistraturaya qəbul oldu
-
Payızda bu qaydalar saçlarınızı qoruya bilər
-
Bakıda şadlıq sarayında istehlaka yararsız ətlər tapıldı
-
6667 hektar ərazi minalardan təmizləndi
-
Bülbül prospektinin daha bir hissəsində mikromobillik zolağı təşkil olunub
-
AZAL bu il donanmasına 5-ci təyyarəni əlavə edib
-
Türkiyədə kömür mədənində uçqun: 5 işçi dağıntılar altında qalıb
-
Tbilisiyə qatar bileti ucuzlaşdı - Bu tarixdən
-
“Ölümdən qorxmasam da, xəstəliklə ölməkdən qorxuram”
-
Hava dəyişir - BDYPİ sürücülərə müraciət etdi





