Maraqlı

Qulaqdan çirk nə zaman gəlir?

8 İyun 2019 20:50
0 Şərh     Baxış: 2 178
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qulaqdan irinli axıntı xarici qulaq keçəcəyi, orta qulaq xəstəlikləri zamanı müşahidə olunan əlamətlərdəndir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bunu qulaq, burun, boğaz, baş və boyun cərrahiyyəsi uzmanı Elnur Əkbərov açıqlayıb. Onun sözlərinə görə, iki fərqli anatomik nahiyənin xəstəliyinə otit adlanır. Əgər prosesə görə xarici qulaq keçəcəyi tutulubsa, bu, xarici otitdir. Əgər proses orta qulaqdadırsa, bu orta otitdir. Xarici qulaq keçəcəyinin bakterial və göbələk zədələnməsi zamanı xarici otit inkişaf edir ki, bu patalogiyalar irinli axıntı ilə müşahidə olunur.

Bu zaman qulaq pərdəsi tam qalır, yəni tamlığı pozulmur və axıntı xarici qulaq keçəcəyinin dərisindən qaynaqlanır. Əgər proses orta qulaqdadırsa, orta otitdirsə, qulaq pərdəsində dəlik müşahidə olunur və irinli axıntı orta qulaqdan gəlir. Orta otit xroniki və kəskin şəkildə seyr edilə bilər. İrin axandan sonra təbil pərdəsi bağlana bilər, əgər bağlanmazsa, gələcəkdə təkrarlanan orta otit xroniki orta otitə səbəb ola bilər. Xroniki irinli orta otit qulaqdan olan periadik irinaxmalarla müşahidə olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.