Nyu-Yorkda sürücülük vəsiqəsi sahibləri avtomatik olaraq orqan donoruna çevrilə bilərlər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Nyu-York ştatının Assambleyasında təqdim olunan yeni qanun layihəsinə görə, sürücülük vəsiqəsinə sahib olan hər kəs avtomatik olaraq orqan donoruna çevrilə bilər.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Assambleyanın üzvü Pet Berkin hazırladığı sənədə əsasən, ştatın yaşı 18 və daha yuxarı olan bütün sakinləri donorların siyahısına daxil ediləcək. Qanun layihəsi hələ müzakirələrin birinci mərhələsindədir və ola bilər ki, sənədə düzəlişlər edilsin. Berk deyib ki, qanun layihəsini Assambleyadakı baxılacaq sənədlərin siyahısına daxil etməkdə onun niyyəti Nyu-York ştatında orqan donorlarının sayının artırılması ilə bağlı müzakirələrə başlamaq olub. Qanunverici bildirib ki, hazırda Nyu-York ştatında orqanlar və toxumalar gözləyənlərin siyahısında 9 min insan qeydə alınıb. Hər potensial orqan donoru 8 nəfərədək insanın həyatını xilas edə bilər.
Berk deyib: "Bu qanunvericilik çox insanın həyatını xilas etməyə kömək olacaq". Qanunverici ehtimal edir ki, donorların siyahısına avtomatik daxilolunma sürücülük lisenziyalarının verilməsi zamanı baş verəcək. Həmin siyahıya avtomatik daxil olunmaq istəməyənlər bundan imtina edə bilərlər. ABŞ-ın bütün ştatlarında sürücülük vəsiqəsi alan vətəndaşların donor kimi qeydiyyatdan keçmək imkanı var. Əgər kimsə orqan donoru olmaq istəyirsə, o zaman sürücülük hüququnun əldə edilməsi üçün yazılan ərizədə bunu qeyd etməlidir. Əgər sürücünün qəzadan və ya hər hansı bədbəxt hadisədən sonra yaşamaq şansı yoxdursa, o zaman hüquq-mühafizə orqanlarının əməkdaşları onun vəsiqəsini yoxlayır. Vəsiqədə sürücünün öz orqanlarını bağışlaması haqqında razılığı qeyd olunubsa, onun sağlam orqanları müvafiq orqan gözləyənlərin siyahısında adları olan pasiyentlər üçün istifadə məqsədilə tibb müəssisələrinə göndərilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Sizi qızışdırmağa çalışanlara qarşı bu 5 addımı atın
-
Yumurta qutularını torpağa basdırmağa başlayıblar
-
Serenay 7, Kendall 2 milyon baxış topladı - (Video)
-
İranda silahlı qarşıdurma başlayıb - (Video)
-
Minimum əməkhaqqının artacağı gözlənilir - (Video)
-
Günün qoroskopu: Bu gün heç kim suallardan yayına bilməyəcək
XƏBƏR LENTİ
-
Sizi qızışdırmağa çalışanlara qarşı bu 5 addımı atın
-
Monika Belluççinin 16 yaşlı qızı məşhur jurnal üçün kamera qarşısına keçdi - (Foto)
-
Yumurta qutularını torpağa basdırmağa başlayıblar
-
Serenay 7, Kendall 2 milyon baxış topladı - (Video)
-
İranda silahlı qarşıdurma başlayıb - (Video)
-
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
-
Naxçıvanda motosikletlə skuter toqquşub, 3 nəfər xəsarət alıb
-
Nübar efirə qayıdır
-
Minimum əməkhaqqının artacağı gözlənilir - (Video)
-
Günün qoroskopu: Bu gün heç kim suallardan yayına bilməyəcək
-
Naxçıvana ilk qar yağdı - (Video)
-
Damla oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi
-
"Real"ın ulduzu zədə səbəbilə 2-3 ay olmayacaq
-
Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edən şəxslərin görüntüsü - (Video)
-
Mustafa Sandalın həyat yoldaşı və qayınatası ilə bağlı qərar verildi - Yenilənib
-
İnfantino Bakıdan paylaşım etdi - (Video)
-
“Brent” nefti ucuzlaşdı
-
Paşinyana Rusiya rəsmisindən maraqlı hədiyyə
-
"Dərnəgül" metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq
-
Leyla Əliyeva və Alyona Əliyeva kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - (Foto)
-
Cabir İmanovun gerçəkləşməyən arzusu
-
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - (Foto)
-
Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - (Foto)
-
“Mançester Siti” Haalandla bağlı qərarını verdi





