Sam Altman vəzifəsini tərk etdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ-ın məşhur akselerasiya mərkəzi olan Y Combinator Sam Altman-ın prezident vəzifəsindən ayrıldığını bildirib. Bu barədə Vc.ru saytı xəbər verib. Bundan sonra Sam Altman Y Combinator-un direktorlar şurasının rəhbəri vəzifəsində çalışacaq. Onun prezident qismində olan öhdəlikləri isə Y Combinator-un digər partnyorları arasında bölüşdürüləcək. Y Combinator-un prezidenti vəzifəsindən ayrılmış Sam Altman digər layihələr ilə məşğul olacaq. Onların arasında həmçinin süni zəka texnologiyasının inkişafı üzrə fəaliyyət göstərən OpenAI adlı qeyri-kommersiya təşkilatı da var.
Milli.Az technote.az-a istinadən bildirir ki, vaxtı ikən Sam Altman bu təşkilata Elon Musk və Peter Thiel ilə investisiya yatırmışdı. 2018-ci ildə Musk OpenAI təşkilatını tərk etmişdi. Sam Altman isə həmsədr vəzifəsində qaldı. Y Combinator-a gəldikdə isə o genişlənmək niyyətindədir. Yaxın zamanda akselerasiya mərkəzi Silikon Vadisindən San Fransiskoya köçəcək və yeni akselerasiya proqramı çərçivəsində 200 şirkəti özünə cəlb edəcək.
Techcrunch-ın verdiyi məlumata əsasən Y Combinator-da Sam Altman-ın davamçısı yoxdur. O, 2014-cü ildən bəri akselerasiya mərkəzinin prezidenti qismində çıxış edirdi və Y Combinator-un bu vəzifəsində çalışmış ikinci şəxsi idi. Qeyd etmək lazımdır ki, akselerasiya mərkəzinin ilk prezidenti Y Combinator-un həmtəsisçisi və indiki məsləhətçisi Paul Graham olub. Y Combinator startaplar üçün olan ən məşhur akselerasiya mərkəzlərindən biridir. Bu akselerasiya mərkəzindən Airbnb, Dropbox və Reddit kimi məşhur layihələr çıxıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Banka pul qoyanlar üçün güzəşt ləğv edilir - (Video)
-
Günün qoroskopu: İntuisiyanız bu gün ən güclü silahınız olacaq
-
İşlənmiş telefon alanda bu kodu mütləq yoxlayın - Oğurluq olub-olmadığını öyrənəcəksiniz
-
Mənzil satışı prosedurunda yeni güzəşt tətbiq olunacaq - (Video)
-
Gülarənin qətli ilə bağlı bəzi təfərrüatlar məlum olub - (Video)
-
Vatsapda yeni "bənövşəyi" funksiya - (Foto)
XƏBƏR LENTİ
-
Banka pul qoyanlar üçün güzəşt ləğv edilir - (Video)
-
Günün qoroskopu: İntuisiyanız bu gün ən güclü silahınız olacaq
-
Türkiyə və Azərbaycanın XİN rəhbərləri arasında telefon danışığı olub
-
İşlənmiş telefon alanda bu kodu mütləq yoxlayın - Oğurluq olub-olmadığını öyrənəcəksiniz
-
"Nənəmin təndiri"ndə yanğın oldu
-
Mənzil satışı prosedurunda yeni güzəşt tətbiq olunacaq - (Video)
-
Gülarənin qətli ilə bağlı bəzi təfərrüatlar məlum olub - (Video)
-
Vatsapda yeni "bənövşəyi" funksiya - (Foto)
-
Azərbaycanın daha 4 boksçusu U-23 Avropa çempionatında mərhələ adlayıb - (Foto)
-
“Azərbaycanla sülh müqaviləsi imzalanmadan getmək niyyətində deyiləm” - Paşinyan
-
"Lexus"la piyadanı vurub öldürən qadının kimliyi məlum oldu
-
Bakıda 17 yaşlı oğlan bıçaqlandı
-
Karyeraları boyu qırmızı vərəqə almayan futbol əfsanələri
-
Qazaxda ağır qəzada həlak olan ata və azyaşlı qızının fotosu - Yenilənib
-
Farah Zeynep Abdullahın burnu sındı - (Foto)
-
"La Scala"dan tutmuş sənətkarın unikal səsinə kimi - Kanadadan olan Vaqif Kərimovla müsahibə - (Foto/Video)
-
Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar
-
Ceyhun Bayramov ABŞ nümayəndəsi ilə Strateji Tərəfdaşlıq Xartiyası və TRIPP layihəsini müzakirə edib - (Foto)
-
Azərbaycana nərə kürüsü gətirmək bahalaşacaq
-
Mbappedən Arda ilə bağlı paylaşım
-
Timati 1,5 milyardlıq avtomobil aldı - (Foto)
-
Polşa prezidentindən Trampa qeyri-adi ad günü hədiyyəsi - (Foto)
-
Sabah Qəbələdə qaz olmayacaq
-
Generalın qızı ilə bağlı qərar verilib





