Nyu Yorkda gözübağlı heykəltaraşlıq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Insanların sahib olduqları əsas duyğulardan biri də toxunmaqdır. Gözlə gördüyünü bir də əl vuraraq, toxunaraq dərk edir insan. Gözübağlı heykəltaraşlıq təcrübəsi sayəsində görmədən, sadəcə toxunaraq hiss etmək, üstəlik həm də sənət nümunəsi yaratmaq mümkün olur!
Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, bu ideyanın müəllifləri Alvaro Montana və Mariya Kordovanın sözlərinə görə, gözübağlı heykəltaraşlıq yalnız Nyu Yorkda sınaqdan keçirilir. Kim bilir, bəlkə də biz bir gün dünyanın hər yerində məşhurlaşacaq yeni incəsənət növünün yaranmasına şahidlik edirik. Yaxşı, bəs nədir bu yeni ideyanın məqsədi? Bir cümlə ilə ifadə etsək, gözübağlı heykəltaraşlıq nümunəsi yaratmaq.
Dərsin əvvəlində hər iştirakçının önündə bir baş fiquru, bir parça da gil olur. Aparıcı iştirakçılara heykəltaraşlığın əsas prinsiplərini izah edir. Daha sonra təcrübənin ilk hissəsi başlayır. İştirakçılar gözlərini yumub əlləri ilə üzlərini öyrənməyə başlayır. Burunla ağız arasındakı məsafə nə qədərdir, yanaqlardan göz boşluğuna keçid nə qədər dərindir. Yaradıcı prosesdə bu məlumatlar çox faydalı olacaq. Sonra iştirakçıların gözləri bağlanır və hər kəs əlinin altındakı gil parçası ilə baş-başa qalır.
İdeya müəlliflərinin fikrincə, iştirakçının gözləri qapandıqda onun digər duyğuları daha mükəmməl olur. Dərs boyu səsləndirilən meditativ musiqi eşitmə duyğusunu gücləndirilir. Aparıcı müxtəlif ətirli yağlarla iştirakçıların qoxu alma duyğusunu, şərab badələri ilə isə dad alma duyğusunu artırmış olur.
Gözübağlı heykəltaraşlığın əsas məqsədi odur ki, insanların yaradıcılıq istedadı varsa - üzə çıxsın, gizlin qalmasın. Axı bəzi istedadlı insanlar öz güclərinə inanmır, bacarıqsız olduqlarını düşünürlər. İstər cəmiyyətin təzyiqi, istərsə də təbiətindən gələn utancaqlıq bəzən istedadların üzə çıxmasına mane olur. Gözübağlı heykəltaraşlıq qorxunu aşmağa, şübhədən qurtulmağa kömək edir. Hamının gözləri bağlıdırsa demək nə sən başqalarını görürsən, nə də ətrafdakılar səni görür. Beləliklə, iki əsas problem aradan qalxır. Əvvəla, başqalarına baxıb düşünmürsən ki, onlar səndən bacarıqlıdırlar, sən də heç vaxt elə ola bilməyəcəksən. Üstəlik kiminsə sənin bacarıqsızlığını görməsindən də narahat olmursan, başqasının gözündə, belə deyək, biabır olmaq şansın sıfıra enir. Bax bu iki qorxu aradan qalxdıqdan sonra, anlayırsan ki, sən demə içində əsl "Mikelancelo" yatırmış, səninsə bundan xəbərin yoxdur.
Qeyri-adi interaktiv əyləncənin kökündə incəsənət dayanır. Və qonaqlar əslində özləri də fərqinə varmadan bir sənət əsəri yaradırlar. Mütəxəssislərin dediyinə görə, dərsin sonunda ortaya çıxan heykəldən çox bu heykəli xəyal etmə prosesinin özü vacib və maraqlıdır. Yəni gözübağlı heykəltaraşlığın meditativ tərəfi daha dəyərlidir. Önəmli olan bu ki, təşəbbüsə qoşulan hər kəs uzun iş həftəsindən sonra gözlərini yumub real həyatdakı narahatlıqlarından, gündəlik qayğılardan uzaqlaşır, xəyal dünyasının qanadlı sakininə çevrilir, ilham pərisilə baş-başa qalır. Ruha qida verən yaradıcı enerjinin, incəsənət adlı nağılın da əsas gücü elə bundadır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Toyuğun döşü, yoxsa budu daha faydalıdır?
-
Arıqlayaraq tanınmaz dərəcədə dəyişən məşhurlarımız – Kimə daha çox yaraşıb? - (Fotolar)
-
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
-
Suraxanıda çuxur böhranı: Sakinlər və sürücülər çıxılmaz vəziyyətdə - (Video)
-
Günün qoroskopu: Enerjinizlə bütün diqqəti üzərinizə çəkəcəksiniz
-
Ermənistanda sabiq nazir məhkəmədən xərəkdə çıxarıldı - (Video)
XƏBƏR LENTİ
-
Toyuğun döşü, yoxsa budu daha faydalıdır?
-
Arıqlayaraq tanınmaz dərəcədə dəyişən məşhurlarımız – Kimə daha çox yaraşıb? - (Fotolar)
-
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
-
Suraxanıda çuxur böhranı: Sakinlər və sürücülər çıxılmaz vəziyyətdə - (Video)
-
“Heç nə dəyişməyib, insanlar hələ də məndən qorxurlar” - Şeron Stoun - (Foto)
-
Günün qoroskopu: Enerjinizlə bütün diqqəti üzərinizə çəkəcəksiniz
-
“NATO şişir və genişlənir” - Putindən xəbərdarlıq
-
Ermənistanda sabiq nazir məhkəmədən xərəkdə çıxarıldı - (Video)
-
İlham Əliyev Sərvər Bəşirli haqqında: Köhnə bir avtomobillə yorğan-döşək - əlində nə var idi onu gətirmişdi
-
Bakıda üç uşaq anası marketdə əri tərəfindən döyüldü - anbaan (Video) - Yenilənib
-
"2 gün ac qalırdım, amma heç kimə əyilmirdim" - Elgiz Əkbər
-
Azərbaycanda 160 manata torpaq sahəsi satılır
-
Bakıda səs-küy yayan daha bir restorandan şikayət - (Video)
-
Flora Kərimova: "Afət Fərmanqızı ilə barışmamışam"
-
Elvin uzun müddət sonra - (Video)
-
Alim Qasımov Üzeyirə : “Yazdığın mahnı çox xoşuma gəldi” - (Video)
-
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
-
Evində uşaqlara dərs keçmək üçün şəraiti olanların diqqətinə!
-
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
-
Nobel mükafatının məbləği artırıldı
-
“Qarabağ” "Şəfa"ya, "Neftçi" "Qəbələ"yə qalib gəldi
-
Kadırovun oğlu səs verdikdən sonra “ləzginka” oynadı - (Video)
-
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
-
Yevlaxda üç avtomobil toqquşub, sürücü xilas edilib - Yenilənib - (Video)





