Bu günə qədər dünyanın ən nüfuzlu siyasətçi qadınları, dünyanın ən varlı qadınları kimi siyahıları oxuculara təqdim etmişik.
Milli.Az ölkə.az-a istinadən dünyanın ən uğurlu və güclü 15 qadınının siyahısını təqdim edir. Bu qadınlar müsəlmandırlar və hicab geyinirlər. Onlar cəmiyyətin və şərtlərin təzyiqinə, çətinliklərinə baxmayaraq, yüksək nəticələr əldə ediblər. Siyahını təqdim edirik.
1. Karolin Uoker Diallo
2015-ci ilin dekabr ayında Nyu-Yorkun Qurana əl basaraq and içən ilk hakim qadınıdır. Onun bu hərəkəti cəmiyyətdə həm mənfi, həm də müsbət reaksiyalara səbəb olmuşdu.
2. Həlimə Yaqub
Sinqapurin ilk qadın prezidentidir. Dünyada bəlkə də onu tanımayan çox az adam var.
3. İbtihac Məhəmməd
ABŞ Olimpiya yığmasının tarixində ilk hicablı qılıncoynadandır. Braziliyada keçirilən oyunlarda bürünc medal qazanıb.
4. Salma Yaqub
Siyasətçidir. Siyasi partiya lideri və eyni zamanda Birmingem bələdiyyəsi Şurasının üzvüdür.
5. Doktor Zəlihə Kamaruddin
Malayziyanın məşhur Beynəlxalq İslam Universitetinin rektorudur. Həyatının 28 ilini bu universitetə həsr edib. Paralel olaraq müxtəlif dövrlərdə yüksək dövlət vəzifələri də tutub.
6.Merve Kavakçı
Merve Türkiyənin Malayziyadakı səfiridir və hicabın əfsanəvi müdafiəçilərindən sayılır. Ankara universitetində tibb üzrə təhsil aldığı vaxt hicab geyindiyi üçün ali təhsil ocağından uzaqlaşdırılıb. Təhsilə davam etmək üçün ailəsi ilə birlikdə ABŞ-a köçür. Əvvəlcə Texas universitetinə daxil olur sonra isə Harvardda elmi dərəcə alır.
1999-cu ildə Türkiyə parlamentində təmsil olunan ilk hicablı qadın olub. O, andiçməyə hicabda gəlsə də, baş nazir buna sərt reaksiya göstərir. Tezliklə onu mandatdan və vətəndaşdıqdan məhrum etdilər. Bu gün isə vətəndaşlığını bərpa edib və Türkiyənin Malayziyadakı səfiridir.
7. Şamma bint Suhail Faris əl-Mazuri
Dünyanın ən gənc naziridir və 22 yaşı var. 2016-cı ildən Birləşmiş Ərəb Əmirliklərində gənclər naziri işləyir. 2015-ci ildə Oksford universitetini bitirib və siyasət üzrə magistr dərəcəsinə yiyələnib. Abu-Dabidəki Nyu-York universitetində də iqtisadiyyat üzrə bakalavr dərəcəsini alıb.
8. Əfsər
16 yaşlı pakistanlı Əfsər mənəvi gücü və optimizmi ilə hər kəsi təəccübləndirib. Bir ayağı olmayan gənc qız ən yaxşı xizəkçilərdən biridir. O, ölkəsini müxtəlif yarışlarda təmsil edir.
9. Rüqqəyat Fatahu Umar
Dünyanın ən gənc hafizidir. 3 yaş 8 aylıq olanda Müqəddəs Quranı əzbər bilirdi. Nigeriyalıdır və Quranı mədrəsədə öyrənib. Onun anası da bu mədrəsədə işləyir. Ruqqəyat səhər saat 07:00-dan axşam 18:00-a qədər mədrəsədə olub. Quran ayələrini təkrarlamağı çox xoşlayırdı.
10. Cəmilə Əfqani
Əfqanıstanda hüquq müdafiəçisi və Əmək və Sosial İnkişaf nazirinin müavinidir. O, məscid imamları üçün tədris proqramı keçirir və İslamda qanun hüquqlarına dair leksiyalar oxuyur. 6000-ə yaxın imama dəsr keçib və məsciddə qadınlar üçün xüsusi yerin ayrılmasına nail olub. Bu gün Kabuldakı məscidlərin 20 faizində qadınlar üçün xüsusi dua otağı var. 15 il əvvəl isə belə bir otaq heç bir məsciddə yox idi.
11. Ayqerim Korjumbayeva
Qazaxıstanlıdır və dünyanın Stenford, Oksford, Harvard kimi prestijli universitetlərində təhsil alıb.
12. Hənan əl-Xrub
Fələstinli müəllimdir. Müəllimlər üçün nəzərdə tutulan prestijli beynəlxalq "Global Teacher Prize" mükafatını qazanıb. Bu mükafat 1 milyon dollardır. Viflem yaxınlığında fələstinli qaçqınlar üçün nəzərdə tutulmuş düşərgədə böyüyüb. Hazırda eyni düşərgədə müəllim işləyir. Zorakılıq nəticəsində mənəvi zədə alan qaçqın uşaqlarla iş üzrə mütəxəssisdir.
13. Hafizə Nur İsa
Qlazqo universitetinin elmlər namizədi Hafizə Albert Eynşteynin qravitasiya dalğaları teoriyasını sübut edən alimlər qrupunun tərkibində olub. Məşhur bir elmi işin müəlliflərindən biridir.
14. Şaik Nouhira
Hindistanın ən varlı qadınıdır. Şaik "Heera Group" şirkətlər qrupunun banisi və baş direktorudur. Bu şirkətlər qrupuna müxtəlif sahələrdə fəaliyyət göstərən 20 şirkət daxildir. Şaik eyni zamanda İslam məktəbi və müsəlmanlar üçün kollecdə müəllim işləyir. O, bu iki təhsil ocağını öz xərci ilə saxlayır və bu məktəblərdə kasıb və ehtiyacı olan qızlara pulsuz təhsil verilir. Nouhira eyni zamanda ehtiyacı olan dul qadınlara da kömək edir. Onun şirkətləri dünyada işsiz müsəlmanları işlə təmin edir.
15. Nadiyə Hüsseyn
Böyük Britaniyanın ən populyar teleşousu "The Great British Bake Off" verilişinin qalibidir. Eyni zamanda ən nüfuzlu 500 insan siyahısına da daxil edilib. BBC bu gənc qadın haqqında sənədli film lentə alıb.
Milli.Az