XV, XVI əsrdə orta əsrləri məhv etmənin, elmi məhkum etmənin, kilsənin böyük qüdrətini məğlub etmənin sərxoşluğunu yaşayan, ard-arda icadlar edən elmin bu gün əksinə labirintdə itdiyini görürük. Bu günkü insan elmdən bezib, çünkü faşizmi elə elm ortaya çıxartmışdı. Tarixdə ilk dəfə dünya əhalisinin yarısından çoxunun aclıq problemlərinin olmasının əsas səbəbi bu günkü elmdir - elmin sadəcə istehlak üçün işləməsidir
Milli.Az islaminsesi.info-ya istinadən bildirir ki, tarixin bütün nəsillərindən daha çox əziyyət çəkməyimizə baxmayaraq, sevinərək deyirəm ki, biz çox məsud bir nəsilik. İnsanın dərd və məğlubiyyət dövrlərini gördüyümüz üçün məsud bir nəsilik. Görəsən həqiqi dərd və məğlubiyyət, yalançı ümid və sevincdən daha yaxşı deyilmi? Şüurun məhsulu olan dərd, ağılsızlığın məhsulu olan dərdsizlikdən daha yaxşı deyilmi? Mən iyirminci əsrin ikinci yarısında olduğum üçün çox sevinirəm, əgər on doqquzuncu əsrdə olsaydım burjuaziyanın iyirminci və iyirmi birinci əsrdə yer üzündə qurmaq istədiyi cənnət üçün axmaqca şüarlar səsləndirərdim. İndi burjuaziya cənnətlərinin inşa edilmiş olduğu bir zamanda, gözlərimlə üç əsrdir elmin pul qarşısında necə əyildiyini görürəm. Qızıldan düzəldilmiş və aldadıcı bir şəkildə, amma ruhsuz, ruhaniyyətsiz, mənəviyyatsız, yalançı, saxta bank pulu ortaya çıxdı və axmaqları özünə səcdə etdirdiyini görürəm.
Hal-hazırda qurulmuş olan burjuaziya cənnəti nə deməkdir? Bu bütün insanlar üçün deyil! Bu burjuaziya cənnəti, bu istehlak həyatı, qapıdan və divardan Avropanın üzünə yağan bu nemət bolluğu, havadan gəlməmişdir. 1,5-2 milyard insanın aclığının əvəzi ilə meydana gətirilmişdir. Amma istənilən halda özü üçün, yəni Avropa burjuaziyası üçün, üç əsr əvvəl edilmişdir. Artıq hər şeyi tapmaq mümkündür. Tanzaniya almasını, Kamerun qəhvəsini, Kuba şəkərini, Əlcəzair şərabını, Hind çayını, Vyetnam kauçukunu, Yaxın Şərq neftini tapmaq mümkündür. Deməli bütün dünya, onların yemə, içmə, yatma tarlasıdır. Onların istismarına məruz qalmış bütün millətlər, Avropanın bu çirkli cənnətlərinin "sertifikatlı" və ödənişli işçiləri deyilmi?
Bütün bunlara baxmayaraq bu cənnətdə Avropalı insanının necə yaşadığını görmək lazımdır. Təəccüblüsü budur ki, bu insan nəhayət ki, üç əsrdir dediyi şüarlara çatdı. Yəni faydalanma və istehlak zirvəyə çatdı. İndi onun iqtisadi gəlirlərinin 10% -i təməl və həqiqi ehtiyac xərcləridirsə, 90%-i isə əylənmə xərcləridir. İkinci olaraq da elm hədəfinə və iddiasına çatmışdır. Yer üzündə maddi həyatı və təbii qüvvələri keyitmək üçün bir texnika meydana gətirmişdir. İstehlak zadəganlığına dayanan bir həyatı qurmağı bacarıblar. Amma fikirləşə bilmədikləri şey, iyirminci əsrdəki həyatın və bugünkü insanın ən böyük həqiqəti olan İNSANIN belə bir burjuaziya cənnətində üsyan etməsidir.
Quranda deyildiyi kimi, eynilə Adəmin ilk cənnət bağçasında "üsyan etməsi" kimi. Hər şeyə sahib idi, ürəyi nəyi istəsə onu yeyirdi, buna baxmayaraq üsyan etdi. O, qadağan olmuş ağacın meyvəsindən yedi. İstehlak həyatına bağlı olan bugünkü qərb insanı və irəliləmiş burjuaziya həyatı dünya imperializmi mərhələsindədir. Dünyaya, kosmosa, göylərə hökm edir; dünyanın bəşəri olan bütün süfrələrinə və nemətlərinə əl uzatmış, yeyir. Amma üsyan etmişdir. Firavan həyat, FAYDALANMAQDAN və rahatçılıqdan üsyan etmişdir. Bugünkü insanı üsyana təşviq edən qadağan meyvə nədir? Insani şüurdur, qəflətdən oyanmasıdır. Qəflətən elmin də var olduğunu hiss etdi. Elm isə üç əsrdir ona yalan söyləyir. Kapitalizmin köləsidir, elm artıq insanı hidayətə yönəldən bələdçi deyil. Ona "sən insansan" demirlər, bu nə deməkdir?
Bugünkü insan üçün bu qüdrət və istehlak şüarı artıq kifayət etmir. Çünki hər ikisinə də çatmışdır. Bu şüar və üsyan, xüsusilə dünyadakı bütün müvəqqəti maddi əziyyətlərin və aclıqların aradan qaldırıldığı bir zamanı başlatmışdır. Müasir insan üsyan edir! Həyatın mənası nədir? Belə rahat yaşamağı onu hara aparır? Bu burjualaşmış və ancaq pul düşüncəsində olan elmin qəbul etmədiyi lakin daha yaxşı ehtiyaclar olan əxlaq, dəyər, ruh, eşq, əqidə və fəzilətin yerinə nəyi qoymaq lazımdır? Yenə də istehlak? İNSAN ÜSYAN EDİR!
Nə elm, nə də texnologiya buna cavab verir. Elmlə məşğul olanlar əl-ələ verib sadəcə bir sinif üçün - burjua sinfi üçün istehlak vasitələri yaradırlar. Daha XVI, XVII əsrdəki iddianı, həyəcanı, dinamik və gələcəyə ümidli bir imanı daşımağın tam əksinə, istehlak funksiyalarının sonuna gəlib çatıblar. Qocalıq və məğlubiyyətlə üz-üzədirlər. Ona görə də elm adamlarının hiyləgərlik və böyük cinayətlərə əl atdıqlarını görürük. Dünən irtica, diktatorluq və çürümüş aristokraklığa qarşı mübarizə aparan böyük Fransız burjuaziyasının bu gün artıq cəllad və qatil olduğunu görürük. İndi bu vəhşi kapitalizm faşizmi ortaya atır, müharibələr edərək ayaqda qalmağa çalışır.
XV, XVI əsrdə orta əsrləri məhv etmənin, elmi məhkum etmənin, kilsənin böyük qüdrətini məğlub etmənin sərxoşluğunu yaşayan, ard-arda icadlar edən elmin bu gün əksinə labirintdə itdiyini görürük. Bu günkü insan elmdən bezib, çünkü faşizmi elə elm ortaya çıxartmışdı. Tarixdə ilk dəfə dünya əhalisinin yarısından çoxunun aclıq problemlərinin olmasının əsas səbəbi bu günkü elmdir - elmin sadəcə istehlak üçün işləməsidir.
Sinfi istismarı bu gün ayaqda tutan elmdir. İstismarı ibtidailikdən, sadə və açıq şəklindən çıxardıb, bu günkü köklü, dərin vəziyyətə salan elmdir. Dünya xalqlarının mədəni istismarını ortaya çıxaran elmdir. Avropanı vəhşi canavar edən elmdir.
Bəli, yalan deyən elm dinin çərçivəsindən çıxıb, amma indi də tanrıları dəyişmişdir. Allahın yerinə pulu qoyub və pul üçün hər şey etmişdir. İnsanı çirkinləşdirib öz istədiyi şəkilə sala bilmişdir.
Milli.Az