25 min manatlıq ziyan dəydi, günahkar kimdir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son dövrlərdə ölkəmizin müxtəlif bölgələrində baş verən güclü leysan yağışları və daşqınlar kənd təsərrüfatı sahəsində ciddi problemlərə yol açıb.
Milli.Az xəbər verir ki, Zaqatala rayonunun Aşağı Çardaxlar kəndində əkin sahələrinin su altında qalması bu problemin daha da kəskinləşməsinə səbəb olub. Bu cür təbii fəlakətlər həm kənd sakinlərinin, həm də yerli iqtisadiyyatın inkişafını təhdid edir. Aşağı Çardaxlar kəndində baş verən sel hadisəsi kəndin üzləşdiyi daimi və təkrarlanan daşqın probleminin daha da ağırlaşdığını göstərir.
Əkin sahələrinin 200 hektardan çoxu, xüsusən taxıl və yonca sahələri su ilə dolub, bu isə kənd sakinlərinə maddi cəhətdən böyük ziyan vurub. Kənd sakinlərindən biri bildirib ki, bu hadisə nəticəsində təxminən 20-25 min manatlıq ziyan görüb və iki-üç ildən bir belə daşqınlar təkrarlanır:
"Taxılı, yoncanı, hər şeyi su aparıb. Təxminən 20-25 min manatlıq ziyan görmüşəm. İki-üç ildən bir bu problem təkrarlanır. Biz bilirik ki, hansı yerləri bağlamaq lazımdır. Texnika göndərilsə, bu cür su daşqınlarının qarşısını almaq olar" - deyə kənd sakini bildirib.
Onun sözlərinə görə, bu cür hadisələrin qarşısını almaq üçün yerli idarəetmə və müvafiq qurumlar tərəfindən daha səmərəli tədbirlər görülməsi zəruridir.
Məsələ ilə bağlı Zaqatala Su Melorasiya Sistemlərinin İstismarı İdarəsindən baş mühəndisi Ceyhun Mirzəyev bildirdi ki, suyun çəkilməsindən sonra əməkdaşlarımız tərəfindən operativ olaraq həmin ərazidə sahil bərkitmə işləri görüləcək. Qabaqlayıcı tədbirlər görülməsinə baxmayaraq çaylarda suyun səviyyəsinin artması nəticəsində Katex çay öz suyunu ötürə bilməyib.
Aşağı Çardaxlar Kənd İcra nümayəndəsi İlahə Vəliyevanın sözlərinə görə isə məsələ ilə bağlı aidiyyatı qurumlara xəbərdarlıq edilib.
Aysel Əkbər
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edilib
-
TƏBİB-in sistemi niyə çöküb? - Açıqlandı
-
Azərbaycanın dövlət maliyyə idarəçiliyi 133 ölkənin reytinqində 3-cü yeri tutub
-
9 ayda 40 minə yaxın şəxsə əlillik verildi
-
Paytaxtda daha 3 avtobus marşrutunun hərəkət sxemi dəyişdirilib - (Yenilənib)
-
Bakıya intensiv yağış yağacaq - Proqnoz verildi
XƏBƏR LENTİ
-
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edilib
-
Nazir yolun keyfiyyətini su stəkanı ilə yoxladı - (Video)
-
TƏBİB-in sistemi niyə çöküb? - Açıqlandı
-
"Azəri qızı" Günel tanınmaz halda - (Video)
-
“Nə cərimə yazırlarsa, yazsınlar, pulum yoxdur” - Rəşid Mahmudov
-
Maduronun həyat yoldaşının səhhəti pisləşdi - Həbsxanada 11 kiloqram arıqladı
-
Məşhur aktrisanın sevgilisi üçün verdiyi qərar gündəm oldu
-
Coşqun Rəhimov Aşıq Zülfiyyəni parodiya etdi - (Video)
-
Ermənistan mallarına Avropada 2 illik güzəşt tətbiq olunacaq
-
Toral Bayramovun transfer qiyməti düşdü
-
Zaurun qızı canlı yayımda kövrəldi – Aparıcıya deyilən bu sözə görə - (Video)
-
Abşeron xəstəxanasında direktor müavinini bıçaqlayan sürücü imiş... - (Foto)
-
Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin Sərdar Berdiməhəmmədovla görüşü olub - (Foto)
-
Nazir ona yüksək vəzifə verdi
-
Masa arxasında altıncı: Mərkəzi Asiya sədrlik çəkicini niyə Bakıya etibar etdi?
-
Rövşanə Ağasəfqızının yeni işi bəlli oldu
-
Rəna Abbasovaya yüksək vəzifə verildi
-
Dünyanın ən yaşlı kişisi ad gününü keçirdi - (Foto)
-
Azərbaycanın dövlət maliyyə idarəçiliyi 133 ölkənin reytinqində 3-cü yeri tutub
-
9 ayda 40 minə yaxın şəxsə əlillik verildi
-
Paytaxtda daha 3 avtobus marşrutunun hərəkət sxemi dəyişdirilib - (Yenilənib)
-
Tramp Putini ad günü münasibətilə təbrik etmədi
-
Bakıya intensiv yağış yağacaq - Proqnoz verildi
-
Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir - Birgə Bəyanat





