İqtisadiyyat

Bakıda daha bir söküntü - Sakinlər kompensasiyadan NARAZIDIR - VİDEO

21 May 2025 00:13
Baxış: 521
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda böyük söküntü başlayır.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, söküləcək evlərin hər kvadratmetrinə görə 2700 manat, qeyri-yaşayış obyektlərinin hər kvadratmetrinə görə 3000 manat kompensasiya ödəniləcək. Söhbət paytaxtın Təzəpir məscidinin yaxınlığındakı ərazilər gedir. Həmin ərazilər tezliklə  Mərkəzi Parka birləşdiriləcək.

Layihəyə əsasən, Yasamal rayonunda, Təzəpir məscidinin tinindən Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun binalarına qədər olan ərazilər sökülüb Mərkəzi Parka birləşdiriləcək. Hazırda ərazidə yaşayan sakinlər və obyekt sahibləri ilə danışıqlar aparılır. Sakinlər isə onlara təklif edilən kompensasiya məbləğinin az olduğundan gileylənir.

Videomaterialı təqdim edirik. 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.