Cəmiyyət

"Şəki” restoranının sökülməsinə görə ödənilən fantastik məbləğ...

20 May 2025 15:45
Baxış: 1 778
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakının Nərimanov rayonunda yerləşən məşhur "Şəki" restoranının sökülməsi səbəbindən sahibinə külli miqdarda kompensasiya verilib.

Milli.Az xəbər verir ki, ərazidə yol infrastruktunun yenidən qurulması səbəbindən sözügedən restoran sökülüb, sahibinə isə kompensasiya olaraq 14 milyon manat verilib. Sənədləşmə prosesində bu məbləğin bir neçə dəfə az göstərildiyi vurğulanıb.

"Şəki" restoranının sahibinin hazırda Mərdəkan qəsəbəsində eyniadlı obyekt tikdirdiyi deyilir.

Qeyd edək ki, "Şəki" restoranı Həsən Əliyev və Əhməd Rəcəbli küçələrinin kəsişməsindəki dairənin ləğv edilərək yerində avtomobil tunelinin inşası səbəbindən sökülüb.

Xatırladaq ki, Nərimanov rayonu ərazisində daha bir məşhur iaşə obyekti - "Şuşa" restoranı sökülüb. Sahibinin iddiasına görə, ona kompensasiya olaraq 3 milyon verilib. Obyekt sahibi bu məbləğə görə narazılıq edir. (globalinfo.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.