Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun məşhur hücumçusu Kriştiano Ronaldo yeni baş məşqçi Jorje Jezuşdan yeni mövsümün yalnız seçilmiş oyunlarında meydana çıxmaq üçün icazə alıb.
Milli.Az xəbər verir ki, bu məlumatı səudiyyəli jurnalist Falah Əl-Kahtani yayıb və o, "Əl-Nəsr"ın kapitanının bu yaxınlarda həmyerlisi Jorje Jesuş ilə söhbət etdiyini iddia edib.
70 yaşlı mütəxəssis və Ronaldo daha az əhəmiyyət kəsb edən oyunlarda futbolçunun sağlamlığını qorumaq lazım olduğu qənaətinə gəliblər.
Artıq ötən mövsüm Kriştiano yorğunluq səbəbindən Səudiyyə Ərəbistanı çempionatında və Asiya Kubokunda bir sıra oyunları buraxıb.
Belə halların qarşısını almaq üçün hücumçuya bütün oyunların ən azı 25 faizində meydandan kənarda qalmasına icazə verilir. Üstəlik, Ronaldo 2026-cı il dünya çempionatında iştirak etmək üçün zədələrdən yayınmaq istəyir.
Portuqaliyalı 3 həftə əvvəl "Əl-Nəsr"lə yeni müqavilə imzalayıb və onun şərtlərinə görə o, futbolçular üçün rekord məvacib - ildə 263 milyon avro alacaq.(lent.az)
Milli.Az