Maraqlı

Şahzadə Harri Meqan Markla görə bunu da etdi

20 Dekabr 2018 11:48
1 Şərh     Baxış: 1 889
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hər Milad bayramından öncə şahzadə Çarlz oğulları - şahzadə Uilyam və şahzadə Harri ilə Sandriqemə qaban ovuna gedirlər.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, bu ov 20 il davam edən ailə adət- ənənəsidir. Bu, onların ailə bağlarının möhkəmlənməsinin, bir-birlərinə olan sevgilərinin göstəricisi sayılır. Lakin bu il şahzadə Harri bu adəti pozmaq qərarına gəlib. Səbəb isə yoldaşı hersoqiniya Meqan Markldır. 

Meqan mediada məşhur heyvan hüquqlarının qoruyucusu kimi tanınır. O, ət yemir, kürk geyinmir və şahzadə ailəsinin bu "qanlı əyləncəsi"ni də sevmir. Bu da bir müddət onların ailəsində əlaqələrin gərginləşməsinə səbəb olmuşdu.

Hətta bu əyləncəyə görə onlar bir il əvvəl ayrılmağa belə qərar vermişdilər. Ona görə şahzadə Harrinin bu il ənənəvi Milad ovunda iştirak etməyəcəyi deyilir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.