Maraqlı

Evdə dəfnə yarpağı yandır, sirlərə agah ol

8 Dekabr 2018 22:02
2 Şərh     Baxış: 6 532

Qədim yunan və romalıların imperator, qaliblər bitkisi adlandırdığı dəfnə yarpaqları onun təmizləyici və sakitləşdirici gücünü bildiklərindən, bir çox xəstəliklərin müalicəsində ağrıkəsici və evin, insanın ağır neqativ enerjisini təmizləmək üçün istifadə edər, daha doğrusu onu yandırardılar.

Milli.Az medicina.az-a istinadən indi də çox ölkələrdə istifadə olunan  dəfnə yarpağı yandırmaq texnikasının faydalarını təqdim edir.

Ailədə depressiyalı, epilepsiyalı, panik atak keçirən insanlar olan evdə stress, neqativ hisslər və yuxusuzluğa qarşı quru dəfnə yarpağı yandırmaq lazımdır. Yarpaqlarda olan sineol kimi efir yağlar bütün orqanizmin və sinir sisteminin rahatlamasına səbəb olur.

Gərgin, əsəbi, başı ağrıyan, işdə və həyatında uğursuzluqdan bezənlər də evdə bir qabın içində dəfnə yarpağı yandırıb, 10 dəqiqə onun tüstüsündə əyləşsə effekti görəcək.

Dəfnə yarpağı evdəki rütubəti, nəmliyi aradan qaldırır, tarakan və həşəratları da qovur.

Dəfnə yarpağı uşaqların da sinir sisteminə müsbət təsir edir.

Dəfnə yandırarkən evdəki neqativ enerji də təmizlənir, insanın və evin aurası yaxşılaşır.

Milli.Az

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Mila · 8 Dekabr 22:4332

    Men hemse yandiriram defne yarpaqi cadunu tilsimide batil edir

    Cavab yaz
  • Anonim
    Milaya · 9 Dekabr 08:0612

    Biraz kitab oxu bisavad bisavat daniwmagla deyil.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.