Həqiqi ziyankarlar kimlərdir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xusran əməl o mövzulardandır ki, Qurani-Kərim dəfələrlə ondan söz açmışdır. Bu söz təxminən 65 dəfə Quranda işlənmişdir.
Ziyan, maddi həyatda nisbi olduğu kimi, hər kəs üçün müxtəlif mənalarda işlənir. Belə ki, adi insanlar üçün xusran əməl mal əldən vermək və ya qazandığı malın tələf olması kimi mənalarda işlənir.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, mənəvi aləmdə də ziyan nisbidir. Belə ki, İlahi övliyalar özlərini məzəmmət edərlər ki, nə üçün şərait olan zaman istədikləri mənfəəti əldə edə bilməyiblər. Ona görə də özlərini ziyankarlardan bilirlər.
Ancaq elə şəxslər də vardır ki, onlar həqiqətən də ziyankarlardır. Nəinki mənfəət əldə etməyiblər, əslində çoxlu ziyan da ediblər.
"(Ya Peyğəmbər,) de: "Sizə insanların (dünya) əməllər(i) baxımından ən çox ziyana uğrayanlarından xəbər verim?". Onlar, dünya həyatındakı (hər hansı bir xeyir işdəki) səyləri (küfrlərinə görə) puç olaraq yoxa çıxmış və yaxşı iş görmələrini sanan kəslərdir.
Onlar öz Rəbblərinin (tövhid) ayələrinə və (axirət günü) Onunla görüşəcəklərinə küfr etmiş kəslərdir. Beləliklə, onların əməlləri (küfrlərinə görə) puç və batil oldu və nəticədə Qiyamət günü onlara heç bir dəyər verməyəcək və əməllərinin ölçülməsi üçün bir tərəzi qurmayacağıq. Belə ki, onların cəzası cəhənnəmdir. Çünki onlar küfr etdilər və Mənim tövhid nişanələrimi və peyğəmbərlərimi məsxərəyə qoydular". ("Kəhf" 103-106).
Bu ayədən də göründüyü kimi, həqiqi ziyankarlar əslində öz ziyanlarından xəbərdar deyildirlər. Əksinə, özlərini mənfəət əldə etmiş şəxslərdən sayırlar və cəhalət içindədirlər. Bu kəslər - küfr etmiş kəslərdir.
Həyatda çox sayda belə insan vardır ki, pis iş görmələrinə baxmayaraq, özlərini yaxşı əməl etmiş kimi hesab edir. Bu cəhaləti ola bilsin ki, aylar və illər çəksin və onlar bu əməllərinə davam etsinlər. Əslində insan üçün bundan böyük bədbəxtlik yoxdur.
Bir nəfər yuxarıdakı ayələrlə bağlı İmam Əliyə (ə) sual verir. İmam (ə) buyurur: "Məqsəd - yəhudi və xristiandır. Onlar əvvəldə haqq yolunda idilər. Sonra dinlərində bidət yaratdılar. O halda ki, bu bidətlər onları yolundan azdırdı. Güman edirdilər ki, yaxşı iş görürlər. Nəhrəvan xəvaricləri onlardan heç də uzaq deyildirlər".
Yəni, təəssübkeşlik, təkəbbür, özünü həddən artıq sevmək - bu kimi ziyanlara gətirib çıxarda bilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Üzüstü, arxasıüstə, yoxsa böyrü üstə? Ən sağlam yuxu pozisiyası bəlli oldu
-
Bu 4 qida aluminium folqanı çürüdür
-
Yaxşı niyyətli görünüb sizdən istifadə edənlərin ən çox işlətdiyi 9 cümlə
-
Turşunun xırt-xırt olması üçün bankaya 3 ədəd atmaq kifayətdir
-
Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma
-
"Kadir" "Eşref"i tək qoymayacaq
XƏBƏR LENTİ
-
Vladimir Putin Türkmənistana səfər edəcək
-
Hava ilə bağlı son məlumat
-
Şəmkirin Lüteran kilsəsində Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının konserti keçirilib - (Foto)
-
İki cüdoçumuz dünya çempionatının 1/8 finalına yüksəldi
-
Pakistanın təhlükəsizlik qüvvələri 8 terrorçunu zərərsizləşdirdi
-
Məsud Pezeşkian Türkmənistana səfər edəcək
-
Ayın 5-də yağış yağacaq - Proqnoz
-
Samux rayonunda 5 Oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş "Ey hörmətli Müəllim...!" adlı tədbir keçirilib - (Foto)
-
Azərbaycan Meksikanın Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub - (Foto)
-
Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var - (Video)
-
"20 ildir millidəyəm, ilk dəfədir utanıram"
-
Avropa çempionatının ikinci günü 5 boksçumuz rinqə çıxacaq
-
Braziliyada prezident seçkiləri keçirilir
-
Merts Ukraynaya elan olunmamış səfər etdi
-
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Bu bölgəyə 20 sm qar yağdı
-
Kamaləddin Qafarov: YAP yeni məsuliyyət mərhələsindədir
-
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
-
Şəfəq qəsəbəsində yaşayış binasında partlayış -Yaralanan var
-
Rusiya ordusunun Ukraynada itkiləri açıqlandı
-
“Neftçi” və “Spartak” 75 ildən sonra yenidən üz-üzə gələcək
-
Bu uşaqlara qəhvə qəti verilməməlidir
-
700 min insan onu görməyə getdi
-
ABŞ-də 6 nəfərin olduğu təyyarə yoxa çıxdı - Qalıqları tapıldı





