Dırnaq batması nədir - Qarşısı necə alınmalıdır?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Əsasən yetkinlik yaşlarında olan insanlarda daha çox rast gəlinən dırnaq batması - möhkəm dırnaq hissəsinin sıxışdırması nəticəsində yumşaq toxumada yaranan infeksiya səbəbindən əmələ gələn xroniki yaradır.
Milli.Az medicina.az-a istinadən bildirir ki, dırnaq batması ən çox ayaq barmaqlarında rast gəlinir. Barmaqda qızartı, şişkinlik və şiddətli ağrı ilə müşayiət olunur. Səbəbləri müxtəlifdir: barmaqları sıxan dar ayaqqabı geyinmək, dırnağı yanlış formada kəsmək, dırnağın təzyiqə məruz qalması, artıq çəkili olma səbəbindən dırnağın barmaq ətinin içinə batması və s. Bundan əlavə, bəzi hallarda dırnaqda olan göbələk, dırnaqətrafı toxumaların iltihabı, dırnağın uzanıb qalınlaşması da dırnaq batmasına səbəb ola bilər.
Necə müalicə edilir?
Dırnaq batması müalicə baxımından iki cür olur: yenicə meydana çıxan və həftələrdir narahatlıq verib xronik yara əmələ gətirən dırnaq batması. Birinci halda heç bir cərrahi müdaxiləyə ehtiyac olmur. Bu zaman dırnağın dəriyə batan hissəsinin altına kiçik bir pambıq parçası yerləşdirərək dırnağın ətə batmadan uzanmasını təmin etmək lazımdır.
İkinci halda isə dırnağın anormal böyüyən hissəsinin ətdən çıxarılması üçün kişicik cərrahi müdaxiləyə ehtiyac var. Bu zaman həm dırnaq, həm də iltihablı və şişkin yumşaq toxuma götürülür. Belə olduqda dırnağın yenidən uzanaraq ətə batması ehtimalı olduqca azalır. Yalnız dırnağı kəsərək zədəli toxamaya toxunulmadıqda isə bu halın yenidən yaşanacağını söyləmək olar. Bəzən xəstələr özləri dırnaqlarının kənarlarını kəsərək vəziyyət düzəltməyə çalışırlar. Ancaq bu zaman əksinə dırnaq daha çox ətə batır. Buna görə də, dırnaq batması halında vaxt itirmədən həkimə müraciət etmək lazımdı.
Dırnağın yenidən ətə batmaması üçün bir sıra qaydalara riayət olunmalıdır:
Ayaq dırnaq uzanınca yumru deyil düz şəkildə kəsilməlidir. Barmaqları sıxmayan ayaqqabı geyinmək məsləhətdir. Batma səbəbindən həmin nahiyədə infeksiya yaranıbsa, o zaman antibiotik tərkibli mazlardan istifadə etmək, ayaqları quru və təmiz saxlamaq lazımdır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Dünyanın ən bahalı BUNKERLƏRİ
-
Müxtəlif geyimlər üçün hansı yuma rejimini seçmək daha YAXŞIDIR?
-
Gecə turizmi üçün ən yaxşı şəhərlərin SİYAHISI
-
Bu şəxslərin beyni daha gec YAŞLANIR
-
Küçədə itlərin hücumundan necə qorunmaq olar?
-
Çiyələk mürəbbəsi neçə dəqiqə qaynadılır?
-
Kobaxidze Paşinyanı təbrik etdi
-
"Həyat əclafdır, amma buna dəyər": Şakira Pikenin xəyanətindən DANIŞDI
-
Çörək mayası çox olarsa nə baş verər?
-
Bağçaların baş bəlası olan ilbizlərə qarşı təbii həll yolu
-
Günün qoroskopu: Bu gün eşq həyatında şanslı gündür
-
İlkin rəsmi nəticələr açıqlandı - YENİLƏNİB
-
İsrail İran ərazisindən buraxılan raketləri zərərsizləşdirib
-
"Fənərbağça"da Aziz Yıldırımın ilk transferi
-
13 yaşlı oğlu Azərbaycan pasportu aldı
-
İraqda zəvvarları daşıyan avtobus yandı - 25 ölü var
-
Danimarka - Ukrayna matçı dayandırıldı - faciəvi səbəb
-
Ermənistanda seçici fəallığı ilə bağlı statistika açıqlandı
-
Paşinyanı ilk o, təbrik etdi - FOTO
-
Aylardır ki, oğlunun qəbrinin yanında yatır - FOTOLAR
-
“Ondan incidim, dedim ki, Yuri Qusman məni o boyda rollara çəkir, amma sən...”
-
Perez yenidən "Real Madrid"in prezidenti seçildi
-
Tramp: ABŞ və İran sazişin imzalanmasına çox yaxındır
-
General-polkovnik şəhid övladları ilə bir arada: Çövkən üzrə Dünya Çempionatı başladı - FOTO





