Maraqlı

Ayət namazını vaxtında qılmayanlar hansı niyyətə qılmalıdır?

18 Noyabr 2018 20:55
0 Şərh     Baxış: 1 338
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Namaz bir vacib əməl olaraq ilahi əmrdir. Namaz insan həyatinin nizama salınmasında bir müqəddimədir (vasitə), yəni namazla insan həyati nizama düşür. Bəzi edilməsi lazım olmayan işlərə mane olur. Həmçinin namaz böyük mənəvi təsirə malikdir ki, bu mənəvi təsiri hiss edənlər bilir.

Milli.Az islaminsesi.info-ya istinadən bildirir ki, ayət namazı da bu vacib namazlardan biridir. Lakin bu namaz müəyyən hallarda insana vacib olur. Gündəlik namazlar kimi özünəməxsus vaxta malik deyil. Ayət namazı aşağıdakı hallarda insana vacib olur:

1-Günəş tutulanda

2-Ay tutulanda

3-Zəlzələ olanda

4-İldırım və şimşək, qara-qırmızı küləklər zamanı (bu o vaxt vacib olur ki, camaatın çoxsu qorxa).

Ayət namazı hadisə baş verdiyi vaxtda qılınmalıdır. Məsələn zəlzələ baş verdikdən sonar, yaxud günəş və ay tutulmağa başladığı andan açılan vaxta kimi. Bu zaman ayət namazı əda niyyəti ilə qılınır.

Sual:

Əgər ayət namazı günəş, ay tutlması ilə, yaxud zəlzələ və digər səbələr vasitəsi ilə vacib ola, amma zamanında qılınmaya. Biz öhdəmizdə olan bu namazı hansı niyyətlə qılmalıyıq?

Cavab:

Suala əsasən ayət namazı günəş və ay tutulması üçün qəza, zəlzələ üçün əda niyyəti ilə qılınacaq.

(Ayətullah - Xomeyni, Xamenei, Sistani)

Qeyd edək ki, hadisə vaxtı şəri üzrü olan qadınlara bu namazın qəzası vacib deyil.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.