Qarşınızdakı insanın ayaq forması və barmaqlarından sizə uyğun sevgili olub-olmadığını anlaya bilərsiniz.
- Tərəf müqabilinizin ayaq bazası hündürdürsə və boşluğu bəlli dərəcədə çoxdursa, demək, azad ruhlu xarakteri var. Özünə aid zamanı keyfiyyətli keçirmək istəyir. Buna görə də tək qalmaq istədikdə onu günahlandırmayın və beynini dincəltməsinə imkan verin.
- Ayaq bazası düzdürsə, tək qalmağı sevməyən insanla qarşılaşmısınız. Həddən artıq ictimai insan olması, bəzən sizi narahat edə bilər. Amma heç nə edə bilməzsiniz. Çünki evə bağlanmaq və özü ilə baş-başa qalmaq onlara görə bir vəziyyət deyil.
- Sevgilinizin yumru və qabarıq topuqları varsa, bir az utancaq ola bilər. Buna görə də yeni daxil olduğu mühitlərə asanlıqla alışmır.
- Partnyorunuzun ayaq barmaqları kvadrat şəklindədirsə, qorxmanıza heç ehtiyac yoxdur. Çünki o, günün hər saatı sizi düşünür və sizinlə yaşayır. Amma barmaqları yumrudursa, sizi düşünməsə belə, düşünürmüş kimi göstərməyi çox sevir.
- Baş barmaqlar digərlərindən uzundursa, sevgilinizi aldatmaq heç asan olmayacaq. Çünki inanılmaz ağıllı və yaradıcı düşünmə qabiliyyəti var. Digər tərəfdən, onun sayəsində münasibətlərinizdəki problemləri qısa zamanda həll edə bilərsiniz.
- Sevgilinizin baş barmağı nisbətən daha genişdirsə, özünüzü onun qarşısında gücsüz hiss edə bilərsiniz. Çünki o, insanları razı salmaq üçün cazibəsini istifadə etməkdən çəkinmir. İstədiyi fikirləri sizə mənimsədə və qəbul etdirə bilər. Buna görə də sevgilinizin bu qabiliyyətindən qorxsanız yaxşı olar.
- Tərəf müqabilinizin ikinci barmağı digərlərindən uzundursa, dərhal ondan uzaqlaşın. Hind mədəniyyətində belə analar qızlarının bu cür ayağa sahib olan biri ilə evlənməsini istəməzlər. İkinci barmağı uzun olan insanlar bacarıqlı olsalar da, lider ədaları var. Çox tez əsəbiləşərlər və hər şeyi şişirdirlər.
- Əgər ikinci barmağı digərlərindən qısadırsa, duyğularını bəlli etməsini gözləməyin və onu bu şəkildə qəbul etməyə çalışın.
- Sevgilinizin orta barmağı qısadırsa, həyatınızın ən əyləncəli anlarını sizə yaşada bilər. Ətrafındakı insanlar tərəfindən tənbəl və rahat olduğu düşünülsə də, o, həyatın qısa olduğunu və əylənməyin ən böyük haqqı olduğunu düşünür.
- Orta barmağı uzundursa, onu işindən ayırmaq olduqca çətin olacaq. Məcbur etsəniz belə, ikinci planda eşq həyatı olduğu gerçəyini dəyişdirə bilməzsiniz.
- Dördüncü barmağı kiçik olan sevgiliniz varsa, ondan uzaq durmaq məsləhətdir. Çünki ailəsindən və eşq həyatından başqa hər şeyi düşünür.
- Tərəf müqabilinizin dördüncü barmağı uzundursa, sizi və ailəsini həyatının mərkəzinə qoyacaq. Bundan heç şübhəniz olmasın.
- Kiçik barmağına baxaraq sevgilinizlə uyğun olub-olmadığınızı anlaya bilərsiniz. Əgər siz kiçik barmağınızı digərlərindən ayıra bilirsinizsə, macəranı və eşqi sevirsiniz. Həyat sizin üçün adrenalinsiz keçmir. Amma tərəf müqabiliniz ayıra bilmirsə, sakit və axarında gedən bir həyat istəyir. Bu halda əsla bir-birinizə uyğun deyilsiniz. Amma zidd qütblərin bir-birini çəkdiyi gerçəyini də unutmayın.
- Əgər sevgilinizin barmaqları baş barmağından çeçələ barmağına doğru enirsə, nizamlı olduğu qədər dost olacaq xarakterə malikdir. Hər kəslə tanış olub söhbət etməsi sizi bəzən narahat etsə də, o, bu vəziyyətdən çox məmnundur.
- Baş barmaqdan çeçələ barmağa doğru mütənasib kiçilən barmaqlara sahib insanlar da nizamlı və detallar mövzusunda vasvasıdır. Hətta tanış olma ildönümünüzü unutmayacaq dərəcədə.
- Barmaqları eyni boyda olan tərəf müqabiliniz varsa, dərhal onunla ailə qurun. İnanılmaz sadiq olması ilə yanaşı, onun yanında özünüzü hər zaman etibarda hiss edərsiniz. Məntiqli olması bəzi zamanlarda sizin üçün dezavantaj olsa da, bu, sevgilinizin möcüzəvi bir insan olması həqiqətini dəyişdirmir.
- Əgər ikinci barmağı baş barmağından uzundursa, sevgiliniz yaradıcı insandır. Bu qədər coşğulu və yaradıcı olması sizə qeyri-adi sürprizlər edəcəyinə də bir işarədir.
- Gələk ən fərqli məqama. Əgər tərəf müqabilinizin barmaqlarında tüklər varsa, bu, həssas və bir qədər də romantik olduğunun göstəricisidir.
Milli.Az