Maraqlı

Hüccətullah nə deməkdir?

30 Avqust 2018 23:20
2 Şərh     Baxış: 2 631
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ərəb dilindən tərcümədə "hüccət" dəlil, sübut deməkdir. Məsələn, kiminsə haqq olmasına gətirilən sübut, dəlil hüccət adlanır. Dini kitablarda işlədilən "hüccəti tamam etmək" sözü də bu mənadadır.

Milli.Az islam.az-a istinadən bildirir ki, yəni qarşı tərəfin bəhanəsini kəsmək, ona haqqı tam şəkildə göstərmək. Hüccətullah adətən, peyğəmbərlərə və imamlara aid edilən ləqəbdir. Onlar Allahın yer üzündəki nümayəndəsi, Allahın hökmlərinin ötürücüsü və icrasının nəzarətçisidirlər. Dini hökmlər onların davranışı və sözü vasitəsi ilə insanlara bəyan olur. Məsumlar Allahın yer üzündəki ən böyük nişanı, əlaməti sayılırlar. Onlara tabe olmaq Allaha tabe olmaq deməkdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.