Maraqlı

Son illərin ən çox əzbərlənən şeiri

29 İyul 2018 18:32
7 Şərh     Baxış: 2 689
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Milli.Az kulis.az-a istinadla Aqşin Yeniseyin "Sənə məktub yazıram..." şeirinin sözlərinə oxuduğu repi təqdim edir.

Sənə məktub yazıram

Yazıram ki, bağışla...

Burda hava pis keçir

Ara vermir yağışlar

Tək yatıb tək durmaqdan

Bezdirmişəm otağı

Bilirsən... pinti olur

Yalqızların yatağı

Yalqızlar az yuyunur

Gəlir yalqızlardan iy

Çayları soyuq olur

Yeməkləri alaçiy

Çirkli ayaqqabılar...

Dibi yanmış qazança...

Bir qırıq da ümid var

...qayıdacaq haçansa...

Yalqız sabaha baxmır

Arzulayır keçmişi

Çox miskin mənzərədir

Ev yığışdıran kişi

Hələ bunun gecələr

içib ağlamağı var,

saçın daramamağı

saqqal saxlamağı var

Üstəgəl pəncərədən

Gözünü yola dikmək

Gəlməyini gözləmək

Qadın həsrəti çəkmək

Dərd ağır, hava da pis

Ara vermir yağışlar

Sənə məktub yazıram

Yazıram ki, bağışla...

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.