Maraqlı

Rianna və Kardaşyanın çəkildiyi film təqdim olundu - FOTO

14 İyun 2018 11:07
1 Şərh     Baxış: 1 601

Dünən Londonda, " Leicester Square"də "Ocean's 8" filminin Avropa premyerası ilə bağlı qala-mərasim olub.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, qala gecəsində Rianna, Sandra Bullok, Helena Bonem-Karter və başqa ulduzlar iştirak edirdilər.

Rejissor Qeri Rossun çəkdiyi "Ocean's 8" ("Ouşenin 8 rəfiqəsi") filmi "Ocean's 11" lentinin spin-offudur.

Premyerası iyunun 8-də ABŞ-da keçirilmiş filmin süjetinə görə, Denni Oueşenin bacısı Debbi Ouşen (Sandra Bullok) həbsdən vaxtından əvvəl azad olunur. O, 5 il qarət planı hazırlayıb. Məqsədi isə aktrisa Dafna Krügerin boynundakı 150 milyon dollarlıq brilyant boyunbağını oğurlamaqdır. Üç həftə yarım sonra o, Nyu-Yorkun Metropoliten Muzeyində keçirilən "Met Gala"da peyda olur. O, məqsədinə çatmaq üçün kriminal sahədə ən yaxşı "mütəxəssis"lər hesab olunan 7 qadını işə cəlb edir. Onların arasında Debbinin ən yaxın rəfiqəsi Lu Miller (Keyt Blanşett) də var.

Filmdə Sandra Bullok, Keyt Blanşett, Helena Bonem Karter, Enn Heteuey, Rianna, Mindi Kalinq, Sara Polson, Akvafina, Riçard Ermitec, Mett Deymon, Demien Lüis, Ceyms Korden, Dakota Fenninq, Adriana Lima, Riçard Robişo, Anna Vintur, Aleksandr Van, Zak Pozen, Kim Kardaşyan, Kendall Cenner, Keti Holm, Oliviya Mann, Mariya Şarapova və başqaları çəkiliblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Anar · 14 İyun 11:1910

    Bu rihanna nə demək istəyir

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.