Braziliya qozu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Braziliya qozu iri qoz növlərindən biridir. Braziliya qozu bərk və oval formada olur. Onun meyvələri 10-15 sm uzunluğunda və 1-2 kq çəkiyə malik olan sərt qabığın içərisində yerləşirlər. Qabığın içərisində isə 8-24 ədədə yaxın ləpə yerləşir. Braziliya qozu adı ilə aldığımız həmin qabığın içərisindəki ləpələrdir.
İlk dəfə braziliya qozunu XVI əsrdə ispan və portuqal araşdırmaçıları tapmışdır. Braziliya qozu Braziliyada, Boliviyada, Venesuelada, Kolumbiyada, Peruda, Şri-Lankada, Trinidad və Tobaqoda( Daniel Defonun əfsanəvi Robinzon Kruzosunun yaşadığı ada) yabanı halda bitir. Braziliya qozunun xüsusi olaraq yetişdirilməsi ilə məşğul olan ölkə və ya plantasiyalar yoxdur. Ağacın ilk barı əkildikdən 12 il sonra yetişir. Bir il ərzində 1 ağacdan 200 kq-a yaxın məhsul toplamaq olur. Braziliya qozunun meyvələri sərt qabığın içərisində toplanır.
Necə saxlamalı?
Milli.Az immunitet.az-a istinadən bildirir ki, satışda sərt qabığın içərisindən çıxarılan meyvələr satılır. Bu meyvələri suru yerdə və qablaşdırma şəklində saxlamaq lazımdır. Qablaşmadan kənarda saxlanan meyvələr bir müddət sonra pis qoxuya maliuk olur və korlanır. Braziliya qozunu çiy və ya qovrulmuş şəkildə yemək mümkündür. Ondan kulinariyada geniş istifadə edilir. Tərkibinin enerji dəyəri yüksək olduğu üçün braziliya qozundan az miqdarda istifadə eləmək lazımdır.
100 qram braziliya qozunun qida dəyəri:
- Zülallar - 14,3 qr
- Yağlar - 66,4 qr
- Karbohidratlar - 4,8 qr
- Su - 3,5 qr
- Kalori - 665 kKal.
Braziliya qozunun tərkibində orqanizm üçün lazım olan hər cür vitamin və minerallar var. Onun tərkibi C, E, D, B qrup vitaminləri, maqnium, kalsium, fosfor, sink, marqanes, kalium, dəmir, selen, müxtəlif amin turşuları və yağ turşuları(omeqa3, omeqa6) ilə zəngindir. Digər qozlarda olduğu kimi braziliya qozunun da tərkibi liflərlə, zülallarla zəngindir və onda pis xolesterin yoxdur. Dietoloqlar az miqdarda braziliya qozu yeməyin arıqlamağa səbəb olduğunu təsdiq edir. Braziliya qozunun tərkibində olanlar əzələ toxumasının piy toxuması ilə örtülməsinin qarşısını alır, sərbəst radikallara qarşı mübarizə aparır, orqanizmə həyat enerjisi bəxş edir. Braziliya qozu orqanizmin cavan qalmasına səbəb olur. Bir ədəd braziliya qozu yemək orqanizmin sutkalıq selen və faydalı minerallara olan ehtiyacını ödəyir. Gün ərzində bir-neçə braziliya qozu yemək isə onkoloji xəstəliklərin əmələ gəlməsinin qarşısını alır. Döş, ağciyər, prostat və bağırsaq xərçənginə yaxalanmamaq üçün profilaktika məqsədilə hər gün az miqdar bu qozdan yemək lazımdır. Braziliya qozu sinir sistemini möhkəmləndirir, depressiya əlamətlərinin qarşısını alır, yorğunluğu aradan qaldırır, orqanizmin stresslərə olan gücünü artırır. Braziliya qozu qadın və kişini nəsil artırmaq qabiliyyətini yüksəldir, sonsuzluğun qarşısını alır.
Braziliya qozundan alınan yağ dərinin cavanlaşmasına, iltihabi proseslərin və çapıq izlərinin sağalmasına səbəb olur. O dərinin elastikliyini, möhkəmliyini artırır, dəridəki regenerasiya prosesini sürətləndirir, cavanlaşdırır. Qida sənayesində braziliya qozundan müxtəlif desertlərin, şirniyyatların, qəlyanaltıların, şorbaların və sousların hazırlanması zamanı isitfadə edilir.
Braziliya qozunun zərərli xüsusiyyətləri
Qozun tərkibində olan barim və radium minerallarının olması ondan çox istifadə edildiyi zaman orqanizmdə aflatoksinlərin artmasına səbəb olur. Bu isə xərçəng hüceyrələrinin inkişaf etməsinə səbəb ola bilir. Braziliya qozu allergik reaksiyalara səbəb ola bilir. Buna görə də onu uşaqlara verərkən diqqətli olmaq lazımdır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Məsamələri sıxlaşdıran 4 effektiv dəriyə qulluq vərdişi
-
Tərəvəz sevənlər üçün kabaklı plov resepti
-
Günün qoroskopu: Münasibətlərdə harmoniyanı tapmaq üçün çalışmalısınız
-
"WhatsApp"a yeni rəhbəri - Kunal Şah
-
Yuxu turizmi: Klassik yay tətilini əvəz edən 72 saatlıq yeni qaçış yolu
-
Bürcünüzə görə bu yay izləməli olduğunuz klassik film
XƏBƏR LENTİ
-
Məsamələri sıxlaşdıran 4 effektiv dəriyə qulluq vərdişi
-
Tərəvəz sevənlər üçün kabaklı plov resepti
-
Lavanda yağı: Təbiətin sakitləşdirici və çoxşaxəli gücü
-
"Yeraltı"nın aktrisası, Devrim Özkan reklamdan 11 milyon qazandı
-
Bakıdakı universitetlərin köçürüləcəyi ilə bağlı xəbərlərə aydınlıq gətirdi
-
Günün qoroskopu: Münasibətlərdə harmoniyanı tapmaq üçün çalışmalısınız
-
Şagirdlər üçün ev tapşırığı minumuma endirilə bilərmi? - AÇIQLAMA
-
Ufuk Özkanın son halı - (Foto)
-
Sabah Yasamalda işıq olmayacaq
-
Monitorinq imtahanında sual kitabçası şagirdə niyə verilmir? - Emin Əmrullayevdən izah
-
Şakiranı öpüşə qərq etdi - FOTO
-
"WhatsApp"a yeni rəhbəri - Kunal Şah
-
Messi Argentina - Avstriya matçının ən yaxşı oyunçusu olub
-
DÇ-2026 - Argentina Avstriyanı məğlub etdi
-
Yuxu turizmi: Klassik yay tətilini əvəz edən 72 saatlıq yeni qaçış yolu
-
Bürcünüzə görə bu yay izləməli olduğunuz klassik film
-
Nazir: Dərsliklərdə ciddi məzmun problemləri mövcuddur
-
Məktəbəqədər təhsilin əhatə dairəsi 50 faizə çatdırılacaq
-
Pezeşkian: Biz diplomatiyanı davam etdirməyə hazırıq
-
Ağdamda qaz olmayacaq - Yenilənib
-
Messi dünya çempionatlarının bombardiri oldu
-
Qara dənizdə Türkiyəyə gəminə hücum, yaralılar var
-
Sinop mantısı resepti
-
Məktəblilərin Respublika İdman Olimpiadası çərçivəsində bədii gimnastika yarışlarına start verilib (Foto)





