Son 10 ilin 10 ən qorxulu filmi - SİYAHI
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az lent.az-a istinadən son 10 ilin 10 ən qorxulu filmini təqdim edir.
1. "İzimdəki şeytan" (2014). Rejissor Devid Robert Mitçel

Sirli təqibçilərdən qurtulmaq istəyən gənclərdən bəhs edir. Böyük planların çox istifadəsi ilə seçilən film son illərin ən orijinal qorxu filmidir. Təsvir baxımdan bu sizi qorxutmaya bilər, amma əgər altyazıları oxumursunuzsa.
Mitçell yeniyetmələrin yetkinlik dövrünə keçmə qorxusunu işləyir. O, ailənin dünyadakı ən etibarlı yer olmadığını bildikdən sonra artıq yırtıcılardan deyil, həyatdan qorxmağa başladığımızı vurğulayır.
2. "O" (2017). Rejissor Endi Musketti

Stevan Kinqin əyalət uşağı ilə sirli klounun əhvalatından bəhs edən romanı əsasında çəkilib. Məktəbdəki qoçularla kloun arasında paralellik də diqqəti çəkir. Film şərin əsl qaynağı kimi irqçiliyi, milli azlıqlara təhdidi, diqqətə çatdırmaqla ABŞ-ın keçmiş günahlarına işarə edir. Film uşaqların şüuraltısındakı qorxuları ilə ABŞ Əyalətinin qaranlıqlarını ekrana gətirir.
3. "Cadugər: Yeni İngiltərənin nağılları." Rejissor Robert Eqqers

1630-cu illərin İngiltərəsi... Dindar ata ailəsini də götürüb meşənin kimsəsizliyində yeni bir həyat qurur, amma az sonra uğursuzluqlar başlayır. Başdan ayağa puritanlığın tənqidi üzərində qurulan film fanatizmin uşaqlara təsirindən danışır. Filmin baş verənləri uşaqların qəbul etdiyi kimi təqdim etməsi xüsusən maraqlıdır.
4. "Qorxu seansı" (2013). Rejissor Ceyms Van

Filmdə ev qaranlıq dəhlizləri, dolabları, hündür tavanları ilə qorxulu bir məkandır. İki qızın otağında yaşanan, heç bir şey görmədiyimiz halda bir şey hiss etdiyimiz "Qapının arxasında kimsə var" epizodu filmin şah epizodu sayıla bilər.
5. Qarabasma (2014). Rejissor Cenifer Kent

Oğlunu təkbaşına böyüdən ananın şər kabuslarla mübarizəsindən bəhs edir. Ana övladını və özünü ətrafdan tədric etdikcə qarabasma güclənir.
6. Paranormal hadisələr (2009). Rejissor Oren Peli

Filmin qəhrəmanı aldığı səsyazma cihazı ilə sevgilisi Keyti uşaqlıqdan bəri narahat edən şər varlıqlara meydan oxuyur.
7. Ölümcül oyun" (2014). Rejissor Veronika Frans

Elias anası və ekiz qardaşı Lukasla böyük bir evdə yaşayır. Ekizlər estetik əməliyyat keçirib evə gəlmiş analarının kimliyindən şübhələndikcə hadisələr düyünlənir.
8. "Kölgə altında" (2016) Babək Anvari

Film 1980-ci illərdə İran-İraq müharibəsi sırasında Tehranda baş verən əhvalatları danışır. Solçu keçmişinə görə təhsildən məhrum edilən Şidə ərini hərbi xidmətə yola saldıqdan sonra qızıyla tək qalır. Bundan sonra evdə baş verənlərin gerçək, yoxsa xəyal olduğunu bəlli etmək çətindir.
9 "Ruhlar bölgəsi" (2010). Rejissor Ceyms Van

Uşaqlığımızın pərilərdən bəhs edən nağıllarını yenidən canlandırır. Balaca Dalton komaya düşdükdən sonra ruhlar bir obraz kimi gerçəkləşir.
10. "Lənət" (2012). Rejissor Stok Derrikson

Ambisiyalı yazıçı yeni kitab yazmaq üçün dəhşətli bir qırğın yaşanmış evə köçür, çardaqdan tapdığı həvəskar filmlərdə burada baş verən digər cinayətlərdən xəbər tutur.
Bir müddət sonra qəhrəmanın fərq etmədiyi detalları görürük və biz daha gərgin oluruq.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Uzatma kabelləri tarixə qovuşur
-
Fəhlələr divarı sökərkən arxasından 500 illik ayaqqabılar çıxdı
-
İtalyanların qurumayan pizza xəmiri resepti: Yalnız bir qaşıq əlavə edirlər
-
Rusiyada mobil telefon dövrü bitdi: Masaüstü telefon almağa başladılar
-
Saç tökülməsinə qarşı evdə hazırlanan təbii tonik
-
Balıqdan 50 dəfə çox D vitamini var: Balkonunda əkən varlı olur
XƏBƏR LENTİ
-
Uzatma kabelləri tarixə qovuşur
-
Fəhlələr divarı sökərkən arxasından 500 illik ayaqqabılar çıxdı
-
İtalyanların qurumayan pizza xəmiri resepti: Yalnız bir qaşıq əlavə edirlər
-
Rusiyada mobil telefon dövrü bitdi: Masaüstü telefon almağa başladılar
-
Saç tökülməsinə qarşı evdə hazırlanan təbii tonik
-
Dünyanın ən çirkli havası olan şəhərləri açıqlandı - Siyahı
-
Balıqdan 50 dəfə çox D vitamini var: Balkonunda əkən varlı olur
-
Millətlər Liqası: Almaniya Serbiyaya, Portuqaliya Danimarkaya qalib gəlib
-
Putin: Azərbaycan “Şimal-Cənub” dəhlizinin reallaşdırılmasını dəstəkləyir
-
"Trabzonspor"un matçını idarə edən hakim saxlanıldı
-
“Bu oyun ayıbımız kimi yadda qalacaq” - Mahir üzr istədi - (Video)
-
Əmrahın oğlu xanımı ilə Zaqatalada - (Video)
-
Günün qoroskopu: Bu gün tənqidlərlə üzləşməli olacaqsınız
-
“Bütün dünya İran xalqına heyranlıq duyur”
-
Brüs Uillisin son halı - (Foto)
-
“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb - (Foto/Video)
-
İnam Kərimov: "Süni intellekt heç bir halda hakimi əvəz edə bilməz"
-
Coratda boşanmaq istəyən qadın qətlə yetirilib, əri şübhəli bilinir - Yenilənib (Foto)
-
“Mənim hesabıma milyonlar yedi" - Tacirdən müəlliminin qarğışına cavab
-
“Rusiyada olan məhvetmə vasitələri heç kimdə yoxdur” - Putin
-
Sankt-Peterburqda Miller malikanəsində güclü yanğın baş verib - (Video)
-
Moskva vilayətində kimya zavodunda güclü partlayış - ölən və yaralananlar var - (Video)
-
Qəhvəni bu saatda için
-
Quzu əti bahalaşdı - (Video)





