Xama süd turşusu məhsuludur. O ev şəraitində hazırlana bilən süd məhsuludur. Smetan qaymağın alt qatında yığılıb qalan süd təbəqəsindən əldə edilir. Xama çox qidalandırıcı, dadlı və faydalı məhsuldur. Xamanın qidalılıq və bioloji dəyəri çox yüksəkdir. Digər yağlı süd məhsullarından fərqli olaraq 10 %-li xama dietik qida hesab edilə bilir. Adətən xamanın tərkibi 30% yağ, 2-3% zülal və 35% karbohidratlardan təşkil edilmişdir. Əsil xama qoxusuz, ağ və ya açıq sarı rəngli, qatı və eyni tərkibə malik olur. Əla növ xama çox qatı olur.
Milli.Az immunitet.az-a istinadən bildirir ki, mütəxəssislər marketlərdən xama alanara üstündə onun dövlət standartlarına uyğun olması barədə yazılar olan xamanı almağı məsləhət bilir. Marketdən xama alarkən onun hazırlanma tarixinə və son istifadə tarixinə də diqqət yetirmək lazımdır. Onu soyuducuda və qapağı örtülü şəkildə saxlamaq lazımdır. Xamanı dondurucuya yoyduqda öz keyfiyyətini itirir.
Xamanın keyfiyyətli olmasını aşağıdakı testlə öyrənə bilərsiniz.
İki stəkan qaynar su götürülür və hərəsinə 1 çay qaşığı xama əlavə edilir. Stəkanın birində xama tamamilə həll olacaq və suyun rəngi ağ olacaq. İkinci stəkanda isə su ağ olsa da qısa bir müddət sonra çöküntülər meydana çıxacaq. Bu zaman birinci stəkana əlavə edilmiş xama keyfiyytli xama hesab edilir.
Xamanın bioloji dəyəri onun tərkibində çoxlu süd zülallarının olması ilə ölçülür. Onun tərkibində əvəzolunmaz amin turşuları, asan sorulan yağlar və süd şəkəri var. O orqanizm üçün çox faydalıdır və tərkibində A, E, B2, B12, C, PP vitaminləri, fosfor və dəmir var. Xamanın tərkibində olan vitamin və minerallar orqanizm tərəfindən asan sorulur. Xama probiotik maddələrdəndir. Onu yemək bağırsağın mikrofloraslını normallaşdırır. Xama bağırsaq üçün lazım olan faydalı bakteriyaların çoxalmasına səbəb olur. Xama qidalandırıcı məhsullardan hesab edilir. İştahası az olanlara, qan azlığından əziyyət çəkənlərə, həzm problemləri yaşayanlara xama yemək çox faydalıdır. Xama yemək əzələlərə güc verir, əqli fəaliyyəti artırır, günəş yanıqları zamanı dəri yanıqlarının sağalmasını sürətləndirir. Mütəxəssislər xamanı əsasən saat 10-14 arası yeməyi məsləhət bilirlər. Onlar günortadan sonra xama yeməyin qaraciyər üçün zərərli olduğunu qeyd edirlər. Xama öz keyfiyyətini 10 gündən sonra itirməyə başlayır. Pasterizasiya edilmiş və müxtəlif qatqılar əlavə olunmuş xama isə daha uzun müddət saxlanıla bilir.
Xamanın zərərli xüsusiyyətləri
Mədə və onikibarmaq yarasından əziyyət çəkənlərə xama yemək məsləhət görülmür. Tərkibində konservantların və yağın miqdarının çox olmasına görə həkimlər 1,5 yaşına qədər olan uşaqlara xama yedirməyi məsləhət bilmir. Həddindən çox xama yemək tövsiyə olunmur. Onun tərkibində olan yağlılığın miqdarı artıq çəkinin və qanda xolesterinin əmələ gəlməsinə səbəb olur.
Milli.Az
Maraqlı
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Xamanın faydaları
19 Aprel 2018 22:55
0 Şərh
Baxış: 10 756
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
DİGƏR XƏBƏRLƏR
-
Günün qoroskopu: Maliyyə məsələlərində qənaətcil olmaq vacibdir
-
Dünyada üç paytaxtı olan yeganə ölkə - səbəbi...
-
Silahlılar 62 baş xırdabuynuzlu heyvanı belə oğurladı - VİDEO
-
Qaraciyəri təmizləyir, immuniteti gücləndirir
-
Axşam bu cihazı mütləq cərəyandan ayırın: nə televizor, nə də telefon adapteridir
-
Yaponlar məhz buna görə tozsorandan istifadə etmir
XƏBƏR LENTİ
-
Oyunun ən pisi seçildi
-
Türkiyədə 6,1 bal gücündə zəlzələ oldu
-
Günün qoroskopu: Maliyyə məsələlərində qənaətcil olmaq vacibdir
-
Ermənistanın Bərdədə törətdiyi terrordan beş il ötür
-
Moskvaya növbəti dəfə PUA hücumu oldu
-
“Napoli”nin aparıcı oyunçusu “Qarabağ”la oyunu buraxacaq
-
“Zərbələrin coğrafiyasını genişləndirəcəyik” - Zelenski
-
"Neftçi"nin oyununa giriş pulsuz olacaq
-
"Ana olandan sonra buna son qoydum"
-
Tələbələr dəm qazından zəhərləndilər
-
Dünyada üç paytaxtı olan yeganə ölkə - səbəbi...
-
Fədayə Laçından geyimini tənqid edənlərə reaksiya
-
Silahlılar 62 baş xırdabuynuzlu heyvanı belə oğurladı - VİDEO
-
Azərbaycanlıların işgəncələrə məruz qalması ilə bağlı yeni ifadələr elan olunub - FOTO
-
Bakıda “Molotov kokteyli” ilə terror hazırlayarkən tutulan İŞİD üzvünə hökm oxundu
-
Qaraciyəri təmizləyir, immuniteti gücləndirir
-
Axşam bu cihazı mütləq cərəyandan ayırın: nə televizor, nə də telefon adapteridir
-
Telefon nömrəsinin 30 min qiyməti var
-
"Xanımıma o qədər əziyyət vermişəm ki..."
-
Yaponlar məhz buna görə tozsorandan istifadə etmir
-
Ordubad-Culfa yolunda ağır qəza - ölən var - FOTO
-
Faciəvi şəkildə ölən 21 yaşlı Kəmalənin FOTOsu
-
Rəşad Dağlı əməliyyat olundu
-
Səxavət Məmmədov kimdir? - Ölümünü yuxusunda görən sənətkar





