Yuxusuzluq nə zaman xəstəlik olur?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son zamanlar yuxusuzluq problemindən şikayət edənlərin sayında artım diqqət çəkir. Mütəxəssislər də yuxusuzluğun modern toplumlarda artmaqda olan bir problem halına gəldiyini və ciddi xəstəliklərə zəmin hazırladığını vurğulayırlar. Bəs yuxumuzu nə qaçırır - yediklərimiz, içdiklərimiz, hamımıza təsir göstərən stres, yoxsa şüuraltımızda tolananlar?
Milli.Az yeniavaz.az-a istinadən bildirir ki, yuxu xəstəlikləri mütəxəssisi, professor Dərya Qaradəniz bütün bu suallara aydınlıq gətirib. Onun sözlərinə görə, müasir dövrümüzdə hər 100 nəfərdən 12-i yuxusuzluğu xəstəlik olaraq yaşayır. Yuxusuzluq yaş artdıqca güclənir və qadınlarda özünü daha çox büruzə verir.
Professor deyib ki, yuxusuzluğun yaranmasında stresin də önəmli rolu var, ancaq məsələ tək bu deyil. Yuxusuzluğun gündüzlər yaratdığı problemlər isə bunlardır: yorğunluq, diqqət pozğunluğu, gərginlik, avtomobil idarə edərkən tez-tez qayda pozma, halsızlıq, qarşısındakı insana qarşı diqqətsiz qalmaq, qəmginlik, özünü əsəbi hiss etmə, baş ağrısı, mədə-bağırsaqda problemlər.
Yuxu rejimini pozan hallar
1. Yatma və oyanma vaxtlarının tez-tez dəyişdirilməsi.
2. Yataqda oyanıq vəziyyətdə çox vaxt keçirmək.
3. Yatmamışdan öncə yuxunu əngəlləyən içkilərdən istifadə.
4. Televizor seyr edərkən, kitab oxuyarkən, telefonla internetə girərkən yataqda uzanılı olmaq.
5. Yatağın narahat vəziyyətdə olması.
6. Yataq otağında artıq işıqların olması, çox isti, çox soyuq, gurultunun olması.
7. Yataqda olarkən nəyisə uzun-uzadı düşünmək, plan qurmaq, öz-özünlə danışmaq, keçmişi xatırlamaq.
Yata bilmək üçün qızıl qaydalar
Professor Dərya Qaradənizin sözlərinə görə, gündüz özünü normal hiss edə bilmək üçün gecə ən azı 6-8 saat normal yatmaq şərtdir: "Araşdırmalar göstərir ki, yuxusuzluq beyni yaşlandırır. Yuxusuzluq başqa bir xəstəliyin əlaməti ola bildiyi kimi, özü ayrıca bir xəstəlik də ola bilər.
Sonda yata bilmək üçün qızıl qaydaları təqdim edirik:
1. Hər gün yuxudan eyni saatda oyanın.
2. Səhər oyanan kimi yataqdan qalxın.
3. Gün içində normal fiziki və zehni fəaliyyətlə məşğul olun.
4. Yatmaq üçün həmişəlik standart bir vaxt müəyyənləşdirin.
5. Yatmağa yuxuya hazır olunca gedin.
6. Axşam saatlarında qəhvə, çay, içki içməyə diqqət edin.
7. Yataq otağını uyğun hala gətirin.
8. Yata bilmədikdə yataqdan qalxın.
9. Axşam yeməyini yatmazdan ən azı 3 saat öncə yeyin.
10. Axşam saatlarında çox miqdarda maye qəbul etməyin.
11. Gecə saatlarında idman, orqanizmi yoran işlər görməyin.
12. Yatmadan ən azı 2 saat öncə zehni aktivliyi minimuma endirin.
13. Yatmadan öncə kompüter, mobil telefon kimi cihazların da yuxuya mənfi təsir göstərdiyini unutmayın.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Günəl maşın qiymətinə yeni diş yığdırıb: 25 min manat
-
Paşinyan Antalyadan götürdüyü bananı bu şəhərə gətirdi – (Video)
-
Millətlər Liqası: Niderland Yunanıstanı darmadağın etdi - Nəticələr
-
Çiçək və ya şabalıd deyilmiş - Ən sağlam bal açıqlandı
-
Kərə yağını kimlər yeməməlidir? – Sağlamlıq problemi olanlar üçün vacib xəbərdarlıq
-
“Survivor”ın məşhur iştirakçısı tanınmaz halda - (Foto)
XƏBƏR LENTİ
-
80 yaşlı Rahilə Quliyevanın ölkədən çıxışına məhdudiyyət qoyuldu
-
Günəl maşın qiymətinə yeni diş yığdırıb: 25 min manat
-
Füzulidə dəhşətli qəza: 3 ölü, 4 yaralı var - (Foto)
-
Paşinyan Antalyadan götürdüyü bananı bu şəhərə gətirdi – (Video)
-
Türkiyə səhəri zəlzələlərlə açdı
-
Naxçıvanda deputat ağır qəzaya düşdü: Ölən var - (Foto)
-
Millətlər Liqası: Niderland Yunanıstanı darmadağın etdi - Nəticələr
-
Çiçək və ya şabalıd deyilmiş - Ən sağlam bal açıqlandı
-
Kərə yağını kimlər yeməməlidir? – Sağlamlıq problemi olanlar üçün vacib xəbərdarlıq
-
“Survivor”ın məşhur iştirakçısı tanınmaz halda - (Foto)
-
Üç bürcün həyatı yaxşılığa doğru dəyişəcək
-
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
-
Dünyada sahili olmayan yeganə dəniz
-
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
-
Millimiz Lixtenşteynə qalib gəldi
-
Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub, bir sıra ekspertlərlə görüşüb - (Foto)
-
Azərbaycanlı serial ulduzu uşaqlıqdan bu günə - (Fotolar)
-
Qaralan kafel aralarını evdəki tək materialla təmizləyin
-
Hamı zibilə atır - Saç tökülməsinin və ağarmasının qarşısını alır
-
Köhnə fleşkartı atmayın: 5 faydalı istifadə üsulu
-
Təkcə bir bölümə milyon dollar alırlar - Siyahı
-
Bakıda kütləvi dava: Bıçaqlananlar var - (Yenilənib)
-
Günün qoroskopu: Kiçik səhvləri faciəyə çevirməyin
-
"Sən mənim başımı yerə soxmusan" deyib hamilə bacısı bıçaqladı - Yenilənib - (Video)





