Hamiləlikdə fol turşusu çatışmazlığı yalnız ana və körpəsinə deyil, gələcək nəsillərə də mənfi təsir göstərir. "New Scientist"də yayımlanan xəbərdə bilirilib ki, fol turşusu çatışmazlığı nəsillər boyu davam edir.
Milli.Az lent.az-a istinadən bildirir ki, hamiləlik zamanı rastlnanan fol turşusu çatışmazlığı qüsurlu hamiləliyə, ya da uşaq düşmələrinə səbəb olur.
Kembridc Universitetindən Erika Vatson fol turşusu metobolizmində təsirli olan MTRR genini mutasiyaya uğradaraq siçanlar üzərində müşahidə aparıb. Mutasiyaya uğramış siçanlarla normal siçanlar müqayisə olunduqda bəzi döllərdə anormallıq müşahidə edilib. Ancaq mutasiyaya uğramış döllərin uşaqları normal döllərlə cütləşdirildiyində doğulan balalarda valideynlərin problemlərinə rast gəlinib.
Mütəxəssislər hamiləlik zamanı yetərincə fol turşusu qəbul etməyən insanların yalnız körpələrini deyil, gələcək nəsillərini də təhklükəyə atdıqlarını bildirib.
Milli.Az