Ölkə

Novruz Aslan ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə "Ballada" adlı kompozisiya həsr edib - VİDEO

15 İyun 2025 13:37
Baxış: 471
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin sədri, Milli Məclisin deputatı, bəstəkar Novruz Aslan ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə "Ballada" adlı kompozisiya həsr edib.

Milli.Az xəbər verir ki, bu barədə Day.Az məlumat yayıb.

15 iyun tarixində Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi və bu tarix ölkənin dərin böhrandan xilas edildiyi gün kimi tarixə düşdü. Bu gün Azərbaycanın müstəqillik tarixində dönüş nöqtəsi oldu və Milli Məclisin qərarı ilə Milli Qurtuluş Günü elan edildi. "15 iyun" tarixi böyük lider Heydər Əliyevin xilasedici missiyasının və Azərbaycan xalqının onun ətrafında birləşməsinin rəmzidir.

Azərbaycan xalqı böyük lider Heydər Əliyevin əziz xatirəsini həmişə uca tutacaq və onun siyasi irsini gələcək nəsillərə ötürməyə davam edəcək.

Novruz Aslanın ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr etdiyi "Ballada" kompozisiyasını təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.